Denis Prokopenko - Wikipedia
Denis Hennadiyovıç Prokopenko (ukr. Денис Геннадійович Прокопенко; 27 iyun 1991[1]) — Ukrayna Milli Qvardiyasının mayoru, Azov alayının komandiri,[2], Rusiya-Ukrayna müharibəsinin iştirakçısı, Ukrayna Qəhrəmanı (2022).
Denis Hennadiyovıç Prokopenko | |
---|---|
ukr. Денис Геннадійович Прокопенко | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 iyun 1991[1] (33 yaş) |
Vətəndaşlığı | |
Milliyyəti | karel |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ukrayna Milli Qvardiyası |
Qoşun növü | xüsusi təyinatlılar |
Rütbəsi | mayor |
Döyüşlər |
Donbass müharibəsi Rusiyanın Ukraynanı işğalı (2022) |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rusiya-Ukrayna müharibəsi zamanı o, Ukrayna rəhbərliyi tərəfindən düşmən hücumlarını dəf etmək və qəhrəman şəhər Mariupolu qorumaq üçün effektiv fəaliyyətinə görə fərqləndirilib.[3]
Prokopenko həm də Redis kimi tanınır ((ukr. Ре́діс) köhnə futbol azarkeşi ləqəbi onun hərbi çağırış ləqəbinə çevrildi. Onun tabeliyində olanların ona qeyri-rəsmi olaraq "Qardaş Redis" və ya "Yoldaş Redis" deyə müraciət etdikləri bildirilir ("Дру́же Ре́діс", "Drúže Rédis", [ˈdruʒe ˈrɛd⁽ʲ⁾is])[4][5]
Həyatı
redaktəDenis Prokopenko etnik karel nəslindəndir. Babası SSRİ–Finlandiya müharibəsinin iştirakçısı olub.
Kiyev Milli Linqvistik Universitetinin Alman filologiyası fakültəsini ingilis dili müəllimi ixtisası üzrə bitirib. Eyni zamanda idmanla da məşğul olub. O, "Dinamo" (Kiyev) futbol klubunun aktiv azarkeşlərindən (ultra) biridir.[6][7]
2014-cü ildən Ukraynanın şərqində keçirilən antiterror əməliyyatında iştirak edib, Azovda taqım və tabora komandirlik edib. 2017-ci ilin sentyabrında Azov Əlahiddə Xüsusi Təyinatlı Dəstəsinin komandiri təyin edilib.
2019-cu il avqustun 24-də Ukraynanın Müstəqillik Günündə, Kiyevin Xreşçatik şəhərində kapitan Denis Prokopenko Ukrayna Prezidenti Volodimir Zelenskinin əlindən III dərəcəli Boqdan Xmelnitski ordenini alıb.[6]
Rusiyanın Ukraynaya hücumu zamanı Azov alayının komandiri Denis Prokopenko 2022-ci il martın 7-də videomüraciətində Ukraynanın səmasını bağlamağa və Mariupola kömək etməyə çağırıb, çünki "düşmən mülki əhaliyə qarşı və şəhərin infrastrukturuna atəş açmaqla müharibə qaydalarını pozur".
19 mart 2022-ci ildə prezident Volodimir Zelenskinin əmri ilə Mariupolun müdafiəsini davam etdirən iki bölmənin komandirləri — Denis Prokopenko və 36-cı dəniz piyada briqadasının komandiri Vladimir Baranyuk Ukrayna Qəhrəmanı adına layiq görülüb.[8]
Əsir düşməsi
redaktəDenis Prokopenko 2022-ci il mayın 20-də "Telegram"da son videomüraciətindən sonra Azovstal zavodunun son müdafiəçiləri ilə birlikdə rus hərbçilərinə təslim oldu: "Ali hərbi komandanlıq qarnizonumuzun əsgərlərinin həyatını xilas etmək və şəhərin müdafiəsini dayandırmaq əmri verib". Hazırda Rusiya Duması "Azov"u terror təşkilatı kimi təsnif etməyə cəhd etdiyi üçün Rusiyanın Prokopenkonu hərbi əsir hesab edib-etməməsi sualı şübhə altında qalır.[9][10] Mayın 24-də həyat yoldaşı Katerina onun rus əsirliyində olduğunu və onunla telefonla danışa bildiyini təsdiqləyib.[11]
Mükafatları
redaktə- "Qızıl Ulduz" ordeni ilə təltif edilməklə "Ukrayna Qəhrəmanı" adı (19 mart 2022-ci il) — Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi cəsarət və qəhrəmanlığa, hərbi anda sədaqətinə görə.[12]
- III dərəcəli Boqdan Xmelnitski ordeni (21 avqust 2019-cu il) — Ukrayna dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsinə şəxsi əhəmiyyətli töhfəsinə, döyüş əməliyyatları zamanı göstərdiyi şücaətə, xidməti vəzifələrini nümunəvi yerinə yetirməsinə və yüksək peşəkarlığına görə.[13]
- "Ukrayna qarşısında hərbi xidmətə görə" medalı (25 mart 2015-ci il) — Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi cəsarət və yüksək peşəkarlığa görə.[14]
İstinadlar
redaktə- ↑ 1 2 Денис Прокопенко.
- ↑ До уваги представників ЗМІ: Підрозділ Нацгвардії "АЗОВ" участі у марші та мітингу під ВР не брав Arxivləşdirilib 2016-05-23 at the Wayback Machine // Національна гвардія України. — 2022. — 2016. — 20 травня.
- ↑ Змістовні переговори про мир і безпеку для України — єдиний шанс для Росії зменшити шкоду від власних помилок — звернення Президента Володимира Зеленського Arxivləşdirilib 2022-04-03 at Archive.today // Офіс президента України. — 2022. — 19 березня.
- ↑ ""Ми досить міцні, щоб кров'ю і потом відвойовувати нашу землю…" – Герой України Денис Прокопенко" ["We are strong enough to reconquer our land, by blood and sweat…" - Hero of Ukraine Denis Prokopenko] (ukrayna). 2022-03-23. 3 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2022.
До речі, Денис — потомок етнічного карела, який чудом уцілів у Зимовій війні 1939-1940 рр., тому для нього захист України — справа особиста: «Таке відчуття, що я продовжив ту саму війну, але на іншій ділянці фронту, війну проти окупаційного режиму Кремля. У мого діда була така жахлива ненависть до комунізму, до більшовизму, до Совка… Уявляєш, що таке втратити свою родину? Тобто, всі його брати загинули, рідня…»
- ↑ "Интервью Редиса" [Redis Interview] (rus). 2016-07-20. 6 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2022.
- ↑ 1 2 Коваленко, Сергій. "«Ми досить міцні, щоб кров'ю і потом відвойовувати нашу землю…» – Герой України Денис Прокопенко". Армія. inform (ukrayna). 2022-03-23. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.
- ↑ "Ультрас Динамо отримав звання "Героя України"". Футбол. 24 (ukrayna). 2022-03-20. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.
- ↑ Дим, Нестор. "За Маріуполь: президент надав звання Героїв України командирам полку "Азов" і 36-ї бригади морпіхів". Новинарня (ukrayna). 2022-03-19. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.
- ↑ "На "Азовстали" сдался командир батальона "Азов"". RBS (rus). 2022-05-21. 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ "Russian army takes control of Mariupol's Azovstal steel plant". the Guardian (ingilis). 2022-05-21. 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ "Ukrainian soldiers captured at Azovstal plant in 'satisfactory' conditions". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ Указ Президента України від 19 березня 2022 року № 148/2022 "Про присвоєння звання Герой України Arxivləşdirilib 2022-04-06 at Archive.today"
- ↑ [відзначення державними нагородами України]
- ↑ [відзначення державними нагородами України військовослужбовців Національної гвардії України]
Xarici keçidlər
redaktə- Коваленко, С. "Ми досить міцні, щоб кров’ю і потом відвойовувати нашу землю…" — Герой України Денис Прокопенко // АрміяInform. — 2022. — 23 березня.
- Герой Украины командир полка «Азов» Прокопенко. Вся правда о стертом с лица земли Мариуполе — YouTube platformasında Март 2022 года