Denpasar - Wikipedia
Denpasar (ind. Kota Denpasar) — İndoneziyada şəhər. Balinin paytaxtı. Dünyanın ən çox turist cəlb edən yerlərindən biridir.
Denpasar | |
---|---|
Denpasar | |
8°40′18″ c. e. 115°14′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 27 fevral 1788 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 4 ± 1 m, 34 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | DK |
Digər | |
denpasarkota.go.id | |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
redaktəDenpasar sözü bali dilində "den" (şimal) və "pasar" (bazar) sözlərindən götürülmüşdür. Bu da şəhərin mənşəyinin qədim vaxtlkardan ticarət şəhəri olduğunu göstərir. Şəhərin həmin qədim hissəsi indi Kumbasari Bazarı adı ilə tanınır.[3]
İqlimi
redaktəKeppenin iqlimlər təsnifatına görə Anadır tropik səhra iqlimə malikdir. Burada hava isti və nəmdir. İl boyu temperatur dəyişikliyi çox azdır. Ortalama temperatur 28 °C-dir. İl iki mövsümə bölünür : nəm (noyabr-aprel ayları) və quru (may-oktyabr).
Əhalisi
redaktə2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görən Denpasarın 788 445 nəfər əhalisi olmuşdur. Buradakı əhali əsasən Hinduizm (68.4%) dininə sitayiş edir. Hinduizmi İslam, Xristianlıq, Buddizm və Konfutsiçilik izləyir.[4]
Nəqliyyat
redaktəHava nəqliyyatı
redaktəŞəhərdən 13 km cənubda yerləşən Denpasar Beynəlxalq Hava Limanı İndoneziyanın ən işlək hava limanlarından biridir.
Dəniz nəqliyyatı
redaktəBonea Limanı şəhərin dənizə çıxışını təmin edir. Liman şəhər mərkəzindən 10 km aralı yerləşir və 1924-cü ildən fəaliyyət göstərir.
Avtomobil nəqliyyatı
redaktəİqtisadiyyat
redaktəTurzim və infrastrukturun inkişafı şəhər iqtisadiyyatının güclənməsinə səbəb oldu. İqtisadiyyatın böyük hissəsi ticarət, otellər və restoranların payına düşür. Həmçinin əl işləmələri sənəti də böyük əhəmiyyətə malikdir.
İdman
redaktəDenpasarda çoxsaylı beynəlxalq və milli idman tədbirləri keçirilir. Şəhər 2008-ci il Asiya Plyaj Oyunları və 2009-cu il Asiya Oxatma Çempionatına ev sahibliyi etmişdir. Həmçinin Perseden Denpasar futbol klubu şəhəri Nusantara Liqasında təmsil edir.
Təhsil
redaktəDenpasarda aşağıdakı təhsil ocaqları var :
- Udayana Universiteti
- Varmadeva Universiteti
- Milli Təhsil Universiteti
- Denpasar Mahasarasvati Universiteti
- İndoneziya İncəsənət İnsitutu, Denpasar
Qardaşlaşmış şəhərlər
redaktəDenpasar aşağıdakı şəhərlərlə qardaş şəhər statusuna malikdir :
İstinadlar
redaktə- ↑ 1 2 Code and Data of Bali Province Government Administrative Area.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "Gambaran Umum Kota Denpasar dan Pemertahanan Bahasa Bali" (PDF). 20 May 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 January 2013.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;census
adlı istinad üçün mətn göstərilməyib