Dieqo Ramires Adalari - Wikipedia
Dieqo-Ramires adaları (isp. Islas Diego Ramírez) — Adaların ümumi sahəsi 1 km²-dən çoxdur. Horn burnundan cənub qərbdə yerləşir. Şimalda cənuba adalar 8 km məsafədə yerləşir.
Dieqo-Ramires adaları | |
---|---|
isp. Islas Diego Ramírez | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi |
|
Hündür nöqtəsi | 179 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
56°30′00″ c. e. 68°43′00″ q. u.HGYO | |
Ölkə | Çili |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəArxipelaqın ən böyük adası Bortolomedir. Böyüklüyünə görə ikinci böyük adası Qonsalo adasıdır. Bölgədən keçən gəmilərin çoxu adaların yaxınlığındsn keçir.
İqlimi
redaktəAdaların iqlimi rütübətli və yağışlıdır. Orta aylıq temperaturu +3,2°S (iyul-avqust) +7,5 °S (yanvar-fevral), orta +5,2 °S. Yayda 94 mm (oktyabr) - 137 mm (mart), ümumən isə 1368 mm olur. Yayda əsasən yağıntılar yağış, qışda isə qar halında düşür.
Tarixi
redaktəAdalar 12 fevral 1619 ci ildə Nodal qardaşları tərəfindən kəşf edilmişdir. Adalar Dieqo Ramires Arelyanonun şərəfinə adlandırılmışdır. 156 il ərzində adalar Cənubi Sandviç adaları ilə birlikdə Dünyanın ən cənub əraziləri hesab edilmişdir.
Maraqlı fakt
redaktəƏn iri adaları olan Bartolome və Qonsalo adaları onları kəşf edən Nodal qardaşlarının şərəfinə adlandırılmışdır. Adaları Nodal boğazı ayırır.
Amerikanın cənub nöqtəsi
redaktəBəzən Amerikanın cənub torpağı hesab edilir. Bu nöqtə Aqila adası hesab edilir. Bununla belə bəzən Cənubi Sandviç adaları Cənubi Amerikanın bir hissəsi hesab edilsədə geoloji, coğrafi və iqlim baxımından Antarktidaya aid edilir. Cənubi Amerikanın cənub nöqtəsi bu zaman Tule adası hesab edilir.
Mənbə
redaktə- Dieqo-Ramires adaları Arxivləşdirilib 2008-05-20 at the Wayback Machine