Dikearxus - Wikipedia
Dikearxus (yun. Δικαίαρχος, təxminən m. ö. 365 – 300) — yunan filosofu, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. Aristotelin və Teofrastusun öyrəncisi idi. O, psixologiya, tarix, mədəniyyət, dilçilik və siyasət elmlərini əhatə edən bir çox elmi kitablar yazmışdır.
Dikearxus | |
---|---|
Doğum tarixi | ən tezi e.ə. 375 və ən geci e.ə. 347[1] |
Vəfat tarixi | ən tezi e.ə. 285 və ən geci e.ə. 280[1] |
Fəaliyyəti | riyaziyyatçı, filosof, tarixçi, coğrafiyaşünas |
Həyatı
redaktəDikearxus ruhun varlığını və ölməzliyini inkar edirdi. "Ruh haqqında" (yun. Περὶ ψυχῆς) kitabında o yazırdı ki, ruh materiyanın formalarından biridir, cisimdir. Dünyada bütün varlıqlar dörd ünsürdən əmələ gəldiyi kimi ruh da onlardan biridir, sadəcə onun vəzifəsi bədəni canlandırmaqdır[2].
"Trifoniusun məbədinə eniş" (yun. Εἰς Τροφωνίου κατάβασις) əsərində Dikearxus din xadimlərini tənqid etmişdir. Həmin bu əsərdə o, falçılığı rədd edərək yalnız ilham və röyaları inkar etməmişdir[3].
Dikearxus mədəniyyət tarixi elminin yaradıcısı hesab edilir. O, "Yunanıstan həyatı" (yun. Βίος Ἑλλάδος) kitabında yunan mədəniyyətinin icmalını vermiş, yunanların inkişafını Şərqin mədəni həyatı ilə bağlamışdır[3]. Onun fikrincə insanlar təbii yaşamdan heyvandarlığa, sonra isə əkinçiliyə keçmişdilər.
Dikearxus siyasi məsələləri də araşdırmışdır. "Tripolitikus" (yun. Τριπολιτικός) adlı yazısında o hesab edirdi ki, dövlətin idarəçilik metodu demokratiya, monarxiya və aristokratiyanın qarışığından ibarət olmalıdır[3].
Dikearxus həm də təbiətşünas olmuş, xəritələr çəkmişdir[4]. "Yeri dolaşmaq" (yun. Γῆς περίοδος) kitabında o, yerin kürə formasında olmasını iddia etmiş, bəzi dağların hündürlüyünü ölçməyə çalışmışdır.
Mənbə
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 153-154. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Record #240199741, Record #147328746, Record #264655174, Record #303623044, Record #1072145857117722922387, Record #176159474048027660989, Record #525159474354227662954, Record #765159234107603370887, Record #5128159477645027990006, Record #3946160668419303560006, Record #8522168049012038410005, Record #6260168049001638410003 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
- ↑ Cicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886, p. 17.
- ↑ 1 2 3 Дикеарх // Античная философия: Энциклопедический словарь Arxivləşdirilib 2016-10-09 at the Wayback Machine / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция. 2008.
- ↑ Цицерон М. Т. Письма Марка Туллия Цицерона к Аттику, близким, брату Квинту, М. Бруту Arxivləşdirilib 2019-05-16 at the Wayback Machine. Том 2. Годы 51-46. / Перевод и комментарии В. О. Горенштейна. М.-Л.: Издательство Академии Наук СССР, 1950, s. 107.