Dikson Qesebesi - Wikipedia
Dikson — Şəhərtipli qəsəbə olaraq Krasnoyarsk diyarının şimalında Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Rusiyanın şimal qütbünə ən yaxın şəhər tipli qəsəbəsidir.
Qəsəbə | |||||
Dikson | |||||
---|---|---|---|---|---|
rus. Диксон | |||||
|
|||||
73°30′30″ şm. e. 80°31′28″ ş. u.HGYO | |||||
Ölkə | Rusiya | ||||
Region | Krasnoyarsk diyarı | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1915 | ||||
Mərkəzin hündürlüyü | 26 m | ||||
Saat qurşağı | UTC+7:00 | ||||
Əhalisi | |||||
Əhalisi | 650 nəfər (2015) | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 39152 | ||||
Poçt indeksləri | 647340, 647341 | ||||
Nəqliyyat kodları | 24, 84, 88, 124 | ||||
Digər | |||||
dikson.narod.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQəsəbə 7 sentyabr 1915-ci ildə Dikson adasında inşa edilir. Qəsəbənin materik hissəsi isə sonra tikilir. Ada öz adınını norveçli taçir və səyahətçi Oskar Diksonun (isv. Oskar Dickson; 1823—1897) adından götürmüşdür.
Uzaqda yerləşməsi çoxlarını bura cəlb edir. Halbuki, qəsəbəyə gediş hecdə asan deyil. Sənətçilərin bir qismi Dikson haqqında nəğmələr qoşmüşdür.
1942-ci ildə qəsəbə yaxınlığında alman «Admiral Şeer» gəmisi ilə SSRİ donamması döyüş baş vermişdir[1]. Qəsəbədə bu hadisənin və müdafiəçilərin şərəfinə abidə ucaldılmışdır.
Üstəlik burada Nikifor Alekseyeviç Beqiçevin şərəfinə abidə qoyulub.
1980-ci illərin ortalarında ABŞ-nin eyni adlı şəhəri ilə «qardaşlaşır». Son zamanlar əlaqələr getdikcə zəyifləyir
Coğrafiyası
redaktəQəsəbə Yenisey körfəzinin sahilində qərar tutur. Taymır yarımadasının Pyotr Çiçakov sahillərində yerləşir. Qəsəbə Dikson boğazı ərazisinə daxildir.
Qütb gündüzləri 5 maydan 10 avqusta, Qütb gecələri isə 11 noyabrdan 1 fevrala qədər davam edir. İqlimi çox sərtdir. Ən isti ay olan avqustda +4,8 °S olur. Orta illik temperatur isə −11,4 °S təşkil edir. Ən aşağı temperatur 7 fevral 1979-ci ildə −48,1 °S olaraq qeydə alınmışdır. Ən isti temperatur isə 3 avqust 1945-ci ildə +26,9 °S olaraq qeydə alınıb.[2]. Ən soyuq ay fevraldır. Çelyuskin burnuna nisbətdə iqlimi mülayim olur.
İnfrastruktur
redaktəRusiyanınən ucaq şimalda yerləşən dəniz limanı yerləşir. Burada həmçinin hava limanı fəaliyyət göstərir. Bunula belə havalimanının eniş zolağında yaranan problemlır səbəbindən hava limanı 2010-ci ilin payızından fəaliyyətini dayandırmışdır. Bu isə qəsəbənin ölkənin digər əraziləri ilə hava əlaqələri kəsilmişdir[3]
1 yanvar 2007-ci ilə qədər Dilkson rayonunun inzibati mərkəzi olmuşdur. Hazırda qəsəbə boşalır[4], burada 667 nəfər yaşayır (2013). 2004-ci ildı 1113 nəfər[5], 1985-ci ildə isə burada 5000 insan yaşayırdı.
Qütb stansiyası 1916-cı ildən faliyyət göstərir. Strateji cəhətdən mümüm əraxidə yerləşir. Limanı isə Şimal dəniz yolunun portlarındandır.
İstinadlar
redaktə- ↑ "Головко А. Г. Вместе с флотом. — 3-е изд. — М.: Финансы и статистика, 1984. — 287 с, ил. — с. 129—135". 2012-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ "Северо-Евразийский Климатический Центр". 2015-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ "Krasnoyarskın ən şimalda yerləşən hava limanı bağlanıb". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ "Путешествие на Крайний Север: Форпост в пустоту". 2016-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ "Dikson population — Wolfram|Alpha". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.