Dilras Banu Beyim - Wikipedia
Dilras Banu Bəyim (d. 1622 - ö. 8 oktyabr 1657) — Səfəvi sülaləsindən olan şahzadə və Böyük Moğol imperiyasının VI imperatoru[1] Sultan Övrəngzibin birinci və əsas arvadı, imperatriça.[2][3][4][5] Ölümündən sonra "Dövrünün Rəbiyəsi"[a] olaraq adlandırılmışdır. Dilras Banu Bəyimin ölümündən sonra əri Övrəngzib Bibi Ka Məqbərəni inşa etdirmiş və o, burada dəfn edilmişdir. Bu məqbərə görünüş və memarlıq baxımından Övrəngzibin anası Mümtaz Mahalın dəfn edildiyi məşhur Tac Mahala bənzəməkdədir.[7]
Dilras Banu Bəyim | |
---|---|
Səfəvi şahzadəsi Dilras Banu Bəyim və ya Zan-i-Kalan | |
Doğum tarixi | 1622 |
Doğum yeri | Aqra, Böyük Moğol imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Övrəngabad, Böyük Moğol imperiyası |
Vəfat səbəbi | Doğuç zamanı yoluxduğu infeksiya |
Dəfn yeri | Bibi Ka məqbərəsi, Övrəngabad, Hindistan |
Vətəndaşlığı | Böyük Moğol imperiyası |
Həyat yoldaşı | |
Uşaqları | |
Atası | Bədiüzzaman mirzə Səfəvi |
Dini | Şiə İslam |
Fəaliyyəti | əsilzadə |
Tanınır | Sultan Övrəngzibin əsas arvadı |
Dilras Banu Bəyim Səfəvi sülaləsinin üzvü idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Ailəsinin soyu Səfəvi sülaləsindən ilk şah olan I İsmayıla gedib çıxmaqda idi və Dilrasın atası moğol imperiyasında Qucaratın valisi olaraq xidmət edirdi. O, 1637-ci ildə daha sonralar məşhur moğol hökmdarlarından birinə çevriləcək, Övrəngzib adı ilə tanınacaq Şahzadə Muhi-id-din ilə evlənmiş vı bu evlilikdən 5 övladı olmuşdur. Onun övladlarından biri olan Məhəmməd Əzəm Şah atası Övzəngzib tərəfindən vəliəhd elan edilmiş[8] və atasının ölümündən sonra qısamüddətli də olsa, taxta çıxmışdır. Bundan başqa Dilras Banu Bəyimlə Övrəngzibin Zeb-un Nisə, Zinət-un Nisə, Zubdat-un Nisə adlı qızları, vəliəhd olan oğlundan başqa da Məhəmməd Əkbər adlı bir digər oğlu olmuşdur. İstedadlı şairə olan Zeb-un Nisə atasının ən sevimli qızı,[9] oğlu Məhəmməd Əkbər isə ən sevimli oğlu olmuşdur.[10]
Dilras çox gümanki doğuş zamanı infeksiya xəstəliyindən həyatını itirmişdir. O, bu xəstəliyə beşinci övladı olan Məhəmməd Əkbəri dünyaya gətirən zaman yaxalanmışdır. Onun ölümündən bir ay sonra əri Övrəngzib taxt uğrunda verdiyi mübarizədən qalib ayrılmış və hakimiyyətə gəlmişdir.[11]
Ailəsi və şəcərəsi
redaktəDilras Banu Bəyim Səfəvi sülaləsinin üzvü olmuşdur.[12] Onun atası Bədiüzzaman Mirzə Səfəvi və ya digər adı ilə Şahnəvaz xan (Mirzə Dəkkən adı ilə məşhurdur) Səfəvi imperiyasının qurucusu I İsmayılın soyundan gəlməkdədir.[13] Bədiüzzaman Mirzə Səfəvi Qucaratın valisi olmaqla birlikdə, Moğol sarayında ən güclü şəxslərdən biri idi.[14] O, təmtəraq və bahalı yaşamı çox sevirdi və onun bu xüsusiyyəti qızının nişan mərasimində aşkar şəkildə hiss edildi.[15]
Dilrasın anası olan Nauras Banu Bəyim Mirzə Məhəmməd Şərifin qızı idi,[16] atası isə Sultan Cahangirin hakimiyyəti dövründə Moğol sarayına gəlmiş Mirzə Rüstəm Səfəvi idi.[4] 1638-ci ildə Dilrasın kiçik bacısı Səkinə Banu Bəyim Övrəngzibin kiçik qardaşı Şahzadə Murad Bəxşlə evləndi.[17] Bədiüzzaman Mirzə Səfəvinin qardaşının və Dilrasın əmisinin övladı da həmçinin Övrəngzibin böyük qardaşı Şahzadə Şah Şüca ilə evlənmişdir.[18] Bu evliliklər imperator ailəsi ilə Şahnəvaz xanın ailəsi və bunun davamı olaraq Səfəvilər sülaləsi arasındakı əlaqələri daha da gücləndirdi.[17]
Övrəngziblə evliliyi
redaktə1637-ci ilin fevralında Dilras Şahzadə Mudi-ud-din ilə nişanlandı.[19] Mudi-ud-din o zamankı hökmdar Sultan Şah Cahan ilə onun sevimli arvadı Mumtaz Mahalın övladı idi.[20] Evlilik təklifi Şah Cahan tərəfindən irəli sürüldü və Dilrasın atası tərəfindən qəbul edildi və bu, onların nişanlanmasına səbəb oldu. Bu zaman Övrəngzib Dəkkən yaylasına qarşı edilən hərbi yürüşdə iştirak edirdi və atası tərəfindən çağırıldıqdan sonra yürüşüdən ayrılıb geri dönməyə məcbur oldu. 15 aprel 1637-ci ildə Aqraya çatan Övrəngzibin toy hazırlıqlarına başlanıldı.[21] Bir neçə həftə sonra, yəni 8 may 1637-ci ildə böyük şənliklərlə müşayət olunan toy mərasimi həyata keçirildi.[22][23]
İmperator saray münəccimlərinin qərarına əsasən, onların nikah mərasimi sübhdən dörd saat əvvəl, təmtəraqlı və möhtəşəm şənliklər arasında keçirildi və Bədiüzzaman Mirzə Səfəvi malikanəsində baş tutdu.[24] Toy mərasiminin əzəməti salnaməçi Xafi Xan tərəfindən belə təsvir edilir:
Atəşfəşanlıq partlaması yer üzünü başqa bir səmaya çevirdi və müğənnilərin, rəqqasların cazibəsi “hətta Veneranın” paxıllığına səbəb ola bilərdi. |
Bundan sonra qazı bu şəxsi imperatorun iştirakı ilə nikahlarını kəsir. Nikah mehri olaraq isə 400 min rupi müəyyən edilir. Toy mərasimindən sonra vəlimə adlı dəvət bu dəfə Övrəngzibin atası Sultan Şah Cahanın sarayında təşkil edilir. 14 mayda baş tutan bu mərasimdə Sultan Şahcahan öz əmirlərinə hədiyyələr paylayır.
İmperator ilə birlikdə 3 ay Aqra şəhərində qalan cütlük 4 sentyabr 16370ci ildə Övrəngzibin canişin olaraq xidmət etdiyi Dəkkənə gedirlər. Aqrada yaşadıqları zaman Dilras Övrəngziblə özünün ilk uşağına hamilə qalır. Bu hamiləlikdən istedadlı şairə olaraq dəyərlənirilən Zeb-un Nisə dünyaya gəlir. O, evliliyin baş tutmasından 9 ay sonra, yəni 15 fevral 1638-ci il tarixində Dəkkənin Daulatabad şəhərində dünyaya gəlmişdir.[25] Bu qız sonralar atasının ən sevimli qızı olmuşdu. Bundan sonrakı 19 illik evlilik həyatı boyunca bu cütlüyün daha 4 övladı dünyaya gəldi və bu 5 övladın hamısı Övrəngzib tərəfindən digər arvadından olan övladları ilə müqayisədə daha çox sevilirdi. Övrəngzibin sevimli arvadı olan Dilrasın onun üzərində təsir qüvvəsi var idi və əsas arvad kimi hərəmi də idarə edirdi. O, Övrəngzibin digər əmirləri ilə birlikdə sarayda ən güclü şəxslərdən biri hesab edilirdi, halbuki ikinci arvad saray daxilində təsir qüvvəsinə və gücə malik deyildi. Dilras gücünə baxmayaraq, saray daxili siyasətə və intriqalara qarışmırdı, inzibati məsələlərə müdaxilə etmirdi.[26]
Dilras mənbələrin bildirdiyinə görə həm xarakter, həm də görünür olaraq gözəl və cazibədar olmuşdur.[27] Xarakterinə görə o, qürurlu və iradəli bir qadın idi və əri də ona heyran idi. Dilrasın tez əsəbləşən birinsan olduğu təxmin edilir, lakin Övrəngzib onun haqqında "həddindən artıq amiranə bir qadın idi, lakin ömrünün sonuna qədər onu sevməyə davam etdim və heç vaxt onun hisslərini incitmədim".[28] Dilrasın qürurlu xarakteri hökmdar arvadı kimi onun həmişə təvazökar davranan Övrəngziblə münasibətlərində problem yaratmırdı. Bir neçə qaynağın verdiyi məlumata əsasən deyilə bilər ki, Dilrasla Övrəngzib bəzi xarakterik xüsusiyyətləri paylaşmaqda idilər. Onların hər ikisi iradəli, dindar və maddi dəyərlərin normal sxeminə nisbətən biganə idilər.[29]
Hər bir halda, Övrəngzib sünni ikən, Dilras mömin bir şiə idi.[30] Övrəngzibin sarayında, Dilras sünni və şiə üləmanın iştirak etdiyi debatlar təşkil edirdi və bu məclislərdə qızı Şahzadə Zeb-un Nisə də iştirak edirdi. Lakin Övrəngzib imperator olduğu zaman Dilras artıq vəfat etmişdi və bundan sonra ata qızlarına belə debatlarda iştirak etməməyi tapşırmışdı. Tarixçi Maqan Lala görə, Zeb-un Nisə Bəyim atasının bu tapşırığına əməl etmişdir. Ümumilikdə Səfəvi şiələri Övrəngzibin hakimiyyəti dövründə gücləndilər, hətta onların təsir qabiliyyəti heç bir moğol hökmdarının dövründə bu qədər güclü olmamışdı. Onlardan bir çox qabiliyyətli hərbi sərkərdələr də çıxmış və Övrəngzibin hərbi əməliyyatlarına rəhbərlik etmişdi.[31]
Övrəngzibin digər ikinci dərəcəli evliliklərindən olan arvadları əhəmiyyətsiz hesab edilirdilər.[32] Onlardan ikisi Övrəngzib üçün 4 övlad dünyaya gətirsələr də, hökmdardan təsric olunmuş şəkildə yaşamaqda idilər.[32] Əsas arvad və imperial status daşıma haqqı yalnız Dilrasa aid edilmişdi.[33] O, əri üzərindəki təsirini ömrünün sonuna qədər qorumuş və onun əsas arvadı kimi qalmağı bacarmışdı. Hətta onun vaxtsız ölümündən sonra belə, onun saraydakı, ərinin həyatındakı və imperial yaşamdakı statusu Övrəngzibin digər heç bir arvadına verilmədi.[34] Beləliklə, Dilras heç vaxt dəyişdirilmədi və heç bir imperatriça Aurangzebin sarayını idarə etmədi.[35]
Övladları
redaktəDilras Banunun hamilə qalması ən azı 4 il aralıqlarla olmuşdur. Professor Annie Krieger-Krynicki hesab edir ki, onun hamiləlikləri arasaranın olmasının səbəbi Övrəngzibin Dilrasın kövrək sağlamlığına ziyan vurmaq istəmməsi həlledici amil olmuşdur. Çünki Övrəngzib Mümtaz Mahalın da buna görə vəfat etdiyini görmüşdü.[36] Cütlük evliliklərinin 20-ci ilində artəq 5 uşaq sahibi idilər:
- Şahzadə Zeb-un Nisə Bəyim (15 fevral 1638 - 26 may 1702) - evlənmədən vəfat etmişdir. Qardaşı Məhəmməd Əkbər anaları tez vəfat etdiyinə görə ona baxmışdır. Məşhur şairə və atasının sevimlisi idi. Lakin müəyyən səbəblərə görə ömrünün son 20 ilini həbsdə keçirmişdir.[37]
- Şahzadə Zinət-un Nisə Bəyim (5 oktyabr 1643 - 7 may 1721) - atası Övrəngzibin hakimiyyəti dövründə birinci xanım (Padişah Bəyim) vəzifəsini icra etmişdir. Evlənməmişdir.
- Şahzadə Zubdat-un Nisə Bəyim (2 sentyabr 1651 - 17 fevral 1707) - əmisi Dara Şükuhun oğlu Şahzadə Sifir Şükuhla evlənmiş və övladı olmuşdur.[38]
- Şahzadə Məhəmməd Əzəm Şah (28 iyun 1653 - 8 iyun 1707) - atasından sonra qısamüddətli imperator olmuşdur. Özünün əmisi Dara Şükuh qızı olan Şahzadə Cahanzeb Banu ilə evlənmişdir. Övladı olmuşdur. Hakimiyyətə gələ bilsə də, qısa müddət sonra öz ögey qardaşı Müəzzəm tərəfindən devrilmişdir. Özü və oğlu Bidar Bəxt döyüşdə öldürülmüşdür.[39][40]
- Şahzadə Sultan Məhəmməd Əkbər (11 sentyabr 1657 - 31 mart 1706) - Dara Şükuhun nəvəsi ilə evlənmişdir. Atası Övrəngzibə qarşı uğursuz üsyan qaldırmış, bundan sonra Maratha kralının sarayına, daha sonra isə Səfəvi imperiyasına sığınmışdır. Məşhəd şəhərində vəfat etmiş və orada da dəfn edilmişdir.[41]
Ölümü və sonrası
redaktə11 sentyabr 16570ci ildə Dilras özünün beşinci övladını dünyaya gətirdi. Güman edilir ki, bu doğuş zamanı o infeksiyaya yoluxmuş və bunun onda yaratdığı xəstəlik 8 oktyabr 1657-ci ildə ölümünəı yol açmışdır. Onun ölümü Övrəngzib üzərində güclü təsir buraxdı və imperatorun çox ağrı hiss etməsinə səbəb oldu. Həmçinin onların övladı olan Şahzadə Əzəmdə bu ölüm sinir pozulmasına yol açdı. Dilrasın ölümündən sonra onnu yeni doğulmuş övladının qayğısını bir digər qızı Zeb-un Nisə öz öhtəsinə götürdü. Zeb-un-Nissa qardaşını çox sevirdi və eyni zamanda, Aurangzeb anasız oğlu ilə çox vaxt keçirirdi və bu tezliklə onun atasının ən sevimli oğlu olmasına səbəb oldu.[42]
Bibi Ka məqbərəsi
redaktəDilrasın ölümündən sonra, yəni 1660-cı ildə Övrəngzib arvadının dəfn edilməsi üçün Auranqabadda məqbərənin tikintisini əmr etdi.[43] Bibi Ka məqbərəsi adlandırılan bu memarlıq abidəsinin xüsusiyyəti ondan ibarətdir ki, Övrəngzib təxminən yarım əsrlik hakimiyyəti boyunca heç bir zaman memarlıq abidəsi tikdirməmiş, yalnız Dilras üçün bir istisna etmişdir. Dilras bu məqbərədə "Dövrünün Rəbiəsi" adı altında dəfn edilmişdir. Bu titul ona Bəsrəli Rəbiədən təsirlənərək verilmişdir.[44][45] Bibi Ka Məqbərəsi Dilrasın qayınanası, özü də doğuş zamanı dünyasını dəyişən İmperator Mümtaz Mahalın məqbərəsi olan Tac Mahala heyrətamiz dərəcədə bənzəyir.[46]
Bibi Ka Maqbara Avrəngzibin əmri ilə ucaldılan ən böyük quruluş idi və onun evlilik sədaqətinin simvolu hesab olunur.
Sonrakı illərdə onun məzarı Avrəngzibin göstərişi ilə oğlu Əzəm şah tərəfindən təmir edildi. Avrəngzibin özü də Xuldabaddakı məqbərəsindən bir neçə kilometr aralıda dəfn edilmişdir.[47]
Populyar mədəniyyətdə
redaktə- Dilras Banu Bəyim Ruçir Quptanın Taxtın sevgilisi (2014) tarixi romanının əsas qəhrəmanıdır.
- O, 2016-cı ildə N.S. İnamdar və Vikrant Pande tərəfindən yazılmış "Şahənşah: Aurangzebin həyatı" romanının baş qəhrəmanıdır.
- Dilras 2018-ci ildə Medha Deşmukh Bhaskaran tərəfindən yazılmış "Sərhədlər: Aurangzeb və Şivaci arasında amansız döyüş" romanının mühüm personajıdır.
- O, Karan Coharın rejissoru olduğu və yaxın zamanda yayımlanması planlanan "Taxt" filmində Alia Bhatt tərəfindən canlandırıla bilər.[48]
Qeydlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Spear, 2022
- ↑ Eraly, 2007. səh. 147
- ↑ Chandra, 2002. səh. 50
- ↑ 1 2 Koch, 1997. səh. 104
- ↑ Nath, 1990. səh. 148
- ↑ Smith, Margaret. Rabi'a The Mystic and Her Fellow-Saints in Islam. Cambridge University Press. 2010. səh. 252. ISBN 9781108015912. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-10.
- ↑ Eraly, 2008. səh. 376
- ↑ Sarkar, 1925. səh. 21
- ↑ Krynicki, 2005. səh. 73
- ↑ Sarkar, 1919. səh. 91
- ↑ Krynicki, 2005. səh. 3
- ↑ Yust, 1954. səh. 694
- ↑ Roy, 2014. səh. 39
- ↑ Sarkar, 1912. səh. 57
- ↑ Krynicki, 2005. səh. 1
- ↑ Indian Historical Records Commission (1921). Proceedings of the ... Session. III. 1921. səh. 18.
- ↑ 1 2 Waldemar, 1986. səh. 124
- ↑ Faruqui, 2012. səh. 246
- ↑ Muni, 1988. səh. 391
- ↑ Sandler, 2002. səh. 74
- ↑ Sarkar, 1912. səh. 58-61
- ↑ Sarkar, 1979. səh. 409
- ↑ Mehta, 1986. səh. 475
- ↑ Eraly, 2007. səh. 153
- ↑ Sarkar, 1933. səh. 90
- ↑ Krynicki, 2005. səh. 84
- ↑ Robinson, 2005. səh. 57
- ↑ Eraly, 2004. səh. 395
- ↑ Muni, 1988. səh. 60
- ↑ Krynicki, 2005. səh. 54
- ↑ Krynicki, 2005. səh. 55
- ↑ 1 2 Waldemar, 1986. səh. 162
- ↑ Must'ad Khan və Sarkar, 1947. səh. 10
- ↑ Sorābshāh, 1957. səh. 151
- ↑ Krynicki, 2005. səh. 103
- ↑ Krynicki, 2005. səh. 41
- ↑ Magan La və Jessie Duncan Westbrook. . John Murray. 1913 https://www.sacred-texts.com/isl/zun/zun03.htm (#bare_url_missing_title). 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2022.
- ↑ Must'ad Khan və Sarkar, 1981. səh. 39
- ↑ Puri, 2003. səh. 199
- ↑ Gandhi, 2003. səh. 324
- ↑ Sen, 2013. səh. 190
- ↑ Eraly, 2000. səh. 424
- ↑ Lach və Kley, 1998. səh. 738
- ↑ "Tomb of RabiaDurani (Bibi Ka Maqbara)". www.yatra.com. 2016. İstifadə tarixi: 23 noyabr 2022.
- ↑ "Bibi KaMaqbara". www.incredibleindia.org. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2022.
- ↑ Kumar, 2014. səh. 4-7
- ↑ Ahmed, 2011. səh. 264
- ↑ Manjari Mukherjee. "Takht: Here's Who Will Romance Whom In This Karan Johar Directorial! Surprises Inside". in.news.yahoo.com. 2019. 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2022.
Mənbə
redaktə- Abraham Eraly. The Mughal World: Life in India's Last Golden Age. Penguin Books India. 2007. ISBN 9780143102625.
- Abraham Eraly. The Mughal Throne: The Saga Of India's Great Emperors. Orion Publishing Group. 2004.
- Abraham Eraly. Emperors of the Peacock Throne: The Saga of the Great Mughals. Penguin Books India. 2000. ISBN 978014100143.
- Abraham Eraly. The Mughal world: India's tainted paradise. Weidenfeld & Nicolson. 2008.
- Sir Jadunath Sarkar. Anecdotes of Aurangzib. M.C. Sarkar & Sons. 1925.
- Sir Jadunath Sarkar. Studies in Mughal India. W. Heffer and Sons. 1919.
- Sir Jadunath Sarkar. History of Aurangzib: Mainly Based on Persian Sources. I. M.C. Sarkar and Sons. 1912.
- Sir Jadunath Sarkar. A short history of Aurangzib, 1618-1707. Orient Longman. 1979.
- Sir Jadunath Sarkar. Studies in Aurangzib's reign: (being Studies in Mughal India, first series). Orient Longman. 1933.
- Saqi Must'ad Khan və Sir Jadunath Sarkar. Maāsir-i-Alamgiri: A History of the Emperor Aurangzib-ʻĀlamgir. Bengal: Royal Asiatic Society of Bengal. 1947.
- Sir Jadunath Sarkar. History of Aurangzib: Mainly Based on Persian Sources. III. South Asian Publishers. 1981.
- Annie Krieger-Krynicki. Captive Princess: Zebunissa, Daughter of Emperor Aurangzeb. Oxford University Press. 2005. ISBN 9780195798371.
- Walter Yust. Encyclopædia Britannica. II. 1954.
- Kaushik Roy. Military transition in early modern Asia, 1400-1750 : cavalry, guns, governments and ships. Bloomsbury Publishing. 2014. ISBN 978-1780938004.
- Ebba Koch. King of the world: the Padshahnama. Azimuth Ed. 1997.
- Hansen Waldemar. The Peacock Throne: The Drama of Mogul India. Motilal Banarsidass. 1986.
- Munis D. Faruqui (2012). The Princes of the Mughal Empire, 1504-1719. Cambridge University Press. p. 246. ISBN 9781107022171. The Princes of the Mughal Empire, 1504-1719. Cambridge University Press. 2012. ISBN 9781107022171.
- T.G. Percival Spear. ʿĀlamgīr, Aurangzib, Awrangzīb, Muḥī-ud-Dīn Muḥammad. www.britannica.com. 2022.
- Muni Lal. Aurangzeb. Vikas Publishing House. 1988. 404.
- Mānekshāh Sorābshāh. A History of Gujarat: Mughal period, from 1573 to 1758. Longmans, Green & Company, Limited. 1957.
- Anant Kumar. Monument of Love or Symbol of Maternal Death: The Story Behind the Taj Mahal. Case Reports in Women's Health - Elsevier. 2014.
- Farooqui Salma Ahmed. A Comprehensive History of Medieval India: From Twelfth to the Mid-Eighteenth Century. Pearson Education India. 2011. ISBN 9788131732021..
- Donald F. Lach və Edwin J. Van Kley. Asia in the Making of Europe : Volume III, the Century of Advance. University of Chicago Press. 1998.
- Annemarie Schimmel Robinson. The Empire of the Great Mughals : History, Art and Culture. Lahore: Sang-E-Meel Pub. 2005. ISBN 9781861891853.
- Sailendra Sen. A Textbook of Medieval Indian History. Primus Books. 2013. ISBN 978-9-38060-734-4.
- Gijs Kruijtzer. Xenophobia in Seventeenth-century India. Leiden University Press. 2009. ISBN 978-90-8728-068-0.
- B.N. Puri. Comprehensive history of medieval India. Sterling Publishers. 2003. ISBN 978-81-207-2508-9.
- Surjit Singh Gandhi. A Historian's Approach to Guru Gobind Singh. 2003.