Dinamo Mahacqala Fk - Wikipedia
«Dinamo» FK — Mahaçqala şəhərindən olan Rusiya futbol klubu. 2007-ci ildə Həvəskar futbol liqasında çıxış edirdi.
Dinamo Mahaçqala FK | |||
---|---|---|---|
Ölkə | |||
Yaranma tarixi | 1927, 29 iyun 2021 | ||
Stadionu | Dinamo[d] | ||
Liqa | Rusiya Premyer Liqası | ||
2007 | 10-cu yer | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Başqa adları
redaktə- 1958—1960 — «Temp»
- 1996—1997 — «Dinamo‑İmamat»
Tarixi
redaktəKlub 1946-cı ildə yaradılıb və debüt çıxışını «Şimali Qafqaz» zonasında üçüncü liqada etmişdir. Mövsüm nəticələrinə görə «Dinamo» mümkün səkkiz yerlərdən yeddinci yer tutur və həmin ili buraxılır. Klub 1958-ci ilə qədər heç bir SSRİ çempionatında çıxış etmir. Ancaq bu dəfə «Temp» adı ilə. 1960-cı ildə komandaya onun keçmiş adı — «Dinamo» qaytarılır. 1967-ci ildə «Dinamo» Birinci sovet futbol liqasının qalibi olur və oradan İkinci Qrupa keçir. 1971-ci ildə, çempionatın yeni təşkilatlanmasından sonra yenidən İkinci liqada çıxış etməyə başlayır. 1989-cu ildə «Dinamo» 20 mümkün yerlərdən 18-cisini tutur və İkinci aşağı liqaya enir. 1993-cü ildə «Dinamo» Rusiya İkinci liqasında çıxış etməyə başlayır. Ancaq yenə də uğursuz olur. Komanda 1994-cü ildə 20-ci yeri tutur. 1996-cı ildən 1997-ci ilədək komanda «Dinamo-İmamat» adını daşıyıb. 1998-ci ildə «Dinamo» İkinci PFL divizionunda çıxış etməyə başlayır. 2003-cü ildə «Dinamo» ən böyük uğurlarından birini atır və «Cənub» zonasında birinci yer tutaraq Birinci PFL divizionuna qalxır. 2005-ci ildə birinci divizionda beşinci yer tutaraq bütün tarixi ərzində ən yüksək nəticəni əldə edir. Mövsüm bitdikdən sonra 2006-cı ildə klubun lisenziyası əlindən alınır. 2007-ci ildən «Dinamo» Həvəskar futbol liqasında oynayır.[mənbə göstərin]
Məşqçilər
redaktə- 1971 — Nikolay Rasskazov
- 1989 — Viktor Lukaşenko
Nailiyyətlər
redaktəXarici keçidlər
redaktə- Rəsmi sayt Arxivləşdirilib 2007-01-06 at the Wayback Machine (2006-cı ildən yenilənmir)
- Qeyro-rəsmi sayt (2004-cü ildən yenilənmir)
Futbol klubu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |