Domovoy - Wikipedia
Domovoy (rus. Домово́й) slavyan xalqları arasında ev ruhu, mifoloji sahibkar olub evi, ailə həyatını, məhsuldarlığı, insanların və heyvanların sağlamlığını təmin edir.[1]
Mənşəyi
redaktəPis ruhların mənşəyi ilə bağlı əfsanələrə əsasən, Allahın cəza olaraq yer üzərinə atdığı mələklər hansı ki evlərə düşürdü domovoy olurdu. Adətən domovoy mərhum ailə üzvü hesab olunurdu. Bəzən onun tanrı tərəfindən yaradıldığı və hər evə göndərildiyinə inanılırdı. Həmçinin Serbiya və Bolqarıstan arxeoloji qazıntılarına əsasən ölən insanları sonradan qurbanlıq heyvanlar əvəz edirdi ki, onlar domovoy adlandırılırdı.[2]
Görünüş
redaktəDomovoy əsasən evin sahibi və ya sahibəsi hesab olunurdu. Görünüşündə heyvan xüsusiyyətləri təsvir olunurdu -uzun dik qulaqlar (və ya qulaq), saçla örtülmüş (ev sahibinin saçı rəngində) və uzun dırnaqlar. Onun geyimi evin varlı və ya kasıb olmasını göstərirdi. Geyimi zipun və ya mavi kaftan, ağ və ya qırmızı köynək ilə bir kəmərdən ibarət idi. Kasıb evdə domovoy çılpaq gəzirdi. Əgər o qara rəngdə görünürdüsə bu narahatlıqdan xəbər verirdi. Domovoy ailənin hər hansı bir üzvünün (xüsusən də ölən), bir heyvanın (ən çox ilan, pişik, xoruz, siçovul) şəklini ala bilər. Serblər arasında Maliç və ya Matziç adlandırılan domovoy, baş barmaq və ya kiçik bir uşağın ölçüsündə bir adam idi; şalvar və qırmızı papaq geyinir, üzündə saqqal uzada bilirdi.[3] Qərbi slavyanlar arasında domovoy cırtdan və ya ilan şəklində təmsil olunurdu.[4]
Məskəni
redaktəDomovoy qırmızı künclərdə, baca arxasındakı sobada, qapının ağzında, plitədə, çardaqda, sandığın küncündə, yeraltında yaşayır. Ailədə domovoyun olmamasının bədbəxtlik gətirəcəyinə inanılırdı, buna görə də başqa məkana köçəndə onu da dəvət edirdilər ‟Sahibim, mənimlə gəl”.[5]
Müasir dövrdə
redaktə2019-cu ilin mart ayında Kalininqrad və Baltik Serafiminin yepiskopu, Kalininqrad bölgəsinin başçısı Anton Alıxanova ünvanlanmış bir məktubunda, tarixi Bal körpüsünün və Kalininqraddakı Kəhrəba Muzeyinin binasının 2018-ci ildən bəri domovoy ilə bəzədilməsindən narahatlığını bildirdi. Yepiskop qeyd etdi ki, bu cür fiqurların quraşdırılması "insanları bütpərəstliyin və ibtidai slavyan millətçiliyinin qaranlıq çağlarına aparır".[6]
İstinadlar
redaktə- ↑ "Левкиевская, 1999, с. 120" (PDF). 2022-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-13.
- ↑ "Левкиевская, 1999, с. 120" (PDF). 2022-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-13.
- ↑ Школарац за трећи разред бр. 120
- ↑ Жихарько Arxivləşdirilib 2021-03-04 at the Wayback MachineЭнциклопедический словарь Брокгауза и Ефрона Arxivləşdirilib 2022-08-22 at the Wayback Machine в 86 т. (82 т. и 4 доп.)
- ↑ "Былички о домовом — Домового забирают в новый дом". 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-13.
- ↑ В Калининграде епископ РПЦ пожаловался властям на фигурки домовых