Donna Izabel De Rekesensin Portreti - Wikipedia
Neapol vitse-kraliçası Donna İzabel de Rekesensin portreti (it. Portrait of Doña Isabel de Requesens y Enríquez de Cardona-Anglesola — əvvəllər Paliano hersoginyası Covanna d’Araqonanın təsvir edildiyinə inanılan, 1518-ci ildə yağlı boya ilə çəkilmiş portretdir. Müxtəlif tədqiqatçılar tərəfindən əsər gah Rafaelə, gah Culio Romanoya, gah da Rafael məktəbindən olan başqa bir rəssama aid edilmişdir; hazırda əsərin Rafaelin eskizi əsasında Culio Romano tərəfindən çəkildiyinə inanılır. Əsər hazırda Parisdəki Luvr muzeyində sərgilənir.
Neapol vitse-kraliçası Donna İzabel de Rekesensin portreti | ||
---|---|---|
it. Portrait of Doña Isabel de Requesens y Enríquez de Cardona-Anglesola | ||
| ||
Rəssam | Rafael Santi və Culio Romano | |
Tarixi | təxm. 1518 | |
Üslubu | portret[1] | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 120 sm × 95 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Luvr muzeyi | |
Saytı |
wga.hu/html/r/raphael/5r… photo.rmn.fr/archive/10-… |
|
İnventar nömrəsi | INV 612[2], MR 434 | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəNeapol vitse-kraliçasının portreti, gözəl qadın portretlərini kolleksiya edən Fransa kralı I Fransiskə Papa X Lev adından hədiyyə edilməsi üçün Kardinal Bernardo Dovizi Bibbiena tərəfindən 1518-ci ildə Rafael Santiyə sifariş edilmişdi.[3][4] Pyer de Burdeyl Brantom portretdə Covanna d’Araqonanın (1502–1575) təsvir edildiyini qeyd etmişdir[5][6]; 1997-ci ildə aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, portretdə 1509–1522-ci illərdə Neapol vitse-kralı olmuş Ramon de Kardonanın həyat yoldaşı İzabel de Rekesens təsvir edilmişidr.[7]Vazarinin məlumatına görə, Rafael gənc köməkçilərindən biri olan Culio Romanonu Neapola göndərərək subyektin üzünü çəkməyi tapşırmışdır[3][7][8] ; Rafaeldə Culio Romanoya etdiyi sifarişlə bağlı sənəd qalmışdır.[9] Portretdəki üz dəyişdirilmişdir[10]; əks halda Vazarinin təsviri Culio Romano və Rafael tərəfindən çəkilmiş və "Araqonlu İzabella Mona Liza kimi" adlandırılan, Neapollu İzabella adlandırılan Milan hersoginyası Araqonlu İzabellanın təsvir edildiyi portretə də aid edilə bilər.
Sonradan ehtimal ki, həm də Araqonlu İzabellanın portreti üçün istifadə edilmiş Donna İzabel de Rekesensin portretinin eskizinin kim tərəfindən işlənməsi haqqında müxtəlif fikirlər vardır; Luitpold Dassler əsəri Culio Romanonun fırçasına aid edir.[11] Lakin, hazırda hər iki əsərin eskizlərinin Rafael tərəfindən hazırlanması ehtimal edilir, I Fransiskin kolleksiyasına daxil olan Leonardo da Vinçinin "Mona Liza"sına vizual istinadlara görə onlar Rafaelin Cakondaları adlandırılırlar.[12] Araqonlu İzabellanın portretinin kopya olması ehtimalı da vardır[13] ; belə ki, əsərə sahib olan Romadakı Doria-Pamfili qalereyası onu Rafaelin əsərinin kopyası kimi təqdim edir.[14]
Əsərin bir neçə kopyası vardır, Vazari isə orijinalla birlikdə Culio Romano tərəfindən bir kopyanın işlənməsini xəbər verir; Brantom portretin nüsxələrindən birini Fontenblo sarayındakı kral otağında, digərini isə kraliçanın otağında gördüyünü deyir.[6]
Donna İzabel de Rekesensin portreti XVI əsrdə Françesko Primatiççio tərəfindən bərpa edilərək[15] orijinal taxta lövhə üzərindən kətana köçürülmüşdür[16]; növbəti bərpa işi isə XVIII əsrdə aparılmışdır.[17]
Təviri
redaktəSubyekt oturmuş, sol tərəfdən üzünü izləyiciyə tərəf çevirmiş vəziyyətdə təsvir edilmişdir; onun əynində qızılı naxışlarla işlənmiş tünd qırmızı velvet paltar vardır, paltarın kəsik qollarından köynəyin krem rəngli parçası görünür; subyektin başında daş-qaşlarla işlənmiş şlyapa vardır. O, ¾ ölçüdə, bir əli çiynindəki kürkdə, digəri isə dizinin üstündə təsvir edilmişdir. Arxa fonda bağçaya açılan lodciyaya dirsəklənmiş qadın görünür; tağ Rafaelin Romadakı Farnezina villasının Psixeya locciyasının (it. Loggia di Psiche) tavanında çəkdiyi "Kupidon və Psixeya" rəsminə işarədir.[3] Onun açıq saçları, qırmızı paltarı (Petrarkaya görə sevgi rəngi) və izləyici ilə qarşılaşan baxışları əsərin intim detallarıdır; bundan başqa dizlərin təsvirində portret novatordur, belə ki, dizlər bir-birindən diqqət çəkici dərəcədə aralıdır və dirsəklər üçün dayaq rolunu oynamır.[3] Kompozisiya 9/12/16 musiqi nisbətini gözləyən Rafaelin digər portretlərinə uyğundur.[18]
Həm İzabel de Rekesens, həm də Covanna d’Araqona dövrün məşhur gözəlləri idilər; İtaliya filosofu Aqostino Nifo "De pulchro et amore" adlı poemasını Covannaya həsr etmişdi, ehtimal edilir ki, o, həyatda da rəsmdəki kimi gözəl olmuşdur.[19]
Hər iki portretin sağ tərəfində şiri xatırladan pişik qabartması vardır ki, bu da Leonardoya işarədir. Neapollu İzabelin portretində arxa fondakı qadın kişi ilə əvəz edilmişdir[20]; onlar müvafiq olaraq Mona Lizanın dayəsi və rəssamına işarə hesab edilə bilər.[21]
Ehtimal ki, Mane həyat yoldaşı Süzannanı təsvir etdiyi "Mütaliə" əsərində bu əsərə istinad etmişdir.[22]
İstinadlar
redaktə- ↑ https://rkd.nl/explore/images/258258.
- ↑ https://www.pop.culture.gouv.fr/notice/joconde/000PE026978.
- ↑ 1 2 3 4 Joanna Woods-Marsden, "Portrait of the Lady, 1430–1520", in: Virtue and Beauty: Leonardo's "Ginevra de' Benci" and Renaissance Portraits of Women, ed. David Alan Brown, Washington: National Gallery of Art, 2001, ISBN 9780894682858, pp. 62–87, pp. 80–81.
- ↑ Eugène Müntz, Raphael, His Life, Works and Times, tr. from 2nd ed. by Sir Walter Armstrong, London: Chapman and Hall / New York: Armstrong, 1888, OCLC 269438, p. 216 Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine.
- ↑ Jean Galard, Promenades au Louvre: en compagnie d'écrivains, d'artistes et de critiques d'art, Paris: Laffont, 2010, ISBN 9782221106549, p. 241 (fr.)
- ↑ 1 2 Louis Villat et al., "Chronique" Arxivləşdirilib 2019-02-02 at the Wayback Machine, Revue du seizième siècle 11 (1924) 115–28, pp. 115–16 (fr.)
- ↑ 1 2 Michael P. Fritz, Giulio Romano et Raphaël: La vice-reine de Naples ou la renaissance d'une beauté mythique, tr. Claire Nydegger, Collection Solo 5, Paris: Réunion des Musées Nationaux, 1997, ISBN 9782711835102 (fr.)
- ↑ Giorgio Vasari, Lives of the Most Excellent Painters, Sculptors, and Architects, Part 3, p. 325; translation online Arxivləşdirilib 2018-01-16 at the Wayback Machine, based on Gaston C. DeVere.
- ↑ "Les dernières années de Raphael exposées au Louvre" Arxivləşdirilib 2019-04-23 at the Wayback Machine, Museis, 6 January 2013 (fr.)
- ↑ Rentgen və infraqırmızı şüa testlərinin nəticəsi bunu göstərmişdir; Woods-Marsden, p. 87, note 124.
- ↑ Luitpold Dussler, tr. Sebastian Cruft, "Portrait of Giovanna of Aragon", in Raphael: A Critical Catalogue of his Pictures, Wall-Paintings and Tapestries, London/New York: Phaidon, 1971, OCLC 9780714814698, pp. 63–64 (online text Arxivləşdirilib 2018-01-30 at the Wayback Machine).
- ↑ Donato Pezzutto, "Raphael's Gioconda" Arxivləşdirilib 2022-08-09 at the Wayback Machine, OPUSej, 26 June 2013 (pdf).
- ↑ Pezzutto, pp. 19–20.
- ↑ Tabella Opere Arxivləşdirilib 2014-08-14 at the Wayback Machine, Palazzo Doria Pamphilj, see Ritratto di Isabella de Requesens di Napoli? (ital.)
- ↑ Louis Dimier, Le Primatice, peintre, sculpteur et architecte des rois de France: Essai sur la vie et les ouvrages de cet artiste suivi d'un catalogue raisonné de ses dessins et de ses compositions gravées, Paris: Leroux, 1900, OCLC 2887761, p. 61 (fr.)
- ↑ Pezzutto, p. 6, citing Fritz.
- ↑ Raffaello Santi, dit Raphaël, Giulio Pippi, dit Giulio Romano: Portrait de Dona Isabel de Requesens, vice-reine de Naples, dit autrefois Portrait de Jeanne d'Aragon Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine, Louvre Museum (fr.)
- ↑ Charles Bouleau, tr. Jonathan Griffin, The Painter's Secret Geometry: A Study of Composition in Art, 1963, repr. Mineola, New York: Dover, 2014, ISBN 9780486780405, p. 98.
- ↑ Elizabeth Cropper, "On Beautiful Women, Parmigianino, Petrarchismo, and the Vernacular Style" Arxivləşdirilib 2022-07-18 at the Wayback Machine, The Art Bulletin 58.3, September 1976, pp. 374–94, p. 384 and note 40.
- ↑ Pezzutto, p. 18.
- ↑ Pezzutto, p. 16, image details p. 17.
- ↑ Stéphane Guégan, "Raphaël et Cie" Arxivləşdirilib 2019-02-03 at the Wayback Machine, blogs, Le Monde, 11 November 2012 (fr.).
Ədəbiyyat
redaktə- Johann David Passavant, Raphael D'Urbin et son père Giovanni Santi, 2 vols., Paris: Renouard, 1860, Volume 2, pp. 265–69 (fr.)
Xarici keçidlər
redaktə- Giulio Romano, peut-être avec l’intervention de Raphaël, Portrait de Doña Isabel de Requesens y Enríquez de Cardona-Anglesola, 1518, Louvre Museum
- "Portrait of Dona Isabel de Requesens, Lady Viceroy of Naples, formerly known as Portrait of Jeanne d’Aragon in Anja Grebe, ed. Vincent Pomarède, The Louvre: All the Paintings, New York: Black Dog & Leventhal, 2011, ISBN 9781579128869