Dordon - Wikipedia
Dordon (fr. Dordogne, oks. Dordonha) — Fransanın Yeni Akvitaniya inzibati rayonunda, Dordona çayı ərazisindən keçdiyinə görə adı — Dordon adlandırılmışdır. İbtidai insanların kəşf edilmiş yerlərinin yüksək sıxlığı səbəbindən Dordona əvvəllər "Bəşəriyyət beşiyi" adlanırdı.[3]
Dordon | |
---|---|
|
|
Ölkə | |
İnzibati mərkəz | Periqe[d] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 4 mart 1790 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | FR-24 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəDordona, Akvitaniyanın inzibati bölgəsinin bir hissəsidir və Fransanın (Fransanın Avropa hissəsində) departamentləri arasında üçüncü yeri tutur. Departamentin ərazisin 45%-i meşəlik, bu göstərici üçün Dordona da Fransa departamentləri arasında 3-cü sırada iştirak edir
Dordona Yuxarı Vyenna, Korrez, Lo, Lo və Qaronna, Jironda, Maritime Şaranta və Şaranta departamentləri ilə məhdudlaşır.
Dordonanın ən yüksək binaları kommunada yerləşir.
İqlimi
redaktəDordona iqlimi mülayim okeanik, mülayim qış və isti yay ayları hökm sürür. Departamentin şimal-şərq və cənub-qərb istiqamətlərində temperaturda əhəmiyyətli dərəcədə dəyişkənlik olur ki, bu da 5 °C-ə çatır.
İqtisadiyyatı
redaktəDordonada ikinci ən çox iş yeri meşə və ağac sənayesi sektorudır.
Departamentin cənubunda təxminən 200 tütünçəkmə müəssisəsi cəmlənmişdir: Dordona, Fransadaki tütün istehsalının 15%-ini istehsal edir.
2011-ci ildə turizm sektoru Dordonanın ümumi daxili məhsulunun 20%-ni təmin etmişdir.
Departamentin sənaye sektorunda təxminən 2300 nəfər işçi, 3300 müəssisə fəaliyyət göstərir.
Mədəniyyəti
redaktəPeriqord əyalətinin orijinal dili Oksitan dili idi. Vilayətin şimal hissəsində Limuzin ləhcəsi, cənub hissəsində isə Lanqedok dialekti istifadə edilmişdir.
Muzeylər
redaktə- Müqavimət hərəkatına həsr olunmuş xatirə kompleksi.
- Sümük Muzeyi
- Tütün Muzeyi
- Şərab Muzeyi
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
- ↑ Этот статус в начале второй половины XX века достался ЮАР после обнаружения там известняковых пещер с ископаемыми останками, возраст которых составляет 2,3 млн лет.