Dris Beytart - Wikipedia
Dris Beytart (ing. Dries Buytaert; 19 noyabr 1978) — "Drupal"ın yaradıcısı.
Dris Beytart | |
---|---|
ing. Dries Buytaert | |
| |
Doğum tarixi | 19 noyabr 1978 (46 yaş) |
Təhsili |
|
Fəaliyyəti | mühəndis, proqramçı, informatik |
dri.es | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDris Beytart 19 noyabr 1978-ci ildə Belçikanın Antverpen şəhərinin Vilreyk hissəsində anadan olmuşdur.
Beytart 2000-ci ildə Antverpen Universitetində informatika sahəsində magistr dərəcəsinə yiyələnib. Elə həmin ildə ən böyük layihəsini – "Drupal"ı təqdim edib.
Bundan sonra 2003-cü ilə qədər özəl sektorda işləyib.
Dris Beytart 2007-ci ildə Drupal-a əsaslanan layihələrin və xidmətlərin ticarət dəstəyinə yönəldilmiş "Acquia" firmasını yaradıb.
Beytart 2008-ci ildə Belçikanın Gent Universitetində doktorluq dissertasiyasını müdafiə edib və informatika və cihazqayırma ("Computer Science and Engineering") sahəsində doktorluq dərəcəsinə layiq görülüb.
Həmin ildə istehsalçı veb-saytlarda spam üçün filtr kimi işləyən "Mollom" adlı yeni layihəsini təqdim edir. "Mollom"un tətbiq edilmiş spam-filtr kombinasiyası və CAPTCHA serveri spamı məhv edir. Hazırda 59 mindən artıq veb-sayt Mollom xidməti ilə qorunur.
Beytart uğurlu fəaliyyətinə görə bir neçə dəfə müxtəlif mükafatlar layiq görülüb. O, 2008-ci ildə, 35 yaşında 35 innovator reytinqinə daxil edilərək "Young Entrepreneurs of Tech" adlandırılıb.
"Drupal" layihəsi
redaktəDris Beytart 2000-ci ildə "Drupal" layihəsini istifadəyə verir. Belə ki, Antverpen Universitetinin bir neçə tələbəsi internetə çıxış üçün ümumi ADSL-modemdən istifadə edirlər və Dris bu kiçik lokal şəbəkəsinin istifadəçilərinin ünsiyyəti üçün daxili sayt yaradır.
Müsahibələrinin birində Beytart həmin dövrü belə xatırlayır:
"Mən universitetdə oxuduğum zaman PHP və MySQL kimi texnologiyalar haqqında daha çox öyrənmək istəyirdim. Həmçinin, tələbələr üçün daxili mesajlaşma sisteminə ehtiyacın olduğunu hiss edirdim. Nəhayət, mən sadə bir mesaj board yazdım. Onu bitirdikdən sonra, daxili mesaj boardı internet üzərindən hərəkət etdirmək qərarına gəldim."
Beytart layihə barədə fikirlərini davam etdirərək qeyd edir:
"Mən saytı kənd və ya kiçik şəhər anlamına gələn "dorp" ingilis sözü ilə adlandırmaq istəyirdim. Lakin qeydiyyatdan keçirən zaman kiçik səhvə yol verdim, adı "drop" (damcı) olaraq qeyd etdim. İlk olaraq bunu görəndə çox təəccübləndim, lakin sonradan adı elə bu cür saxlamağa qərar verdim".
Mənbə
redaktə- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 4 (798), 31 yanvar 2014, səh. 27. (az.)
İstinadlar
redaktə- ↑ 1 2 Hoffman R. Linkedin (ing.). 2003.
Xarici keçidlər
redaktə- Personal website
- Resume Arxivləşdirilib 2010-05-05 at the Wayback Machine
- Acquia
- Mollom Arxivləşdirilib 2019-01-29 at the Wayback Machine