Ecizen Yengec Muzeyi - Wikipedia
Eçizen Yengəc Muzeyi (越前がにミュージアム, Eçizen-qani Myuciamu?) – Yaponiyanın Fukui prefekturasının Eçizen qəsəbəsində yerləşən muzey. Yengəclərə həsr olunmuş yeganə Yaponiya muzeyidir.[1]
Eçizen Yengəc Muzeyi | |
---|---|
Əsası qoyulub | 15 iyul 2000 |
Mövzu | yengəclər |
Ölkə | |
Yerləşir | Eçizen[d] |
35°55′12″ şm. e. 135°59′53″ ş. u.HGYO | |
echizenkk.jp/kanimuseum |
Tarixi
redaktəEçizen yengəci Fukui prefekturasının tanınmış yengəc çeşididir. Eçizen yengəclərinə həsr olunmuş bu muzey 15 iyul 2000-ci ildə açılmışdır.[2] Fəaliyyətinin ilk ilində 125.000 ziyarətçi,[3] ilk 15 ilində isə 584.000 ziyarətçi qəbul etmişdir.[4] 2015-ci ilin sentyabrında muzey birinci mərtəbədəki yenidənqurma işləri səbəbilə bağlanmış, 15 iyul 2016-cı ildə yenidən açılmışdır. Yenidənqurma işləri üçün 392 milyon yen xərclənmişdir.[5]
Xüsusiyyətlər
redaktəMuzeydə yengəclərin yaşayış ekologiyasını nümayiş etdirən sərgilər yerləşir. Muzeydə yerləşən yengəc ovu simulyasiyasında ziyarətçilər virtual yengəc ovu ilə məşğul ola bilirlər. "Böyük sevgi teatrı"ndakı 3x10 metr ölçüsündə olan ekranda yengəclərin ekologiyası və yengəc ovundan bəhs edən videomateriallar nümayiş etdirilir. 45 kv. metr sahəyə malik olan "Yengəc laboratoriyası"nda yengəc balalarının yetişdirilməsi ilə məşğul olunur. Ziyarətçilər laboratoriyaya daxil ola bilməsələr də, yengəc balalarının inkişafını monitordan müşahidə edə bilirlər. Muzeyin tunel akvariumu 14 metr uzunluğundadır və sualtı dünya atmosferi yaratmaq üçün mavi işıqlandırmadan istifadə olunmuşdur.[5]
Muzeydə yengəclərlə bağlı incəsənət sərgiləri baş tutur,[6] nadir yengəc növləri nümayiş etdirilir,[7] yengəclərlə bağlı elmi tədqiqatlar aparılır.[5]
Muzey kompleksi üç tikilidən ibarətdir: inzibati, restoran və muzey binası. Muzeyin eksteryeri yengəc formasında dizayn edilmişdir. Üçmərtəbəli günbəz tikilinin mərkəz hissəsi yengəc qabığını, hər iki tərəfindən yerləşən ikimərtəbəli binalar yengəcin ayaqlarını xatırladır. Muzeyin hər bir mərtəbəsi bir okean səviyyəsini təmsil edir. Üçüncü mərtəbə qurunu, ikinci mərtəbə 100 metr dərinliyi, mezonin mərtəbəsi 200 metr dərinliyi, birinci mərtəbə isə 300 metr dərinliyi və okean yatağını simvolizə edir. Ziyarətçilər yengəc sərgisini görmək üçün "qurudan okean yatağına enirlər".[2]
Muzeyin ləqəbi "Böyük sevgi"dir. İngilis dilində "Big love" ifadəsinin yapon dilinə transliterasiyası Bikkurabu (ビックラブ?) kimi alınır. Yapon dilində yengəcə bəzən kurabu (クラブ?) da deyilir.[2] Ləqəb 1999-cu ildə keçirilmiş müsabiqəsi nəticəsində 4547 versiya arasından seçilmişdir.[8]
İstinadlar
redaktə- ↑ "越前がにミュージアム 平成28年7月15日、リニューアルオープンに向けて(平成28年7月)". Eçizen qəsəbəsinin rəsmi saytı (yaponca). 28 iyul 2019. 27 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
- ↑ 1 2 3 "越前がにミュージアム (えちぜんがにみゅーじあむ)". Yengəc Ensiklopediyası (yaponca). 28 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
- ↑ "越前町へ稚ガニの成長見に来て 越前がにミュージアム". Yengəc Ensiklopediyası (yaponca). 18 mart 2005. 28 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
- ↑ "越前がにミュージアム、来夏再開 越前町 施設拡充 "漁"も体験 疑似乗船、映像で臨場感". Yengəc Ensiklopediyası (yaponca). 21 oktyabr 2015. 28 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
- ↑ 1 2 3 "越前がにミュージアム15日新装開館 〝漁〟体験 児童ら夢中 越前町 海遊歩道14メートルに延長". Yengəc Ensiklopediyası (yaponca). 13 iyul 2016. 28 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
- ↑ "越前がにの殻 アートに変身 福井県越前町・ミュージアム展示 企業制作 吉川壽一さん揮毫、立体造形に". Yengəc Ensiklopediyası (yaponca). 16 noyabr 2023. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
- ↑ "日本の珍しいカニ4種 越前がにュージアムで展示". Yengəc Ensiklopediyası (yaponca). 5 dekabr 2020. 28 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
- ↑ "愛称が「ビックラブ」に決定 越前がにミュージアム". Yengəc Ensiklopediyası (yaponca). 16 oktyabr 1999. 28 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
Xarici keçidlər
redaktə- echizenkk.jp/kanimuseum — Rəsmi saytı