Edessa Doyusu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Edessa döyüşü — Roma İmperiyası ilə Sasanilər arasında 260-cı ildə Edessa şəhəri yaxınlığında baş vermiş döyüş. Bu döyüşdə Romalılar demək olar ki, bütün ordunu itirdi. İmperator Valerian isə Sasanilərə əsir düşdü.
Edessa döyüşü | |
---|---|
Tarix | 260 |
|
Səbəbləri
redaktəBu dövrdə Sasani və Roma dövlətləri erməni məsələsi ilə bağlı üz-üzə gəlmişdi. Roma xüsusilə erməni ərazisinin Sasanilərin əlinə keçməsindən narahat idi. Bu vaxt, Ermənistan Çarlığı daxilində önəmli hadisə baş verdi. Erməni çarı Böyük Xosrov kimi tanınan II Tridat 252-ci ildə bir sui-qəsd nəticəsində öldürüldü. Bu hadisədən sonra, 253-cü ildə erməni krallığında böyük siyasi nüfuza sahib olan liderlər Şapurun hakimiyyəti altına girməyə razəlaşdılar, lakin Roma, öldürülən erməni çarının yerinə oğlunu mühafizə edərək ermənilərin yeni çarı elan etdi. I Şapur Romanın ona qarşı apardığı bu siyasi gedişindən çox narahat idi. Bu dövrdə, Roma İmparatoru Ərəb Filipp əvvəllər Fars dövlətinə vergi (500.000 qızıl pul) ödəyəcəyini vəd etmişdi, lakin bu vergini ödəməkdən imtina etdiyi üçün I Şapur bunu bəhanə edərək Romaya qarşı müharibə elan etdi. O, vaxt itirmədən 253 və ya 256-cı illərdə böyük bir ordu ilə Suriya və Kapadokyaya yürüş təşkil etdi. Bu hərbi ekspedisiyalar nəticəsində Sasanilər 60 min Roma əsgərini ağır məğlubiyyətə uğratdılar. Bu zəfər nəticəsində I Şapur Hələb, Hama, Antakya, Dura-Europa adlanan əraziləri ələ keçirməklə yanaşı, bu bölgələri talan etdi. Bu uğurlu fəthlərdən sonra Şapur özünü İranın və qeyri-İran millətlərinin "Şahənşahı" elan etdi.
Roma dövləti İmperator Valerian dövründə Antakya şəhərini Sasanilərdən geri almağı bacarsa da, sonralar Sasanilərlə Edessa* döyüşündə ağır məğlubiyyət uğradı. İmperator Valerian bu müharibə nəticəsində 260-cı ildə I Şapur tərəfindən əsir alınmışdı.
İmperator Valerianın məğlubiyyəti
redaktə256-cı ildə Şərq ekspedisiyasına hazırlaşan İmperator Valerian həmin il Antakyanı Sasanilərdən geri aldı və burada qərargah qurdu. Valerian baş qərargahını qurduqdan sonra I Şapurun yeni bir hücumunun da qarşısını ala bildi, lakin Alman tayfalarından olan Boranlar və Qotların dəniz basqını təşkil etdiyini öyrənərək Kiçik Asiyaya doğru yola çıxdı. Ancaq Roma ordusunda xəstəlik baş qaldırdığından və eyni zamanda ekspedisiyası Sasanilərin yenidən hücuma keçəcəyi xəbərini aldığı üçün Valerian səfəri dayandırmaq məcburiyyətində qaldı. Valerian 259-cu ildə (və ya 260) Dakia, Pannonia, Moesia, Raeta, Germania, Qalatia, İstria, Spain, İsauria, Mauratinya, Pamfylia, Bitiniya, Frakya, Likya, Lidiya, Mesopotamia, Kilikia, Ərəbistan, Suriya, Finikiya, Kapadokya, Frigiya və Asiya vilayətlərindən olan 70 000 əsgərdən ibarət olan ordusu ilə Edessaya gəldi. I Şapurun ordusu ilə qarşılaşan Valerian ağır məğlubiyyətə uğradı. Valerianın Edessa döyüşündən sonrakı taleyi haqqında bir çox mənbələrdə fərqli məlumatlar qeyd olunmuşdu:
1. Müharibədən sonra Valerian I Şapura pul təklif etdi, amma Şapur onunla üz-üzə görüşmək istəmişdi. Bu zaman Valerian və bir neçə ordu komandiri I Şapur tərəfindən əsir götürülmüşdü.
2. Müharibə başlamazdan əvvəl Roma ordusunda aclıq başlamışdı. Əsgərlərin qəzəbindən qorxan imperator özü könüllü I Şapura təslim olmuşdu.
3. Valerin əsirlikdə bir kölə həyatı yaşamış və hətta I Şapur atına minərkən imperator ona əli ilə deyil, ayğının altına əyilərək kürəyi ilə kömək etdirdi.
Valerianın ölümü ilə əlaqədar Laktantius və Avrelius Viktorun yazılarına əsaslansaq, Valerianın dərisi soyulmuş, içinə saman doldurularaq Fars məbədində asılmışdı. İmperator Valerian I Şapura azad buraxılmağı qarşılığında pul təklif etsə də Şapur bu təklifi rədd etmişdir. Bu hadisə Roma İmperiyası tarixində ilk dəfə idi ki, bir imperator əsir götürülərək bu qədər alçaldıcı bir şəkildə öldürülmüşdü. Bundan sonra Sasanilər İmperiyasına gedən hər bir Roma səfiri bir bəhanə ilə həmin məbədə aparılır və bu böyük dərsin şahidi olmaq məcburiyyətində qalırdı.
Edessa zəfərindən sonra Sasanilər Mesopotamiya, Kilikiya, Kapadokya və Suriyada bir çox yeri dağıtdılar, lakin bütün Asiyanı tuta bilmədilər. Çünki Palmira kralı, Valerianın oğlu Qallieni Şərq komandiri olaraq təyin etdiyi Odaenat onları məğlub edərək Asiyadan uzaqlaşdırmışdı. Roma İmperiyası indi artıq başqa bir düşmənlə qarşı-qarşıya idi: bu Palmiran İmperiyası idi.
Nəticələr
redaktəBəzi alimlər iddia edirlər ki, Şapur Valerianı və onun ordusundan bəzi əsirləri Vişapur şəhərinə göndərdi ki, orada onlar nisbətən yaxşı vəziyyətdə yaşayırdılar. Digər mənbələrdə məsələn, V əsrdə yaşamış Bizans tarixçisi Zosim bildirir ki, Valerian danışıqlar zamanı xəyanət nəticəsində ordunun çox hissəsiylə birlikdə əsir götürülmüşdü.[1] Laktansiyanın sözlərinə görə, Şapur Valerianı alçaldaraq, ata minərkən ondan ayağaltı kimi istifadə ediridi. I Şapur Roma üzərindəki bu tarixi zəfərini qayaüstü rəsmdə — Şapur at üstündə, Roma imperatoru Valerian isə diz üstə təsvir etdirərək Nəqş-i Rüstəmdə əbədiləşdirərmişdi.
İstinadlar
redaktə- ↑ Zosimus. Yeni tarix (Kitab I, fəsil 36.2).
Ədəbiyyat
redaktə- Дашков С. Цари царей — Сасаниды. Иран III–VII вв.
- Laktantius. De Mortibus persecutorum. V.
- Zosim. Yeni hekayə. Mən
- Abdolhossein Zarinkoob, Ruzgaran: tarix-i İran az aghz ta saqut saltnat Pahlvi, Sukhan, 1999. ISBN 964-6961-11-8
- Mirzəyev EB Şapur I. Roma üzərində zəfər. — SPb.: Nestor-Tarix, 2016. — 352 s.
- ROMA İMPARATORLUĞU’NUN III. YÜZYIL KRİZİNE ETKİ EDEN SİYASİ, SOSYAL VE EKONOMİK GELİŞMELER Ismat ABBAS Danışman: Doç. Dr. Özlem GENÇ Samsun, 2019