Eduard Samaryayev - Wikipedia
Eduard Şamaryayev (tam adı: Eduard Yaqub oğlu Şamaryayev) — Azərbaycanlı zərgər[1], Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət mükafatları laureatı
Eduard Şamaryayev | |
---|---|
azərb. Eduard Yaqub oğlu Şamaryayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı,Azərbaycan |
Milliyyəti | Yəhudi |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili | BİTK Bakı İdarəetmə və Texnologiya Kolleci |
Janr | Rəssamlıq |
Stillər | Şəbəkə (zərgərlik),Minaçılıq,Qarasavad (zərgərlik),Xatəmkalıq |
Mükafatları | Dekorativ-tətbiqi sənəti üzrə Azərbaycanda ilin adamı mükafatı |
Həyatı
redaktəEduard Şamaryayev 1979-cu il oktyabr ayının 16-sı Bakı şəhəri, Yasamal rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1996-cı ildə BİTK Bakı İdarəetmə və Texnologiya Kollecinin zərgərlik məmulatlarının və bəzək əşyalarının hazırlanması fakültəsinə daxil olub, 1999-cu ildə həmin kolleci "Fərqlənmə" diplomu ilə bitirmişdir. Sənətkar kolleci bitirdiyi tarixdən bu günədək elə həmin kolecin və eyni zamanda Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası vəzifəsində öz tələbələrini yetişdirir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür
Yaradıcılığı
redaktəOnu klassik Azərbaycan zərgərlik məktəbinin görkəmli nümayəndəsi adlandırmaq daha düzgün olardı. Sevənləri, hər kəs onu realist zərgər kimi tanıyır. O elə bir sənətkardır ki, həyatın sərt və məsuliyyətli məqamlarını metal üzərində böyük ustalıqla canlandıra bilir. E. Şamaryayev seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilir.
Onun yaratdığı bəzək əşyaları izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini metal üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən ifadə olunduğu kimi qavramasına üstünlük verir.
Zərgərlik sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda öz fərqliliyi ilə seçilib. Təsadüfi deyildir ki, bu gün sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır.
Ailəsi
redaktəAtası Yaqub müəllim Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Hal hazırda evdar qadın olan anası gənc sənətkarın formalaşmasında çox böyük rol oynamışdır. Böyük qardaşı Ş. Qriqori isə zərgərliyə doğma olan stomatologiya sənətində böyük nailiyyətlər əldə edib və qardaşına çox kömək etmişdir
Xarici keçidlər
redaktə- "ABAD" layihəsi Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine
- Sofya’da "Azamet Örnekleri — Azerbaycan Halk Sanatı" sergisi açılacak
- ABAD — Eduard Şamaryayev
- Region Tv də sənətkar haqqında sujet
- [1]
- Sənətkarın Bakı İdarəetmə və Texnologiya Kollecində sərgisi
- ↑ "Arxivlənmiş surət". 2017-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-03.