Eduard Artsyunyan - Wikipedia
Eduard Simonoviç Artsrunyan (erm. Էդուարդ Սիմոնի Արծրունյան; 28 dekabr 1929, Gümrü – 5 may 2010, İrəvan) — Ermənistan və SSRİ rəssamı, pedaqoqu. O, müasir Ermənistan rəssamlığının ən böyük nümayəndələrindən biri hesab edilir. Artsrunyan Ermənistan SSR xalq artisti (1989) adına layiq görülmüş, SSRİ Rəssamlar İttifaqının üzvü (1961) olmuşdur.
Eduard Artsyunyan | |
---|---|
Doğum tarixi | 28 dekabr 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 2010 (80 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
Həyatı
redaktəEduard Simonoviç Artsrunyan 28 dekabr 1929-cu ildə Leninakan şəhərində (indiki Gümrü) anadan olmuşdur. O, 1944-cü ildə Merkurov adına Leninakan Rəssamlıq Məktəbini bitirdikdən sonra İrəvan şəhərindəki P. Terlemezyan adına rəssamlıq məktəbinə qəbul olunmuşdur. Artsrunyan 1947–1951-ci illərdə Ümumrusiya Rəssamlıq Akademiyası nəzdində orta rəssamlıq məktəbində təhsilini davam etdirmişdir.
Artsrunyan 1951–1957-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq) SSRİ Rəssamlıq Akademiyasının İ. E. Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rəngkarlıq fakültəsində təhsil almışdır.
O, ardınca Moskvaya köçmüş və burada "Plakat" nəşriyyatında işləmişdir.