Edvard Kallen - Wikipedia
Edvard Kallen (ing. Edward Cullen) — Stefani Mayerin “Alatoran romanlar seriyası”nın əsas qəhrəmanlarından biridir. O, “Alatoran”, “Yeni ay”, “Tutulma”, “Sübh” romanlarının, həmin romanlar əsasında çəkilmiş filmlərin və 2020-ci ildə çap olunmuş “Gecəyarı günəşi” romanının qəhrəmanıdır. Telepatik vampir olan Edvard romanlar seriyasında yeniyetmə qız olan Bella Svona aşiq olur, onlar evlənirlər və uşaqları olur, daha sonra isə Bella da öz istəyi ilə vampirə çevrilir. Alatoran filmlər seriyasında Edvard obrazı Robert Pattinson tərəfindən canlandırılmışdır.
Edvard Kallen | |
---|---|
ing. Edward Cullen Alatoran obrazı | |
Yaradan | Stefani Meyer |
Canlandıran | Robert Pettinson |
Məlumat | |
Cinsi | kişi |
Peşə | tələbə |
Həyat yoldaşı | |
Milliyyəti | amerikalı |
Yaradılması
redaktəStefani Mayer qeyd edir ki, Edvard obrazının yaradılması layihəsi onun “adi qız” və “fantastik gözəl, cazibədar, güclü...vampir...onlar arasında ciddi əlaqələr və ağaclar arasındakı çəmənlikdə romantik səhnə” yaratmaq arzusundan meydana gəlmişdir. Bu arzunun əsasında onun “ iki insanın məhəbbətinin qarşılaşdığı çətinliklər... insana aşiq olan vampirin qana olan hərisliyinə üstün gəlmək və sevgisi üçün ölümlə mübarizə aparmaq cəhdlərini əks etdirmək” istəyi dayanırdı. Yazıçı ona görə Edvard adını seçmişdir ki, o, “bu adın romantik olmasına baxmayaraq ,az istifadə olunması”nı düşünürdü.[1] Obrazın yaradılması zamanı yazıçı Lüsi Mod Montqomerinin “Anya və yaşıl çatılar” romanının qəhrəmanı Gilbert Bliti, Ceyn Ostinin “Eşq və Qürur” romanının qəhrəmanı Mr. Darsi və Şarlotta Brontenin “Ceyn Eyr” romanının qəhrəmanı “Edvard Roçester”dən – xüsusilə Edvardın sonuncu kimi özünü “qorxunc” hesab etməsi səhnəsində - təsirlənmişdir.[2] Seriyanın ümumi məzmununa uyğun olaraq, xüsusilə ilk üç romanda Edvard Bellanı özündən, vampir təbiətindən uzaq saxlamağa və qorumağa çalışır.
Romanlarda
redaktəAlatoran
redaktə"Alatoran" romanında Edvard fikrini oxuya bilmədiyi və qanı həddindən artıq şirin olan Bella Svan adlı yeniyetmə qızla tanış olur.[3] O, ziyan vurmaq istəmədiyi üçün bir müddət Belladan uzaq qalmağa çalışır, lakin bir neçə dəfə qəzalarda onun həyatını xilas etdikdən sonra Bellaya aşiq olduğunu anlayır. Edvard Bellaya vampir olduğunu və on yeddi yaşlı oğlan kimi görünməsinə baxmayaraq 20 iyun 1901-ci ildə doğulduğunu deyir. Onun ögey atası Karlis Kallen Çikaqoda 1918-ci il qrip pandemiyası zamanı, Edvardın anasının istəyi ilə ölümcül xəstəlikdən xilas etmək məqsədi onu vampirə çevirmişdi. Karlis bir çox vampirlər kimi Edvarda da yavaş-yavaş öz hisslərini idarə etməyi öyrətmiş və insanlara qida kimi baxmamağı təlqin etmişdi.[4]
Bellayla tanış olduqdan sonra Edvard onunla birlikdə olmağın Bellanın həyatı üçün təhlükəli olacağı, bunun öz həyatını riskə atmaq anlamına gəldiyi haqqında xəbərdarlıq edir. Lakin sevgisi və Edvardla birgə olmaq istəyi Bellanın bütün bu xəbərdarlıqlara əhəmiyyət verməməsinə səbəb olur. Hadisələrin inkişafı Edvardın sözlərinin doğru olduğunu göstərir. Bella tezliklə Kallenlər ailəsi kimi “vegetarian” (yalnız heyvanların qanı ilə qidalanan) olmayan vampirin Ceymsin hədəfinə çevrilir. Ceyms Bellanın qanını içməyi qarşısına məqsəd qoyur və çətin döyüşdən sonra Kallenlər ailəsi Bellanın təhlükəsizliyini təmin edə bilirlər.
Yeni ay
redaktə"Yeni ay" romanında Bellanın əlinin kəsilməsi zamanı Edvardın qardaşı Casperin onun qanını içmək istəməsi hadisəsi Edvardı yenidən Bellanın təhlükəsizliyi haqqında düşünməyə vadar edir. Edvard Bellanı özündən və ailəsindən uzaqlaşdırmaq qərarına gəlir və və bu Bellanın üəryini qırır, o depressiyaya düşür. Edvard Bellasız əbədi həyatın onunçün çətin, darıxdırıcı və mənasız olacağını anlayır. Edvard səhvən Bellanın intahar etməsi haqqında bacısı Rozalidən öyrəndikdən sonra, onu öldürmələri üçün italyan vampir qrupu Volturiləri razı salmağa çalışır. Edvardın bacısı Elisin də köməkliyi ilə Bella İtaliyaya gəlir və Edvardın özünü məhv etməsinin qarşısını alır.
Edvard nəyə görə Bellanı tərk etdiyini izah edir və ondan bu hərəkətinə görə üzr istəyir. Bella onu bağışlayır və onunla birlikdə olmaq istədiyini bildirir, lakin canavar adam Ceykob Bleklə də əlaqəsini kəsmir. Bella Edvardın ailəsi ilə danışaraq onu vampirə çevirmələri və öz ailələrinə qəbul etmələrinə razı sala bilir. Bu isə gələcəkdə onların evlənməsinə problem olmayacağına əsas verir.[5]
Tutulma
redaktə"Tutulma" romanında Bella insan olmasına baxmayaraq Edvardla evlənməyə razılaşır. Lakin bir müddət sonra Ceymsin öldürülməsindən təsirlənmiş vampir Viktoriya öz dostları ilə birləşərək Bellanı ovlamaq üçün hərəkətə keçir. Bu isə Kallenlər və Amerikanın yerli tayfalarından olan Sem Uili və Edvardın onu tərk etdiyi zaman yanında olan Ceykob Blekin rəhbərlik etdiyi canavar adamlar arasında qarşıdurma yaradır. Bu qarşıdurma zamanı Bella müəyyən edir ki, Ceykob onunçün düşündüyündən daha dəyərlidir. Edvarda başa düşür ki, Bella onunla bərabər Ceykobun da qayğısına qalır və uğurla Viktoriyanı məhv edə bilir. Bella anlayır ki, Edvard onun həyatında ən mühüm adamdı. Bella Edvardın əbədi sevgisinə layiqincə cavab vermək üçün əbədi həyata malik olmalı olduğunu anlayır və vampirə çevrilmək istədiyini bildirir.[6]
Sübh
redaktə"Sübh" romanında Edvard və Bella evlənirlər və bal ayı üçün Braziliyaya gedirlər. Bal ayında Edvard maksimum dərəcədə hər şeyin Bella üçün təhlükəsiz olmasına çalşır. Bununla belə Bella hamilə qalır və onun bətnində yarı insan, yarı vampir olan uşaq çox sürətlə böyüməyə başlayır. Həmin uşaq Bellanın qanı ilə qidalanır. Bu isə qısa zamanda Bellanın ölümünə səbəb ola bilərdi. Bella uşağın tələbatını ödəyə bilmək üçün qısa zamanda qanla qidalanmağa başlayır. Dəfələrlə Edvard Bellanı uşağı dünyya gətirmək fikrindən daşındırmağa çalışsa da Bella uşağı dünyaya gətirir və doğum zamanı ölür. Edvard doğum zamanı Bellanı uğurlu şəkildə vampirə çevirə bilir. Yeni doğulmuş qız uşağının adını Bella və Edvardın analarının şərəfinə Renesme qoyurlar. Canavar adam Ceykob Blekin bu körpəyə bağlandığı məlum olur.
Uşağın doğulmasından xəbər tutan Valturilər onun insanlar və vampirlər arasında əlaqəyə səbəb olacağına və bunun bütün vampirlər üçün böyük təhlükə doğurduğuna qərar verirlər. Uşağın məhv edilməsi üçün Kallinlərin yanına gələn Valturilər Elisin öncədən xəbər verməsi nəticəsində toqquşmanın bütün vampir aləmi üçün faciəvi olacağına inanırlar və uşağı öldürmək fikrindən əl çəkirlər. Edvard və Bella öz qızları ilə birgə əbədi xoşbəxt yaşayırlar.[7]
Xarakterizasiya
redaktəRomanlarda Edvard cazibədar, incə, nəzakətli,özündən əmin və çox inadkar biri kimi təsvir olunur. Bellaya qarşı o, çox mühafizəkardır və onun həyatını, insanlığını qorumağa çalışır. O, hadisələri əvvəlcədən hiss etmək və dəyərləndirmək qabiliyyətinə malikdir ki, bu da Bellanın təhlükədə olduğu anlarda onu müdafiə etməyə imkan verir. O, XX əsrin əvvəllərindən, həyatının insanlıq dövründən bir neçə dəfə bəhs edir. Edvard özünü qorxunc hesab edir və vampir olduğuna görə günahlandırır. Bellaya aşiq olduqdan sonra isə o insan olmağı, ölümlü həyat sürməyi daha çox arzulayır.
Fiziki xüsusiyyətləri
redaktəAlatoran romanlar seriyasındakı digər vampirlər kimi, Edvard da adi insanlarla müqayisə edilə bilməyəcək dərəcədə fiziki gözəlliyə malikdir. Romanlarda bir neçə dəfə Edvardın gözəlliyi yunan mifologiyasından tanrı Adonisin gözəlliyi ilə müqayisə edilir. Onun dərisi “mərmər kimi”dir – çox solğun bəyaz, buz kimi soyuq və günəş şüaları altında parlayan. Onun üz cizgilərinin mükəmməl və geniş olduğu – böyük almacıq sümüklərinə, iti buruna və dolu dodaqlara sahib olduğu bildirirlir. Onun həmişə qarışıq olan saçları insan olduğu zamanları xatırladır. Gözləri gah yaşıl, gah topaz rəng olur. Edvard arıq, lakin əzələli bədənə malikdir.
Vampir xüsusiyyətləri və şəxsi maraqları
redaktəAlatoran romanlar seriyasındakı bütün digər vampirlər kimi Edvard da insanüstü güclərə - hissiyat, zehn, cəldlik, sağaltma qabiliyyəti və gecə görmə qabiliyyətinə malikdir. Öz gücü sayəsində o, heyvanları rahat ovlaya, ağacların ən hündür hissəsinə dırmana və hərəkətdə olan avtomobili bir əli ilə saxlaya bilir. Onun bədəni qranitdən daha sərtdir və yerə çırpılarkən qraniti dağıdır. O, qeyri-insani gözəlliyə və cazibədar səs tonuna malikdir. Alatoran romanında qeyd edilir ki, digər vampirlər kimi, Edvardın da nəfəs almağa ehtiyacı yoxdu və o da yata bilmir.
Bütün bunlardan əlavə Edvard başqa vampirlərə xas olmayan bəzi xüsusiyyətlərə də malikdir. O, Kallenlər ailəsinin bütün üzvlərindən daha sürətlidir. Edvard həmçinin telepatiya qabiliyyətinə də malikdir və bir neçə mil aralıdan o, insanların fikirlərini oxuya bilir. Stefani Mayer qeyd edir ki, Bella onun fikrini oxuya bilmədiyi yeganə insandır.[8]
Edvard pianoda mükəmməl ifa edə bilir. O müxtəlif janrlarda olan musiqilərə klassika, caz, proqressiv metal, alternativ rok və pank roka qulaq asır, kantri musiqini isə bəyənmir.[9] Edvardın hobbisi maşın kolleksiyası düzəltməkdir. Onun şəxsi maşın kolleksiyasına a “Volvo S60 R” və an “Aston Martin V12 Vanquish” kimi modellər daxildir. “Tutulma” romanında isə Edvard bacısı elisə “Porsche 911 Turbo” bağışlayır.
Filmlərdə
redaktəAktyor seçimi
redaktə2008-ci ildə təqdim edilmiş "Alatoran" filmi çəkilərkən Edvard rolunu oynayacaq aktyorun seçilməsi üçün müsabiqə elan edildikdə Mayer qeyd etmişdi ki, Edvard rolu “hər nə qədər mürəkkəbdirsə, onu canlandıracaq aktyorun seçilməsi məsələsi də o qədər mürəkkəb və vacibdir. Bu rolu layiqincə canlandıra biləcək yeganə aktyorun Henri Kavill olduğunu düşünürəm.”[10] 2007-ci ildə film Summit Entertainment tərəfindən ekranlaşdırılmağa başlanılarkən Mayer qeyd edirdi ki, “ən pisi mənim Edvardla bağlı ümidlərimin boşa çıxmasıdır”[11] çünki Kavillin artıq 24 yaşı vardı və o Edvard rolunu canlandırmaq üçün yaşlı idi. Bir müddət sonra, Mayer öz veb saytında xəbər verir ki, oxucuların Edvard rolunu canlandırmaq üçün ən çox təklif etdikləri dörd aktyor Haydn Kristensen, Robert Pattinson, Orlando Blum və Cerard Veydir.[10] 11 dekabr 2007-ci ildə Harri Potter filmlərində canlandırdığı Sedrik Diggori rolu ilə tanınmış gənc aktyor Robert Pattinson Edvard rolunu canlandıracaq.[12] "Summit Entertainment"in istehsal üzrə rəhbəri Erik Feig qeyd edir: “Oxucuların oxyub fikirlərində canlandırdıqları obrazı real həyatda məhz insanların təsvir etdikləri kimi canlandıracaq aktyoru tapmaq həmişə çətindir. Bu, yazıçının yazdığı xüsusiyyətlərə maksimum uyğun gəlməli olan insan deməkdir. Rob Pattinsonun simasında biz Bellamız üçün mükəmməl Edvardı tapdıq.”[12] Mayer qeyd edir ki, “”Summit”in seçimi məni heyran etdi. Çox az aktyor var ki, eyni zamanda həm cazibədar, həm də təhlükəli görünə bilsin və mənim yaratdığım Edvard obrazına uyğun gəlsin. Robert Pattinsonun bu rolu əla canlandıracağına əminəm.”[13]
“Alatoran” filminin rejissoru Ketrin Hardvik qeyd edir ki, “hamı Edvardın ideallaşdırılmış görünüşünün neca canlandırılacağıyla maraqlanırdı.”[14] İlk öncə Pattinsonun şəklini görərkən o, digər aktyor Kristen Stüartla birgə sevgi səhnəsinin necə alınacağını düşünür: “Bu cazibədar səhnə idi. Açıq səma, romantik baxışlar. Bu yaxşı alınmalı idi.”[14] Pattinson qeyd edir ki, “İlk öncə bur olu necə canlandıracağım haqqında heç bir fikrim yox idi və insanlardan bu haqqda məsləhətlər almaq mənə xoş idi. Mən həqiqətən də bu rolu qazanmaq istəyirdim, lakin həqiqətən də kitablardan heç birini oxumamışdım. Mənim bu işə ehtiyacım vardı. Kristenlə birgə iş görmək isə xüsusilə maraqlı idi.”[15] 2008-ci ilin əvvəllərində “Entertainment Weekly”yə müsahibəsində söyləyir ki, “Oxucuların mənim bu obrazı canlandırmağımla bağlı “Xahiş edirik, başqa kimsə” deyə müraciətlərini gördükdə mən bu cür sayt və bloqları oxumağı dayandırdım.”[14] O, “Evening Standard”a müsahibəsində deyir ki, "kitablar oxucularda o qədər böyük təsir buraxmışdır ki, mən indi də qəzəbli oxuculardan bu rolu canlandıra bilməyəcəyim haqqında məktublar alıram. Ümid edirəm onların səhv etdiklərini sübut edəcəm.”[16]
İnkişaf
redaktə2008-ci ilin aprelində "Alatoran" filminin çəkilişləri başladı. Mayer qeyd edirdi ki, Pattinson və Stüart öz ifaları ilə canlandırdıqları obrazları elə inkişaf etdirmişlər ki, “buna ancaq sevinmək olar.”[17] Pattinson qeyd edirdi ki, Mayer onlara "“Gecəyarısı günəşi” romanının ilkin əlyazma versiyasını vermişdir və bu romanda hadisələr Edvardın dilindən nəql olunur.”[18] Pattinson bildirir ki, “əvvəl mən obrazımı qarşı tərəfin gördüyü kimi canlandırmalı və hadisələrə onun mövqeyindən yanaşmalı idim. Lakin hadisələrə Edvardın mövqeyindən yanaşılmış versiyanın olması bizi çox sevindirdi və mən hadisələrə fərqli mövqedən baxmaq imkanı qazandım.”[18] Çəkilişlərə hazırlıqların getdiyi dövrdə Pattinson “həqiqətən də canlı həyatdan təcrid olunmanı hiss etmək üçün ailəsindən və dostlarından uzaq”laşır.[14] Filmin bir səhnəsində Edvard Bella üçün pianoda layla ifa edir. Pattinsona bu laylanı bəstələmənin təklif olunması haqqında Hardvik qeyd edir: “Mən ona dedim ki, əgər ifa ediləcək musiqi həqiqətən də Roba məxsus olsa bu çox gözəl olar. O, gözəl musiqiçidir, Edvard kimi yaradıcı və zəngin ruha malikdir.” Mayer qeyd edir: “Əgər Robert layla yaza bilsə, bu filmə həqiqətən də mistik bir cazibə bəxş edərdi.”[19] Pattinsonun bəstələdiyi iki musiqi filmin finalında ifa olundu, layla kimi isə Karter Barvelin musiqisi səsləndirildi.[20]
Qəbulu
redaktə“MTV Movies”dən Larri Karroll Edvard və Bella “bütün nəsillər üçün ikonik sevgi hekayəsidir.”[21] deyə qeyd edərkən, Kirkus bildirir ki, "Alatoran" romanlarındakı Edvard obrazı “ümumilikdə Bayronsayağı”[22] təsir bağışlayır. “Forbes” jurnalı Edvard Kalleni Hollivudun 10 ən güclü vampiri siyahısında beşinci pillədə qərarlaşdırmışdır.[23] “Entertainment Weekly” onu “son 20 il ərzində yaradılmış ən güclü obrazlardan biri” adlandırır və vurğulayır ki, “ədəbi təsir və gənc qız və xanımların sevgisi hər yerdə uzun müddət davam edəcəkdir.”[24]
“Alatoran” romanlar seriyasının ilk kitabının satışa çıxarılmasından sonra keçən müddət ərzində Edvard obrazı daha da təkmilləşdirilmiş və dünyanın müxtəlif hissələrində yaşayan və əsasən xanımlardan təşkil olunmuş böyük pərəstişkar kütləsinin tələblərinə uyğun şəklə gətirilmişdir.[25] Lakin bu obraza daha çox “yeniyetmə qızların bağlı olduğu”[26] bildirilmiş, bəzi tədqiqatçılar isə bu obrazda açıq cinsəlliyin sərgilənməsini iddia etmişlər. “National Review Online”dan Gina R. Dalfonzo qeyd edir ki, Edvard obrazı "zehinsel qərarsız və Bella yatarkən onu güdməsi, onun danışıqlarını gizlin dinləməsi kimi hərəkətlərdə izlənən ”yırtıcı heyvan” xüsusiyyətlərinə malikdir."[27] “Alatoran və Fəlsəfə” kitabının müəllifi Rebeka Hausel qeyd edir ki, "Edvardın ədəbi kimliyi “Alatoran” romanlarının səhifələrində oxucunun diqqətini cəlb etmədən real kimliyə çevrilir." [28]
İstinadlar
redaktə- ↑ "The Story Behind Twilight". Stepheniemeyer.com. 2008-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ Fiona Purdon, 19 iyul, 2008, Stephenie Meyer's chaste vampires lure young readers[ölü keçid]
- ↑ Meyer, Stephenie. 1 // Midnight Sun (PDF). Alatoran romanlar seriyası. 2009-10-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2008-09-02.
- ↑ Meyer, Stephenie. Twilight. Twilight. Park Avenue, Nyu-York: Little, Brown. October 5, 2005. səh. 498. ISBN 978-0-316-01584-4.
- ↑ Meyer, Stephenie. New Moon. Twilight series. Park Avenue, New York: Little, Brown. 2006. səh. 563. ISBN 978-0-316-16019-3.
- ↑ Meyer, Stephenie. Eclipse. Twilight series. Park Avenue, New York: Little, Brown. 2007. səh. 629. ISBN 978-0-316-16020-9.
- ↑ Meyer, Stephenie. Breaking Dawn. Twilight series. Park Avenue, New York: Little, Brown. 2008. səh. 756. ISBN 978-0-316-06792-8.
- ↑ "Twilight Lexicon | Personal Correspondence #10". Twilightlexiconblog.com. 2006-09-19. 2009-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ "Twilight Lexicon | Personal Correspondence #1". Twilightlexiconblog.com. 2006-03-11. 2009-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ 1 2 Stephenie Meyer. "Twilight the Movie". Stephenie Meyer.com. 2009-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-02.
- ↑ Stephenie Meyer. "Twilight the Movie - July 7, 2007 Update". Stephenie Meyer.com. 7 July 2007. 2009-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-02.
- ↑ 1 2 "Actor Robert Pattinson Joins the Cast of Twilight For Summit Entertainment". Summit Entertainment.com. 11 December 2007. 2008-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-02.
- ↑ Stephenie Meyer. "Actor Robert Pattinson joins cast of Twilight for Summit Entertainment". Stephenie Meyer.com. 11 December 2007. 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ 1 2 3 4 Nicole Sperling. "'Twilight': Inside the First Stephenie Meyer Movie". Entertainment Weekly. 10 July 2008. 2014-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ "Vampires Get Romantic in 'Twilight'". MSN.com. 22 April 2008. 2008-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ Emily Bearn. "A Surreal Career". 25 February 2008. 2008-09-06 tarixində orijinalından (Reprint) arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ Stephenie Meyer. "Twilight the Movie". Stephenie Meyer.com. 16 April 2008. 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ 1 2 Larry Carroll. "'Twilight' Set Visit Confirms Edward And Bella's Chemistry, Offers A 'Midnight Sun' Preview". MTV.com. 15 April 2008. 2010-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ Larry Carroll. "Robert Pattinson Composing 'Bella's Lullaby' For 'Twilight' Movie". MTV.com. 22 April 2008. 2009-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ Nicole Sperling - 'Twilight' reshoots: Why is Catherine Hardwicke filming again?[ölü keçid]
- ↑ Larry Carroll. "'Twilight' Stars Robert Pattinson, Kristen Stewart Turn Up The Heat To Prepare For Love Story". MTV.com. 22 April 2008. 2008-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.
- ↑ "Kirkus Review at B&N.com". B&N.com. 2009-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.
- ↑ Lauren Streib. "Hollywood's 10 Most Powerful Vampires". Forbes. 2009-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.
- ↑ Amanda Lynne. "Robert Pattinson's Edward Cullen named one of the greatest characters of the last 20 years". Gather.Com. 2011-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.
- ↑ Steven D. Greydanus. "Twilight Appeal: The cult of Edward Cullen and vampire love in Stephenie Meyer's novels and the new film". Decent Films Guide. 2008-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.
- ↑ Martha Brockenbrough. "Does 'Twilight' Suck the Brains Out of Teens?". MSN Movies. 2012-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.
- ↑ Gina R. Dalfonzo. "In Love with Death". National Review Online. 2008-08-22. 2012-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
- ↑ "Twilight & Philosophy". Amazon.com. 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.