Ehsan Xan Naxcivanski Zabit - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ehsan xan Naxçıvanski (1855 — 1894) — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı.
Ehsan xan Naxçıvanski | |
---|---|
Ehsan xan Naxçıvanski Kəlbəli xan oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vətəndaşlığı | Rusiya İmperiyası |
Milliyyəti | Azərbaycanlı |
Atası | Kəlbəli xan Naxçıvanski(II) |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Naxçıvanskilər |
Rütbəsi | polkovnik |
Döyüşlər | |
Təltifləri | poruçik rütbəsi (1876) , , , 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsi[1] |
Fəaliyyəti
redaktəII Kalbalı xanın böyük oğlu II Ehsan xan 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. II Ehsan xan ilk təhsilini çarın paj korpusunda almışdı. Ona ulan alayının leyb-qvardiyasında fəal iştirakına və yüksək nizamintizama görə 1876-cı ildə poruçik rütbəsi verilmişdir. 1879-cu ildə Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolay Akademiyasına qəbul olmuş II Ehsan xan təhsilini yarımçıq qoyaraq 1880-1881-ci illərdə Mərkəzi Asiyada gedən hərbi əməliyyatlara qatılmış və ağır kontuziya almışdır. II Ehsan xan döyüşlərdə göstərdiyi xidmətlərə görə III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Anna”, qeyri-xristianlar üçün “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüş, 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir.[1]
Naxçıvanskilər
redaktəKəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
İsmayıl xan Naxçıvanski (1819—1909) | Kəlbəli xan Naxçıvanski (1824—1883) | Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | Cəfərqulu xan Naxçıvanski (1859—1929) | Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
Kəlbəli xan Naxçıvanski (1891—1931) | Cəmşid Naxçıvanski (1895—1938) | Davud xan Naxçıvanski (?—1934) | |||||||||||||||||||||||||||
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Həmçinin bax
redaktə- Naxçıvanskilər
- Ehsan Xan Naxçıvanski
- Kəlbəli Xan Naxçıvanski
- Hüseyn Xan Naxçıvanski
- Cəmşid Naxçıvanski
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |