Ekranoplan - Wikipedia
Ekranoplan əvvəlcə rusların Xəzər dənizində, sürətli nəqliyyatı təmin etmək məqsədi ilə hazırlanıb istehsal edilmiş, dəniz səviyyəsindəki nəhəng qeyri-stabil bölgədə (nəhəng qeyri-stabil bölgə: dünyadakı ən qeyri-stabil bölgə hava-su arasındakı bölgədir. Əgər nəqliyyat vasitəsi bir balaca havaya qalxsa, hava cərəyanının təsirinə düşəcək və özünə zərər verəcək, əgər aşağı enərsə dənizlə toqquşub parçalanacaq) yüksək sürətə çata biləcək bir yük daşıyan nəqliyyat vasitəsidir. Bu vasitə dənizdəki qeyri-sabit ərazidə 650 Km/s sürətə çata biləcək gəmi-hoverkraft-hibrid nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsinin 1000-dən çox tank, ekipaj və ərzaq apardığı məlumdur.[1]
Yer effektli vasitə
redaktəYerdə hərəkət edən bir vasitə (GEV) olaraq da bilinən, qanadları ilə səth arasındakı aerodinamik qarşılıqlı təsirdən faydalanaraq, yer səthinə yaxın uçuş edən yer effektli təyyarə-gəmi arası nəqliyyat vasitəsidir. GEV eyni zamanda qanad səth effektli vasitədir, (WIG) flarecraft, dəniz skimmer, ekranoplan, SkimMachine və ya qanadlı səth effektli gəmi (WISE) olaraq da tanınır.
Mexanikası
redaktəBir GEV bəzən aralarındakı keçid kimi xarakterizə edilən hovercraft və bir təyyarə deyildir, lakin bunların arasında bir vasitədir. Hər iki vasitənin xarakteri bu nəqliyyat vasitəsindədir. Hovercraft statik sıxılmış hava yastığı (tabandan aşağıya hava vuran fan) ilə dəstəklənir. Təyyarə havanı itələyərək özünü sürətləndirən bir vasitədir. Digər tərəfdən ekranoplan, bu iki vasitənin su ilə hava arasındakı ən qeyri-sabit bir bölgədə etdiklərini mükəmməl bir ahəngdarlıqla edir. Qanad uclarında suya toxunan bir qayıq tipli bir hovuz vasitəsi ilə su üzərində dayanır.
Əlavə köməkçi mühərriklər olaraq qanadlarının altındakı zərbə mühərrikləri hoverkrafta oxşayan effekt yaratmaq və ya uçuşa kömək etmək üçün istifadə edilmişdirlər. Rus Lun və Dingo kimi bəzi GEV dizaynlarında “güc dəstəkli ram” istifadə edilmişdir. Bir GEV adi bir təyyarədən bu yer effekti olmadan səmərəli istifadəsinin mümkünsüzlüyü ilə fərqlənir və işləmə hündürlüyü də müvafiq olaraq məhduddur, beləliklə qanadlarının enliliyi də fərqlidir. Bəzi GEVlər əslində yer effektindən çıxa bilərlər.
Son illərdə çox sayda mülki və hərbi sahədə istifadə məqsədi ilə müxtəlif növ GEV modelləri hazırlanmışdır. Ancaq bu, çox istifadə olunan vasitələr daxilində deyildir.
Tarixi
redaktə1920-ci illərin ortalarında, pilotların açılış zamanı uçuş-enmə zolağına yaxınlaşdıqda “yer effekti” fenomeninin daha təsirli ola biləcəyi məlum idi. 1934-cü ildə ABŞ Milli Aviasiya Məşvərət Komitəsi haqqında danışılan mövzu haqqında İngilis dilindən tərcüməsi; “Texniki Memorandum 771, Təyyarələr, Enmə və Qalxma əsnasında Yer Effekti” adlı bir tədqiqat xülasəsi nəşr etdirdi. Fransız yazıçı Maurice Le Sueur bu həqiqətə əsaslanaraq bir təklif əlavə etmişdir: “Burada ixtiraçıların təxəyyülü geniş bir sahə təklif edir. Yer effekti uçuş üçün tələb olunan gücü əhəmiyyətli dərəcədə azaldır. Yəni burada həmişə - yer effekti zonasında qalacaq aviavasitənin yaradılması şərtilə, həm sürətli, həm də iqtisadi bir uçuşun təmin edilməsi əsas məsələdir. İlk baxışdan belə bir vasitə təhlükəlidir, çünki yer effektinin müşahidə oluna biləcəyi yüksəklikdə səth kobuddur (səthində müxtəlif maneələr var) və nəqliyyat vasitəsinə manevr etmə azadlığını təmin etmir. Lakin böyük ölçüyə malik olan aviavasitədə və su üzərində bu ideya sınaqdan keçirdilə bilər...” Az sayda eksperimental alətlər hazırlayan Skandinaviya və Finlandiyadan əvvəl, İkinci Dünya müharibəsi baş verdi. 1960-cı illərdən etibarən müstəqil töhfələr texnologiya sayəsində böyük ölçüdə inkişaf etməyə başladı, bu sahədə Sovet İttifaqında Rostislav Alexeyev və ABŞ-də milliyətcə alman olan Alexander Lippisch mühüm işlər görmüşdür. Lippisch təyyarə mühəndisi kimi işləyirdi, Alekseyev isə gəmi konstruktoru kimi özünü arxa planda saxlamışdır. Alexeyev və Lippisch effekti bu gün görülən GEV nəqliyyat vasitələrində hələ də çox aydın görünür.
Sovet lideri Nikita Xruşşov yaxın dostu, aerodinamika üzrə mütəxəssis Rostislav Alekseyev tərəfindən hazırlanmış və Ekranoplan adı verilən yeni bir növ təyyarədir. Ekranoplan mütəmadi olaraq dənizdən təxminən 15-20 metr yüksəklikdə uçur, sürətli hərəkət edir və daha az yanacaq istehlak edirdi. Bundan əlavə, tam havada olmadığından hava radarları, həm də su da tam olaraq olmadığı üçün sualtı radarlar tərəfindən aşkar edilməsi mümkün deyildi. Fərqli modeldə Ekranoplanlar Sovet donanması tərəfindən uzun illər əsgər (eyni vaxtda 400-500 nəfər) və sursat (bir səfərdə yüzlərlə ton) daşımaq üçün istifadə olunurdu. Layihə soyuq müharibənin başa çatması ilə xərclərinin çoxluğu və baxımsızlıq nəticəsində dayandırılmışdır. Ekranoplanların ən böyük qüsuru ondan ibarət idi ki, dalğalı dənizlərdə hərəkəti olduqca çox riskli idi.
Mütəxəssislər, magistral yollarda olan yük və sərnişin daşımalarını dənizə köçürəcək və bunu təyyarə sürəti ilə həyata keçirən Ekranoplanların nəqliyyatda inqilab yaradacağını söyləyirlər. Yarı gəmi, yarı təyyarə olaraq yaradılmış olan gizli bir hərbi layihənin kod adı “Layihə 903” olmuşdur.
Qaleriya
redaktə-
Ekranoplan TUNGUS
-
TUNGUS
-
TUNGUS
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.