Elcin Ehmedov - Wikipedia
Əhmədov Elçin İldırım oğlu (15 aprel 1961, Şuşa, DQMV) — Azərbaycan politoloqu, beynəlxalq münasibətlər üzrə mütəxəssis, siyasi elmlər doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Qarabağ İrsini Araşdırma Mərkəzi"nin rəhbəri.
Elçin Əhmədov | |
---|---|
Elçin İldırım oğlu Əhmədov | |
Doğum tarixi | 15 aprel 1961 (63 yaş) |
Doğum yeri |
|
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi |
|
Elmi adı | |
Təhsili | |
Mükafatları |
Təhsili və əmək fəaliyyəti
redaktə1968-ci il, iyulun 28-də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1974–1984-cü illərdə Şuşa şəhər 4 №li orta məktəbdə təhsil almışdır. 1989-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinə daxil olmuş, 1994-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, BDU-da doktoranturaya qəbul olmuş və 1999-cu ilədək Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasında çalışmışdır. 1999-cu ildən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasında işləyir. O, həmin kafedranda 2001-ci ildən baş müəllim, 2006-cı ildən dosent, 2017-ci ildən isə beynəlxalq münasibərlər istisası üzrə professor vəsifəsində işləyir. Eyni zamanda, 2001–2012-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində dekan müavini, 2017-ci ildən isə həmin fakültədə dekan vəzifəsində çalışmışdır. 2022-ci ildə Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən "Qarabağ İrsini Araşdırma Mərkəzi"nin rəhbəri vəzifəsinə təyin edilmişdir. E. İ. Əhmədov 2001-ci ildə "Böyük dövlətlərin Qarabağ münaqişəsinə dair siyasəti" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru, 2015-ci ildə isə "Azərbaycan Respublikasının beynəlxalq təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətləri" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən FD 2.30 Dissertasiya Şurasının üzvü, Şurannın nəzdindəki "Beynəlxalq münasibətlər" ixtisası üzrə Elmi seminarın sədridir. Bundan əlavə, Türkiyədə nəşr olunun "Tarihin Peşinde"[1] Beynəlxalq Tarix və Sosial Araşdırmalar dərgisinin Məsləhət Şurasının, "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə", "Qafqazşünaslıq" elmi-nəzəri jurnallarının redaksiya heyətinin üzvüdür. Bundan əlavə, Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsindən sonra Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı yaradılmış ekspert qrupunun, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki işçi qrupun üzvüdür. 2015–2019-cu illədə İctimai Televiziyada "Qarabağ həqiqətləri" verilişinin aparıcısı, 2022-ci ildən isə AZTV-də "Şuşam mənim" verilişinin ideya müəllifi və aprıcısı, həmçinin "Danışır Şuşa" radio verilişinin məsləhətçisi və aparıcısı olmuşdur.
Elmi fəaliyyəti
redaktəE. İ. Əhmədov Azərbaycanın xarici siyasəti və Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar ümumilikdə, 25 kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, eləcə də 100-dən çox elmi məqalənin müəllifidir. 1999-cu ildən "Azərbaycanın xarici siyasəti" (ali təhsilin bakalavriat səviyyəsində), "Ermənistan-Azərbaycan münaqişəsi və regional təhlükəsizlik" (magistratura səviyyəsində) ixtisas fənlərini tədris edir. Onun İkinci Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, Qarabağ münaqişəsinə dair beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyini əks etdirən elmi məqalələri Azərbaycanda, həmçinin ölkə xaricində (Ankara, İstanbul, Sakarya, Elazığ, Kilis, Bişkek, Sofiya, Volqoqrad, Tbilisi, Kişinyov, Moskva, Mexiko, Paris və Romada) "Web of science" məlumat bazasına və "Scopus" sisteminə daxil olan impakt faktorlu jurnallarda nəşr edilməklə yanaşı, 500-dən çox analitik məqalələri müxtəlif kütləvi informasiya vasitələrində türk, rus, ingilis, fransız, ispan, alman, italyan, gürcü və bolqar dillərində yayınlanmışdır. O, 50-dən çox müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş və müvafiq sertifikatlarla təltif edilmişdir. Onun maarifçilik və mədəniyyət mərkəzi olan Şuşanın Azərbaycan tarixinində yeri və rolunu əks etdirən kitabları Bakıda, Tibilisidə, Romada, Afinada, Ammanda, Sofiyada, Riqada, Düşənbədə, Parisdə azərbaycan, ingilis, gürcü, italyan, yunan, ərəb, bolqar, latış, tacik və fransız dillərində nəşr edilmişdir.
Təltifləri
redaktə- E. İ. Əhmədov 1998-ci ildə gənc tədqiqatçılar arasında keçirilən müsabiqənin qalibi olmuş və "II dərəcəli diplomla" təltif edilmiş, 2008-ci ildə "Qızıl Qələm" mükafatına layiq görülmüş, Azərbaycan Respublikası Təhsil nazirinin 17 sentyabr 2009-cu il tarixli əmrinə əsasən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
- 2012-ci ildə "Yaddan çıxmaz Qarabağ" mövzusunda keçirilən ümumrespublika yazı müsabiqəsinin qalibi olmuş və I yer üçün ayrılan mükafatla, 2013-cü ildə "Dövlətin gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi dəstəyə" görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin "Fəxri Fərmanı" ilə təltif edilmişdir. Həmin ildə onun "Ermənistanin Azərbaycana təcavüzü" adlı 3 cildlik monoqrafiyası Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli "Şuşa Qrantı" birgə müsabiqəsinin qalibi olmuş və nəşr edilmişdir.[2][3]
- 2015-ci il aprelin 24-də Türkiyənin Azərbaycandakı Səfirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə "Çanaqqala savaşının 100 illiyi" münasibətilə keçirilən müsabiqədə yüksək mükafata layiq görülmüşdür. 2017-ci ildə "Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və Qarabağ həqiqətləri haqqında KİV əməkdaşlarının elmi maarifləndirilməsinə yönəlmiş təbliğat fəaliyyətinə görə" Mətbuat Şurasının Diplomu ilə təltif edilmişdir.[4]
- 2022-ci il dekabrın 21-də Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının iclasında Baş Elmi Şuranın qərarı ilə akademiyanın həqiqi üzvü (akademik) seçilmiş və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın Beynəlxalq Təltif Komitəsinin qərarı ilə "Qızıl Ulduz" medalına layiq görülmüşdür.
- 2022-ci ilin sonunda "Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi irsinin təbliğində, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərinə, çoxsaylı araşdırma yazılarına görə" və "Şuşa İli" münasibətilə Mətbuat Şurasının Diplomu ilə təltif edilmişdir.
- 2023-cü il aprelin 8-də Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında təltif edilmiş və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə, xüsusilə türk dünyasına çatdırılması istiqamətindəki fəaliyyəti, çoxsaylı fundamental elmi əhəmiyyət daşıyan əsərləri yüksək qiymətləndirilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 saylı Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
Nəşr edilmiş kitabları və tədris vəsaitləri
redaktə1. Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar. Bakı, "Tuna" nəşriyyatı, 1998, 138 s.
2. Qarabağa qayıdacağıq. (azərbaycan, ingilis və rus dillərində). Bakı, "Letterpress", 2010, 92 s.
3. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987–2011). Bakı, "Letterpress", 2012, 912 s.
4. Azərbaycanın xarici siyasəti: beynəlxalq təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətlər. Bakı, "Letterpress", 2013, 452 s.
5. Ermənistanın Azərbaycana təcavüzü: Sənədlər və materiallar. I kitab. Bakı, "Letterpress", 2015, 324 s.[5]
6. Ermənistanın Azərbaycana təcavüzü: Etnik təmizləmə, soyqırım, terror, işğal. II kitab. Bakı, "Letterpress", 2015, 408 s.[6]
7. Ermənistanın Azərbaycana təcavüzü: Beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasəti. III kitab. Bakı, "Letterpress", 2015, 368 s. [7]
8. Ermənistan-Azərbaycan münaqişəsi. Dərslik. (Ali təhsilin magistratura səviyyəsi üçün). Bakı, "Zərdabi LTD" MMC, 2019, 632 s.
9. Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərnin icmalı (2003–2006). I kitab. (Dərs vəsaiti). Bakı, "Azərbaycan" nəşriyyatı, 2007, 944 s.
10. Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərnin icmalı (2007–2008). II kitab. (Dərs vəsaiti). Bakı, "Azərbaycan" nəşriyyatı, Bakı, 2008, 754 s.[8]
11. Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərnin icmalı (2008–2010). III kitab. (Dərs vəsaiti). Bakı, "Letterpress", 2013, 752 s.
12. Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərnin icmalı (2011–2013). IV kitab. (Dərs vəsaiti). Bakı, "Letterpress", 2013, 976 s.
13. "Beynəlxalq təşkilatlar" ixtisas kusu üzrə metodik vəsait (Ali təhsilin bakalavriyat səviyyəsi üçün). Bakı, "Mütərcim" nəşriyyatı, 2005, 104 s.
14. "Beynəlxalq təşkilatlar" fənnin proqramı (Ali təhsilin bakalavriyat səviyyəsi üçün). //Bakı, "Zərdabi LTD" MMC, 2018, 120 s.
15. "Ermənistan-Azərbaycan münaqişəsi" fənninə dair metodik vəsait. (Ali təhsilin magistratura səviyyəsi üçün). // Bakı, "Zərdabi LTD" MMC, Bakı, 2018, 152 s.
16. "Ermənistan-Azərbaycan münaqişəsi" fənninin proqramı. (Ali təhsilin magistratura səviyyəsi üçün). Bakı, "Zərdabi LTD" MMC, 2019, 120 s.
17. Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı. Bakı, "Zərdabi Nəşr" MMC, 2021, 180 s. (azərbaycan dilində).
18. Şuşa – tarixi, mədəni, strateji əhəmiyyətli qala şəhər. Tbilisi, 2021, 210 səh. (gürcü dilində).
19. Daniel Pommier, Elchin Ahmadov. Shusha — Capitale culturale dell' Azerbaigian. Sandro Teti. Roma. 246 p. / Daniyel Pommier, Elçin Əhmədov. Şuşa — Azərbaycanın mədəniyyət paytaxtı. "Sandro Teti" nəşriyyat evi. Roma. 246 s. (İtalyan dilində)
20. Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru (27 sentyabr – 10 noyabr 2020-ci il). "Şərq-Qərb. "Bakı, 2021, 444 s. //Prezident İlham Əliyevin qələbə strategiyası: əsas istiqamətlər. Diplomatik fəaliyyət. III fəsil., s.97–127.
21. История Отечественной войны. Фактор личности: 27 сентября – 10 ноября 2020 года. Баку, 2022, 442 стр. //Стратегия победы Президента Ильхама Алиева: основные направления. Дипломатическая деятельность. Глава III., стр. 97–127.[9]
22. Vatan Savaşı Tarihi. Şahsiyyet Faktöru (27 Eylül –10 Kasım 2020). Bakü, 2022, 444 s. //Cuhurbaşkanı İlham Aliyev`in Zafer Stratejisi: Ana İstikametler. III Bülüm. s.97–127.
23. Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı. Afina, 2022, 58 səh. (yunan dilində).
24. Şuşa – Azərbaycanın tarixi mədəniyyət paytaxtı. Sofiya, 2022, 162 səh. (bolqar dilində).
25. Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı. Amman, 2022, 138 səh. (ərəb dilində).
26. Şuşa – Azərbaycanın incisi. Riqa, 2022, 136 səh. (latış dilində).
27. Şuşa – Azərbaycanın tarixi mədəniyyət paytaxtı. Düşənbə, 2022, 292 səh. (tacik dilində).
28. Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı. /Yeniləşdirilmiş və təkmilləşdirilmiş ikinci nəşr/ Bakı, "Zərdabi Nəşr" MMC, 2022, 472 səh. (azərbaycan dilində).
29. Jean-Michel Brun, Elchin Ahmedov. Choucha, La perle du Caucase. d’édition Hermann. Paris, 2023, 204 p. / Jan-Mişel Brün, Elçin Əhmədov. Qafqazın mirvarisi – Şuşa. Hermann nəşriyyat evi. Paris. 204 s. (fransız dilində).[10][11][12][13]
Elmi jurnallarda dərc edilmiş məqalələri
redaktə1. Qarabağ məsələsi 1918–1920-ci illərdə //Gənc alimlərin və aspirantların respublika konfransının tezisləri, Bakı, 1996, s.12–13.
2. ATƏT-in Minsk konfransının yaradılmasına dair //Gənc alimlərin və aspirantların respublika konfransının tezisləri, Bakı, 1997, s.10–11.
3. ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti //"Hərbi bilik" jurnalı, Bakı,1997, № 2, s.48–50.
4. BMT və Ermənistan-Azərbaycan münaqişəsi (I məqalə) //"Hərbi bilik" jurnalı, Bakı,1997, № 2, s.54–57.
5. ATƏT-in Minsk qrupu və onun Qarabağ münaqişəsinə dair fəaliyyəti //Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası), Bakı,1997, № 1, s.44–51.
6. Qarabağ münaqişəsində Şuşanın yeri // "Hərbi bilik" jurnalı, Bakı,1997, № 3, s.64–67.
7. BMT və Ermənistan-Azərbaycan münaqişəsi (II məqalə) //"Hərbi bilik" jurnalı, Bakı,1997, № 4, s.44–48.[14]
8. Şuşanın qəhrəman müdafiəsi (XVIII əsrin II yarısı) //"Hərbi bilik" jurnalı, Bakı,1997, № 4, s.49–51
9. BMT və Ermənistan-Azərbaycan münaqişəsi (III məqalə) //"Hərbi bilik" jurnalı, Bakı,1997, № 5, s.66–70.
10. BMT və Ermənistan-Azərbaycan münaqişəsi (IV məqalə) //"Hərbi bilik" jurnalı, Bakı,1997, № 6, s.71–75.
11. Nagorno Karabakh conflict in Organization for Security and Co-operation in Europe //Journal of "History and its problems", Baku, 1997, № 2, p. 230–235.
12. Ermənistan-Azərbaycan münaqişəsi İslam Konfransı Təşkilatında //"Hərbi bilik" jurnalı, Bakı,1998, № 1, s.94–98.
13. Azərbaycan neftinin siyasi aspektləri //"Neft və Azərbaycanın gələcəyi" mövzusunda gənc alim və tələbələrin elmi-tədqiqat işlərinin materialları, Bakı,1998, s.53–71.
14. Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT (I məqalə) //"Hərbi bilik" jurnalı, Bakı,1998, № 5, s.91–96
15. Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT (II məqalə) //"Hərbi bilik" jurnalı, Bakı,1998, № 6, s.94–97
16. Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT (III məqalə) //"Hərbi bilik" jurnalı, Bakı,1999, № 1, s.83–88
17. Aggression of Armenia against Azerbaijan and international organizations //Journal of "History and its problems", Baku, 1999, № 2, s.154–158.
18. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesində prezident Heydər Əliyevin fəaliyyəti //"XX-XXI: iki əsrin nadir dövlət xadimi və lideri" mövzusunda elmi sessiyanın materialları (22 aprel, 2003-cü il), DİA, Bakı, 2003, s.139–142.
19. Qarabağ münaqişəsində Rusiyanın mövqeyi və rolu //"Qarabağ dünən, bu gün və sabah" II Ümumrespublika elmi-əməli konfransın materialları (27–28 may, 2003-cü il), Bakı, 2003, s.39–43.
20. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın xarici siyasətində prioritet istiqamət kimi //"Heydər Əliyevin dövlət quruculuğu və dövlət idarəçiliyi strategiyasının həyata keçirilməsində yeni mərhələ" mövzusunda elmi sessiyanın materialları, DİA, Bakı, 2005.
21. Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqazda ən uzunmüddətli münaqişə kimi //"Qarabağ dünən, bu gün və sabah" III Ümumrespublika elmi-əməli konfransın materialları (25–26 may,2004-cü il), Bakı, 2004, s.30–35.
22. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində Azərbaycan diplomatiyasının fəaliyyəti //"Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2004, № 2 (6), s.137–147.
23. Şuşanın tarixi, siyasi və hərbi-strateji əhəmiyyəti //"Dirçəliş" jurnalı № 86–87, aprel-may, 2005, s.84–93.[15]
24. Azərbaycanın Avroatlantik təhlükəsizlik və əməkdaşlıq institutlarına inteqrasiyasının yeni mərhələsi //"Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2007, № 1 (17), s. 164–171.
25. Şuşanın tarixi, siyasi və hərbi-strateji əhəmiyyəti //"Qarabağ dünən, bu gün və sabah" Azərbaycan Xalq Cümhuriyyətinin 90 illyinə həsr olunmuş 7-ci elmi-əməli konfransın materialları Bakı, 2008, s.65–78.
26. Ermənistan-Azərbaycan münaqişəsinə dair ABŞ, Türkiyə və Rusiyanın siyasəti //"Qarabağ dünən, bu gün və sabah" Azərbaycan Xalq Cümhuriyyətinin 90 illyinə həsr olunmuş 7-ci elmi-əməli konfransın materialları Bakı, 2008, s.69–92.
27. Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyası NATO ilə əməkdaşlıq konteksində //"Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2009, № 1 (25), s.156–165.
28. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin nəticələri //"Qarabağ dünən, bu gün və sabah" Azərbaycan Xalq Cümhuriyyətinin 90 illyinə həsr olunmuş 8-ci elmi-əməli konfransın materialları. Bakı, 2009, s.18–27.
29. Ermənistanın təcavüzkarlıq siyasəti və ATƏT //"Qarabağ dünən, bu gün və sabah" Azərbaycan Xalq Cümhuriyyətinin 90 illyinə həsr olunmuş 8-ci elmi-əməli konfransın materialları. Bakı, 2009, s.28–39.
30. Историческое, политическое и военно-стратегическое значение Шуши //"Карабах вчера, сегодня и завтра" материалы научно-практических конференций, вторая часть. Баку 2009, стр. 246–256.
31. Historic, political and military-strategic value of Shusha //Proceedings of the conferences held under the topic "Garabagh yesterday, today and tomorrow". Second volume. Baku, 2009, p. 39–49.
32. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti və ATƏT //"Diplomatiya aləmi" — № 25, 2009-cu il, s.33–44.
33. Azərbaycanın Avropaya inteqrasiyası prosesində Avropa Şurası ilə əməkdaşlığı //"Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2010, № 3 (31), s. 157–166.
34. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyənin siyasəti //"Qarabağ dünən, bu gün və sabah" 9-cu Ümumrespublika elmi-əməli konfransın materialları (25–26 may,2010-cu il), Bakı, 2010, s.30–34.
35. İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar kimi tanıyan ilk və yeganə beynəlxalq təşkilatdır //"Qarabağ dünən, bu gün və sabah" 9-cu Ümumrespublika elmi-əməli konfransın materialları (25–26 may,2010-cu il), Bakı, 2010, s.35–42.
36. Ermenistan"ın Azerbaycan"a saldırısı ve AGİT //"2023", 15 nisan 2010, sayı 108, s. 53–57.
37. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avroatlantik institutlara inteqrasiya prizmasında //"Diplomatiya aləmi" — № 29, 2010-cu il, s.51–56.
38. Ermenistan"ın Azerbaycan"a karşı saldırganlık politikası //"2023", 15 mart 2011, sayı 119, s. 56–61.
39. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin mərhələləri //"Geostrategiya"jurnalı, № 2, aprel, 2011, s.70–76.
40. Ermənistanın Azərbaycana qarşı təcavüzkarılıq siyasətinin mərhələləri //"Qarabağ dünən, bu gün və sabah" 10-cu Ümumrespublika elmi-əməli konfransın materialları (25–26 may,2011-ci il), Bakı, 2011, s.36–47.
41. XX əsrin sonunda Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalşılıq siyasətinin nəticələri //"Qarabağ dünən, bu gün və sabah" 10-cu Ümumrespublika elmi-əməli konfransın materialları (25–26 may,2011-ci il), Bakı, 2011, s.48–59.
42. Ermənistanın Azərbaycana qarşı təcavüzkarılıq siyasəti (təhlili xronika 1988–1990) //"Geostrategiya"jurnalı, № 3, may, 2011, s.56–64.
43. Армяно-Азербайджанский конфликт и международные организации: исторические факторы конфликта //Материалы V международного форума стран-партнеров в области подготовки кадров для государственной и муниципальной службы, Бишкек, 2011, с.455–462.
44. Ermənistanın Azərbaycana qarşı təcavüzkarılıq siyasəti (təhlili xronika 1991–1992, fevral) //"Geostrategiya"jurnalı, № 4, iyun, 2011, s.58–65.
45. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi aspektləri //"Strateji təhlil" jurnalı, № 1(2), aprel- iyun, 2011, s.93–108.
46. Azərbaycan Respublikasının Avropa təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətləri (1991–2011) //"Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2011, № 4 (35), s. 178–187.
47. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi aspektləri //"Geostrategiya"jurnalı, № 5, iyul, 2011, s.40–51.
48. Ermənistanın Azərbaycana qarşı təcavüzkarılıq siyasəti (təhlili xronika 1992, fevral-dekabr) //"Geostrategiya"jurnalı, № 6, avqust, 2011, s.34–43.
49. Сотрудничество Азербайджана с Европейским Союзом в контексте в Евроатлантические структуры //"Право и политология" Международный научный журнал, Кишинев, № 19, март, 2012, стр.56–60.
50. Azərbaycanın regional inkişaf və enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə əməkdaşlığı //"Geostrategiya"jurnalı, № 2(8), aprel, 2012, s.34–43.
51. Şuşa — Azərbaycanın strateji əhəmiyyətli tarixi mədəniyyət mərkəzi //"Qarabağ dünən, bu gün və sabah" 11-ci Ümumrespublika elmi-əməli konfransın materialları, (22 may, 2012-ci il), Bakı, 2012, s.36–47.
52. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti //"Qarabağ dünən, bu gün və sabah" 11-ci Ümumrespublika elmi-əməli konfransın materialları, (22 may, 2012-ci il), Bakı, 2012, s.22–35.
53. Ermənistanın dövlət terrorizmi siyasəti və Azərbaycana qarşı təcavüzünün nəticələri //"Geostrategiya"jurnalı, № 6(12), noyabr, 2012, s.18–22.
54. Azərbaycan Respublikasının Avropa təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətləri //Azərbaycan Respublikasının müstəqilliyinin və Xəzər Universitetinin yaranmasının 20 illiyinə həsr olunmuş Beynəlxalq simpoziumun materialları. 27–29 may2011. Bakı, 2012, s.473–482.
55. Avrupa-Atlantik kurumlara entegrasyon çerçivesinde Aerbaycan Cümhuriyyeti ve Avrupa Birliğ ilişkileri //Siyaset, ekonomi ve toplum üzerine. 3. Uluslararası Mavi Karadeniz Kongresi: Uyuşmazlık çozümü, işbirligi ve demokratikleşme. 15–17 Ekim 2012. Sakarya Universitesi/ Adapazarı, s.223–231.
56. Şuşa: tarixi, siyasi, iqtisadi, strateji və mədəni əhəmiyyətə malik şəhər //"Geostrategiya" jurnalı, № 5(9), may-iyun, 2012, s.35–39.
57. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı //"Geostrategiya"jurnalı, № 6(10), iyul-avqust, 2012, s.33–37.
58. Heydər Əliyevin xarici siyasət kursu yeni və dinamik inkişaf mərhələsində //"Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2013, № 2 (42), s.121–130.
59. Ermenistan’ın etnik temizlik, soykırım ve işgalcilik politikasının sonunçları //Orta Doğu Araştırmaları Dergisi. Karabağ Özel sayısı. Elizığ. 2013, Cilt IX, sayı 2, s.73–85.
60. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasına dair aparılan danışıqların mərhələləri //"Strateji təhlil" jurnalı, № 6(7), aprel- iyun, 2013, s.63–83.
61. Ermənistanın Azərbaycana təcavüzü: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaya dair beynəlxalq səylər və aparılan danışıqların nəticələri //"Qarabağ dünən, bu gün və sabah" 12-ci Ümumrespublika elmi-əməli konfransın materiallar toplusu (23 may,2013-cü il), Bakı, 2013, s.45–64.
62. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: nizamlanmaya dair aparılan danışıqların nəticələri //"Geostrategiya"jurnalı, № 2(14), mart-aprel, 2013, s.20–24.
63. Müasir geosiyasi şəraitdə Azərbaycanın dinamik inkişaf göstəriciləri //"Geostrategiya" jurnalı, № 04 (16) İyul-Avqust 2013, s. 21–26.
64. Azeraycan’ın NATO ile İşbirliğinin Gelişmesinde Haydar Aliyev’in Rölu //Sosyal Bilimler Araştirma Dergisi. Yil:IX, Sayi:22, Eylül-2013, s. 111–121.
65. Haydar Aliyev’in dış politikasında Avrupa kurumları ile işbirliği // Asia Minor Studies. Uluslararası Hakemli Sosyal Bilimler Dergisi. Cilt1, Sayı: Haydar Aliyev Özel Sayısı. Mayıs. Kilis, 2013, s.14–23.
66. Azərbaycanın dinamik inkişafının mühüm mərhələsi (2003–2013-cü illər) //"Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2014, № 1 (45), s. 209–218.
67. Важный этап динамичного развитияАзербайджана в современных геополитических условиях (2003–2013 годы) //"Кавказ и Мир" Международный научный журнал, Грузия, Тбилиси, 2014, № 18, стр.61–67.
68. Ermenistan'ın Devlet Terörü Politikası ve Azerbaycan'a Karşı Saldırganlığının Sonuçları //"Dağlıq Qarabağ Üzərinə Yazılar", Gündoğan Yayınları, İstanbul, Agustos, 2014, s.87–97.
69. Важный этап динамичного развития Азербайджана в современных геополитических условиях // Elchin Ahmadov // "Science and world" International scientific journal, Russia, Volgograd, 2015, № 4 (20), Vol I, с.93–98.
70. Ermənistanın Azərbaycana təcavüzü: beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyi //"Naxçıvan Universiteti" Elmi əsərlər, № 1(2), 2016, s.35–56.
71. Azərbaycan Respublikasının multikulturalizm siyasəti (1993–2016) //"Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2016, № 4(56), s. 99–106.
72. Azərbaycanın daxili və xarici siyasətində multikultural dəyərlər //Azərbaycan Folkloru və Milli-Mədəni müxtəliflik adlı Beynəlxalq elmi-praktik konfransın materialları. 19–20 may 2016-cı il, s.159–168.
73. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti // Elchin Ahmadov // Qafqazşünasların I beynəlxalq forumu 2. Bakı, 17–18 aprel, 2017, s.48–55.
74. Azərbaycanın daxili və xarici siyasətində multikultural və tolerant dəyərlər //"Geostrategiya" jurnalı, № 03(39) May-İyun 2017, s. 24–27.
75. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan multikulturalizmi // Azərbaycan multikulturalizmi. Ali məktəblər üçün dərslik. Bakı, 2017, 88–112.
76. Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətləri (2003–2017-ci illər) //"Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2017, № 4(60), s.187–198.
77. Azərbaycanın dinamik inkişaf göstəriciləri: uğurlar və nailiyyətlər (2003–2018-ci illər) //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. 2018, № 3 (63), s.127–138.
78. Heydər Əliyevin ermənilərin əsassız ərazi iddialarına qarşı mübarizəsi (1969–1987-ci illər). // XX əsr Azərbaycanın gorkəmli dövlət qurucuları. Bakı, 2018, s.104–116.
79. XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü: etnik təmizləmə və soyqırımı siyasətinin nəticələri. // Terror mutikulturalizmə qarşı. "Azərbaycanlıların soyqırımı — 100". Bakı, 2018, s.216–226.
80. Azərbaycanın Azərbaycanin ərazi bütövlüyünün təmin edilməsi dövlətimizin xarici siyasətində əsas prioritet istiqamətdir // Dovlət siyasətinin priorotet istiqamətləri. Mühazirələr toplusu. Bakı, 2018, s.112–130.
81. Ermənistanın Azərbaycan qarşı ərazi iddiaları: dövlətlərin ərazi bütovlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri kontekstində // Qafqazşünasların II beynəlxalq forumu 2. Bakı, 1-ci kitab. 23–24 may, 2019, s.347–353.
82. Azərbaycanın dinamik inkişafı: uğurlar və nailiyyəylər (2003–2019) //"Geostrategiya" jurnalı, № 04 (52) İyul-avqust, 2019, s. 13–20.
83. Devletlerin toprak bütünlüğü ve halklarin kendi kaderini tayin etme hakki ilkeleri açisindan Ermenistan’in Azerbaycan’a karşi arazi iddialari. // 5. Uluslararasi Sosyal Beşeri ve Eğitim Bilimleri Kongresi, İstanbul, 2019, s. 16–23.
84. Показатели динамического развития Азербайджана: успехи и достижения (2003–2019). //"Вопросы Истории" Москва, № 2, 2020, с.234–239
85. Azerbaijan’s dynamic development: successes and achievements (2003–2019). // Dilemas Contemporáneos: Educación, Política Y Valores, Year VII, Special Edition, Mexico, January-February 2020, p. 1–12.
86. Indicators of Azerbaijan’s dynamic development: successes and achievements. // //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. 2020, № 3 (71), s.121–128.
87. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik uğurlari. // "Qarabağ: zəfərə gedən yol" adlı XVII Beynəlxalq elmi simpoziumun materialları. İsveç. 2021, s.31–37.
88. Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi qələbəsi: hərbi-diplomatik və informasiya məkaninda uğurlar. // "Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2021, № 2 (74), s.135–146.
89. Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləti haqqinda Şuşa Bəyannaməsinin tarixi və siyasi əhəmiyyəti. // "Cənubi Qafqazda ərazi-sərhəd problemləri: Qars müqaviləsindən Şuşa bəyannaməsinə" mövzusunda Respublika elmi konfransının tezisləri. Bakı, 23 sentyabr 2021-ci il, s.21–23.
90. Şuşa — Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı. // "Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2021, № 4 (76), s.189–204.
91. Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsini şərtləndirən amillər və diplomatik uğurlari. // "Qarabağın tarixi: siyasi, iqtisadi, mədəni aspektlər"adlı Beynəlxalq elmi konfransın materialları. 17–18 mart, 2022-ci il, Sumqayıt. 2021, s.3–11.
92. Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan dövlət siyasəti. // "Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2023, № 2 (82), s.49–74. və s. 100-dən artıq elmi məqalə.[3][16][17][18][19]
Həmçinin bax
redaktə- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması " Ictimai Birliyi Arxivləşdirilib 2018-12-21 at the Wayback Machine
- http://dia.edu.az/az/content/190 Arxivləşdirilib 2019-07-19 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Professor Elçin Əhmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib". 1news.az (az.). 2023-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ ""ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı" kitabının təqdimatı keçirilib". video.azertag.az (az.). 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ 1 2 "Mətbuat Şurası professor Elçin Əhmədovu təltif edib". 1news.az (az.). 2023-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ "Zəfər Günü münasibətilə Romada "Azərbaycanın mədəniyyət paytaxtı Şuşa" adlı kitabın təqdimatı olub VİDEO". azertag.az (az.). 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ "Vandalismo armenio en el barrio de Seidli, en Shusha". azertag.az (ispan).
- ↑ "T23b89h22".
- ↑ "116. 1918-ci il mayın 29-da tarixi Azərbaycan torpaqlarında Ermənistan respublikası yaradılıb".
- ↑ "Восстановление территориальной целостности и доведение до мира правды о Карабахе – основной приоритет во внешней политике Азербайджана". azertag.az (rus). 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ "Şuşa. Azərbaycanın tarixi mədəniyyət paytaxtı" kitabı tacik dilində nəşr olunub". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ "İordaniyada Zəfər Günü münasibətilə tədbir və Şuşa haqqında kitabın təqdimatı keçirilib". azertag.az (az.).
- ↑ "Sofiyada kitab təqdimatı: Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı". azertag.az (az.).
- ↑ "Latviyada "Şuşa – Azərbaycanın incisi" kitabının təqdimatı olub". azertag.az (az.). 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ "Azərbaycanın incisi Şuşaya həsr olunmuş kitab Yunanıstanda çap edilib". azertag.az (az.).
- ↑ "Uydurma "erməni soyqırımı" iddiaları güclü Türkiyə dövlətinə qarşı siyasi təzyiq vasitəsidir". azertag.az (az.).
- ↑ "Ermənistanın beynəlxalq cinayətlərinin ən qanlı səhifəsi – Xocalı soyqırımı". azertag.az (az.).
- ↑ "Dövlət terrorizmi siyasəti yürüdən Ermənistanın insan haqlarından danışması absurddur". azertag.az (az.).
- ↑ "Şuşa Azərbaycanın şəhərsalma mədəniyyətinin parlaq incisi kimi bərpa edilir – Mehmandarovların malikanə kompleksi". azertag.az (az.).
- ↑ "Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı: Şuşa Bəyannaməsi və regional təhlükəsizlik". azertag.az (az.).
- ↑ "Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa ictimai-siyasi fikir, milli-ideoloji düşüncə mərkəzinə çevrilməkdədir". azertag.az (az.).