Elcin Agazade - Wikipedia
Elçin Ağazadə (30 avqust 1981, 26 Bakı Komissarı rayonu) — Azərbaycanlı rejissor, prodüser.
Elçin Ağazadə | |
---|---|
Elçin Fizuli oğlu Ağayev | |
Doğum tarixi | |
Doğum yeri | Səbail, Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
Təhsili | Tam orta |
Fəaliyyəti | rejissor, prodüser |
Fəaliyyət illəri | 2000-ci ildən |
Həyat və fəaliyyəti
redaktəElçin Fizuli oğlu Ağayev 30 avqust 1981-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərinin, Səbail rayonunda dünyaya gəlib.
1988-ci ildə Bakı şəhəri, Səbail rayonunda 190 saylı tam orta məktəbdə təhsil almağa başlamış, 1999-cu ildə Hüseyn Cavid adına 132 № t.o.m-də tam orta təhsilini bitirib.
2000–2015-ci illərdə ilk şəxsi fəaliyyətinə səs rejissoru kimi başlamış, 2015-ci ildən rejissor kimi fəaliyyətinə davam edir. Reklam, klip, sosial çarxlar və daha sonra isə sənədli filmlərin rejissorluğunu edib. Bir çox işlərdə prodüser kimi də fəaliyyət göstərmişdir.
Autizm sindromlu uşaqlara həsr etdiyi "Uğur böcəyi" qısametrajlı filmi ABŞ-nin Florida ştatında keçirilən "15 dəqiqə çərçivə" adlı Beynəlxalq Kino Festivalının "Ən yaxşı sosial film" nominasiyasında 1-ci yeri tutmuşdur.[1][2][3]
Quruluşçu rejissoru olduğu qısametrajlı "28" bədii-sənədli filmi 2021-ci ildə Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətləri İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, TRT, Anadolu Agentliyi və Boğaziçi Mədəniyyət-Sənət Fondunun təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspora Beynəlxalq Qısa Film Festivalında 120 ölkədən təqdim edilən 3123 film arasında münsiflər heyəti tərəfindən final mərhələsinə seçilən 24 filmdən biri kimi 27–29 avqust tarixlərində İstanbulun "Atlas" kinoteatrında nümayişi təşkil edilib.[4][5]
2022-ci ildə İran İslam Respublikasında keçirilən "Beynəlxalq Ərbəin Festivalı"nda rejissoru olduğu "Başqa Həyat" sənədli filmi ən yaxşı film nominasiyası üzrə qalib olmuşdur.[6]
2022-ci ilin 2 aprel – 2 may tarixlərində Ramazan ayı boyunca Xəzər TV-də yayımlanmış Hacı Şahin Həsənlinin qonaq olduğu "Ramazan sevinci" adlı verilişin[7] rejissoru olub.
2022-ci ildə 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında rejissoru olduğu "Səs" qısametrajlı bədii filmi festivalın Panorama bölməsində iştirak hüququ qazanmışdır.[8]
2023-cü ilin noyabr ayında 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında rejissoru olduğu "Problem yoxdur" sənədli filmi festivalın Panorama bölməsində iştirak hüququ qazanmışdır.[9]
Ağazadə 2024-cü ildə previzualizatoru olduğu və Xocalı soyqırımına həsr edilmiş “Kölgəsiz Adamlar” animasiya filminin tizerini paylaşaraq maddi problemlər səbəbilə bu layihənin yarımçıq qaldığını və tamamlamaq üçün sponsor və qrant axtarışında olduqlarını açıqlayıb.[10][11]
Ailəlidir, Məhəmməd və Əbəlfəzl adlı 2 oğlan övladı var.
Filmoqrafiya
redaktəRejissoru olduğu bədii və sənədli filmlər
- "Cənnət Ətri"[12] (2 hissə)
- "Zamana sığmayan Nəsimi"[13]
- "Başqa həyat"[14][15][16][17]
- "Klassik Ədəbiyyatımızda İmam Hüseyn (ə)” (4 hissə)
- "Səngərdə Azan"
- "Uğur böcəyi"[18][19][20]
- "28" filmi[4][21]
- "Boş yelləncək"[22][23][24]
- "A day with Rafa" (Azərbaycan çəkilişlərinin prodüseri və rejissoru)[25]
- "Səs" (qısametrajlı bədii film)
- "Gənclik" (sənədli film)
- "Problem yoxdur" (sənədli film)[26][27][28]
- "Qəhrəmanlıq salnaməsi: Elşən Səfərov zirvəsi" (sənədli film)
- Şəhid Əmir Kazımov haqqında "Gülərüz şəhid" sənədli filmi
- “İşığa doğru”[29]
- ”Hacı” — Hacı Şahin Həsənlinin əziz xatirəsinə həsr edilmiş bədii-sənədli film[30]
Rejissoru olduğu sosial çarxlar
- "Həyatını zəhərləmə"
- "Hər şey səndən başlayır"
- "Bibi Heybət"
- "Evdə qal"
- "Stop Armenian terror"[31][32][33]
- "Xalqın sevgisi"
- "1 İyun Beynəlxalq Uşaqlar Günü"
- "28 May"[34]
- "Xoş gəldin, Ramazan"[35][36][37]
- "Azərbaycan. Qusar. Laza"
- "Zəfər bayramı”
Prodüseri olduğu layihələr
- Qurani-Kərimin maariflənməsi üçün tanıtım çarxı
- Zamiq Hüseynov, "Duman" (klip)
- Murad Arif, "Oğlum" (klip)
- "Badi-Kubə", "Münacat" (klip)
- Orxan Muhəmmədi, "Lay-lay" albomu
- "Nəfəs"[38][39]
- "A day with Rafa" (Azərbaycan çəkilişlərinin prodüseri və rejissoru)[25]
- Şəhid Əmir Kazımov haqqında "Gülərüz şəhid" sənədli filmi
Rejissoru olduğu kliplər
- Samir Salam "O Мухаммад" , "Dahilərin Məhərrəmlik müsahibəsi"
- Seyyid Taleh Boradigahi, "Səslərəm Kərbubəla", "Qəlbimdə sənsən", "Abbas Abbas", "Əmirəl-möminin Heydər", "Əli mövla Əli", "Qarabağım mənim".
- Seyyid Peyman, "Ey insan", "Ya Rəsulallah", "Mənə də bax", "Ramazan", "Hüseyn can, mən ağlaram sənə"
- Hacı Zahir Mirzəvi, "Dolanım başına Əbəlfəzl", "Ya Zəhra", "Gözəl Allahım", "Ya Muhəmməd", "Can Əli (şəhid)"[40], "Qardaş" , "Şəhid balam"
- "Zəfər sədası"[41][42]
- Badi Kubə "Uşaq olmaq istəyirəm"
- Seyyid Faiq "Ey şəhid atası"
Rejissoru olduğu şeir səsləndirmə klipləri
- Xəzər Süleymanlı, "Sevgi" , "Sevgimizin şahidi dəniz" , "Kim üzmüş səni, Qadın ?" , "Gəl sağollaşaq" , "Kəndimiz hər gecə yuxuma girir"
- Ramil Hüseynov, "Həkim qardaşım"
- Ramiz Rövşən, "Vətən"
- Digər
- “Kölgəsiz Adamlar” (previzualizator)[43]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycanlı rejissorun ekran əsəri ABŞ-də uğur qazanıb". 2021-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ "Azərbaycanlı rejissorun işi ABŞ-də ən yaxşı film seçildi". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ "Rejissor Elmar Bayramovun filmləri iki nüfuzlu kino festivalının qalibi olub". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ 1 2 "28" filmi Türkiyədə Beynəlxalq Film Festivalında final mərhələsinə seçilib Arxivləşdirilib 2022-11-17 at the Wayback Machine; archive
- ↑ ""28" filmi Türkiyədə Beynəlxalq Film Festivalında final mərhələsinə seçilib". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.
- ↑ "İran Beynəlxalq Film Festivalının qalibi azərbaycanlı oldu". 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
- ↑ "Ramazan sevinci" Xəzər TV-
- ↑ "Panorama - Müsabiqədənkənar nümayiş". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
- ↑ "PANORAMA – Müsabiqədənkənar nümayiş". filmfestival.az (az.). 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-26.
- ↑ Yaşar, Habil. "Xocalı qurbanlarına həsr olunmuş animasiya filmi yarımçıq qaldı - Elçin Ağazadədən çağırış". edebiyyatveincesenet.az (az.). 2024-10-25. İstifadə tarixi: 2024-10-26.
- ↑ "Xocalı qurbanlarına həsr olumuş animasiya filmi yarımçıq qaldı - Elçin Ağazadədən çağırış - video". sitat.info (ingilis). İstifadə tarixi: 2024-10-26.
- ↑ "Şəhidlərimizə həsr olunmuş "Cənnət ətri" filmi işıq üzü gördü". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ "Nəsimilə bağlı Sosial Şəbəkədə yeni VİDEO paylaşıldı". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ ""Başqa həyat" adlı sənədli filmin təqdimatı olub". 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-19.
- ↑ ""Başqa həyat" adlı filmin təqdimatı oldu - Foto". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-19.
- ↑ ""Başqa həyat" təqdim olundu - VİDEO". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-19.
- ↑ ""Başqa həyat" sənədli filminin təqdimatı olub". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-19.
- ↑ "Azərbaycanlı rejissorların filmi Amerikada qalib oldu - FOTO - VİDEO". 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
- ↑ Azərbaycanlı rejissorun ekran əsəri ABŞ-də uğur qazanıb [ölü keçid]
- ↑ "Elçin Ağazadənin filmi Amerikada böyük uğura imza atıb". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ ""28" filminin kamera arxası bəzi anları". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-12.
- ↑ ""Boş yelləncək" sənədli filminin təqdimatı keçirilib". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- ↑ ""Boş yelləncək" sənədli filminin təqdimatı baş tutub". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- ↑ "Sənədli film - "Boş Yelləncək" (Azərbaycan dilində)". 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- ↑ 1 2 "A day with Rafa / Documentary Film / Official Trailer / 2021". 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- ↑ ""Problem yoxdur" sənədli filminin təqdimatı olub". Azərtac. 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-31.
- ↑ ""Problem yoxdur" sənədli filmi Sumqayıtda təqdim edilib". Report İnformasiya Agentliyi (az.). 2024-09-07. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-26.
- ↑ "Elçin Ağazadənin ekranlaşdırdığı "Problem yoxdur" sənədli filminin təqdimatı - FOTOLAR". -Yeni Sabah- (az.). 2024-08-05. İstifadə tarixi: 2024-10-26.[ölü keçid]
- ↑ "Hacı Şahin haqqında film çəkildi - VİDEO". olke.az. 2024-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-31.
- ↑ "Dedi ki, ona sən baxarsan - Oğlu Hacı Şahinlə son anlarından danışdı - VİDEO". olke.az. 2024-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-31.
- ↑ "Gəncə və Bərdə hadisələri haqqında film çəkilir - FOTOLAR". 2021-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ "İkinci Qarabağ müharibəsi rejissor Elçin Ağazadənin gözü ilə - FOTO - VİDEO". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ "Gəncə və Bərdə hadisələrindən film çəkilir". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ "Elçin Ağazadə, Pəri Miniatur – Cümhuriyyət gününə ərməğan". 2021-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ ""Xoş gəldin, Ramazan" adlı klip təqdim olunub-VİDEO". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ ""Xoş gəldin, Ramazan" klipi izlənmə rekordu qırır". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ "Məşhur rejissor Ramazan ayı barədə mahnıya klip çəkir". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ Müharibə əsirlərinə film ithaf olunub
- ↑ "ABŞ-də yaşayan azərbaycanlı mühariəbədə əsir düşənlərlə bağlı film çəkib". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ Ədiloğlu, Nurəddin. Şəhidlik Manifesti (PDF) (az.). Bakı: “CBS-PP”. 2021. səh. 213. ISBN 978-9952-414-07-3. 2024-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-31.
- ↑ ""Şəhid övladlarının zəfər sədası" adlı klip". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- ↑ ""Şəhid övladlarının zəfər sədası" adlı klip kompozisiyasının təqdimatı oldu". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- ↑ "Xocalı qurbanlarına həsr olumuş animasiya filmi yarımçıq qaldı – Elçin Ağazadədən ÇAĞIRIŞ". azpresstimes.info (ingilis). İstifadə tarixi: 2024-10-26.
Xarici keçidlər
redaktə- Elçin Ağazadə — Facebook səhifəsi
- Elçin Ağazadə — Instagram səhifəsi
- Elçin Ağazadə kanalı — YouTube platformasında
- Azərbaycanlı rejissorların ekran əsəri ABŞ-da uğur qazanıb
- Rekord qıran Ramazan klipi — VİDEO — FOTO
- Elşən Mustafaoğlu ilə bağlı Prezidentə müraciət olundu [ölü keçid]