Elsen Zeynalli - Wikipedia
Elşən Zeynallı (19 yanvar 1975, Sumqayıt) — kinorejissor, ssenarist.[1]
Elşən Zeynallı | |
---|---|
Doğum adı | Elşən Zeynalov |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor, rejissor |
Təhsili |
Həyatı
redaktəElşən Zeynallı 1975-ci ildə dünyaya gəlib. 1992-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Bədii kino və televiziya filmləri rejissorluğu ixtisası üzrə xalq artisti Eldar Quliyevin yaradıcılıq emalatxanasında təhsil alıb. Təhsil müddətində bir neçə tələbə-tədris filmlərinin yaradıcısı olub. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti vəzifəsində çalışıb. 1998-ci ildə həqiqi hərbi xidmətdə olub. 1999-cu ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor kimi çalışıb. Bir sıra dövlət sifarişi ilə çəkilən filmlərin yaradıcısı olub.
Şuşa Musiqili Dövlət Dram Teatrında Elçinin "Cəhənnəm sakinləri" pyesinin quruluşçu rejissoru olub. Ssenari müəllifi və rejissoru olduğu "Şuşasız" adlı tamaşanı hazırlayıb. "İpək yolu", "Vicdan susanda", "Bu çayın suyu lilli", "Ölüləri qəbiristanlıqda basdırın", "O gecənin səhəri", "Bu belə olmuşdur", "Kənddə bədən tərbiyyəsi" kimi bədii filmlərin ssenari müəllifidir. Respublika Gənclər mükafatının laureatıdır. Hazırda Azərbaycanda "Televiziya filmlərinin struktur problemi", "Azərbaycan televiziya kinosunun gələcək inkişaf perespektivləri" adlı kitabların üzərində işləyir. Peşə və ixtisas yönümü üzrə fərdi ustad-dərsləri keçirir. Bir çox tələbə-dinləyiciləri ADMİU-nun məzunudur. Kinematoqrafçılar İttifaqının, Azərbaycan Peşəkar Kinorejissorlar Gildiysının üzvüdür. 2011-ci ildən ATV İnternational kanalının "Televiziya Filmləri Studiyası"nda kinorejissor kimi fəaliyyətini davam etdirib.2013-cü ildən CİBC Telekanalının "Televiziya Filmləri Studiyası"nda kinorejissor kimi çalışıb. Hal-hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissorudu. Evlidir, 2 övladı var.
Filmoqrafiya
redaktə- Vokal (film, 2000)
- Qədim hamamlar (film, 2001)
- Zülfü ocağı (film, 2002)
- Şəkidə toy (film, 2002)
- Nehrəmli qız (film, 2002)
- Ağ rəngin musiqisi (film, 2003)
- Oxuyan ürəkdir (film, 2003)
- Naxçıvan muzeyləri (film, 2003)
- Tərəkəmə (film, 2003)
- Mariya (film, 2004)
- Xalqım mənim-H. Əliyev (film, 2004)
- Qayıdış xalçası (film, 2004)
- Ömür qatarı (film, 2004)
- İsmayıl bəy Qutqaşınlı (film, 2004)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Ozan (film, 2005)
- Şair haqqında ballada. Tofiq Bayram (film, 2005)
- Sarıbaş (film, 2006)
- Saz haqqı (film, 2006)
- Çingiz Sadıqov (film, 2006)
- Zərif nəfəs (film, 2007)
- Şamaxı abidələri (film, 2007)
- Əziz Əliyev-olduğu kimi (film, 2007)
- Mən kiməm? Fikrət Qoca (film, 2007)
- Onlarla birlikdə (film, 2008)
- Ərkivan (film, 2008)
- Axıska türkləri (film, 2008)
- Aran nağılı (film, 2009)
- Bir şəhərin tarixçəsi (film, 2009)
- İngiloylar (film, 2009)
- Bir ömrün salnaməsi (film, 2010)
- Korrupsiyaya qarşı hamılıqla mübarizə (film, 2011)
- Halay (film, 2011)
- Balaban (film, 2011)
- Fransız qadının gündəliyi (film, 2011)
- Növbəti stansiya (film, 2011)
- Şəki olduğu kimi (film, 2011)
- Çildağ (film, 2011)
- Meşə sakini (film, 2011)
- Günəşin batdığı yer (film, 2012)
- Martın son günü 1918 (film, 2012) I hissə
- Martın son günü 1918 (film, 2012) II hissə
- Naftalan möcüzəsi (film, 2012)
- Abşeron incisi (film, 2012)
- Çayın nağılı (film, 2012)
- Didərgin atlar (film, 2012) ATV İnternational
- Diribaba (film, 2012) ATV İnternational
- İvanovka (film, 2012) CBCfilm
- Ömrün anları… Heydər Əliyev (film, 2012) CBCfilm
- Bir bayraq altında (film, 2012) CBCfilm
- İvanovkada bir gün (film, 2013) CBCfilm
- Вспоминая его… Г.А,Алиев (film, 2013) CBCfilm
- Площадь Национальной Гордости (film, 2013) CBCfilm
- Бакинский Бульвар (film, 2013) CBCfilm
- 10 ilin salnaməsi-SOCAR (film, 2013) CBCfilm
- Quba nağılı, Çiçi naxışı (film, 2013) CBCfilm
- QUBA ETÜDLƏRİ (film, 2013) CBCfilm
- Torpaq uğrunda ölən varsa Vətəndir (film, 2014)
- Milli teatr (film, 2015)
- Soyuq günəş (film, 2020)
İstinadlar
redaktə- ↑ Zeynallı, E. "Kino incəsənətin ən kütləvisidir": Elşən Zeynallı: "Çox təəssüf ki, bu gün çəkilən əksər televiziya filmlərinin heç bir ictimai fikir yükü yoxdur": [kinorejissorla müsahibə] /müsahibəni apardı Xəyalə Günəş //Palitra.- 2014.- 4 aprel.- S.13.