Elsad Iskenderov - Wikipedia
Elşad İskəndərov (21 may 1972, Bakı) — Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri[1]; Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri[2]; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2012[3]-2014[4])
Elşad İskəndərov | |
---|---|
31 may 2012 – 2 may 2014 | |
Əvvəlki | Hidayət Orucov |
Sonrakı | Mübariz Qurbanlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 may 1972 (52 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktə21 may 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri 8 saylı orta məktəbi qızıl medal ilə bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2004-cü illərdə ABŞ-nin Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili almışdır.
Ailəsi
redaktəAiləlidir, 3 övladı — Hüseyn və Əli adlı oğlu, Leyla adlı qızı var[5].
Karyerası
redaktə1993–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Tarix" qəzetinin redaktoru vəzifəsini icra etmişdir.
1999-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır.
2000–2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışmışdır.
2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilmişdir.
2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışmışdır.
2009-cu ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Elşad İskəndərova Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir[2].
31 may 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir və 2 may 2014-cü ilədək bu vəzifədə çalışmışdır[3].
11 oktyabr 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri vəzifəsinə seçilmiş[1], 2018-ci ilin oktyabrında səlahiyyət müddəti başa çatmışdır[6]. Həmin vaxtdan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsində çalışır[6].
İctimai-siyasi fəaliyyəti
redaktə1995-ci ildə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təsisçilərindən olmuşdur. Sonrakı illərdə Milli Şuranın sədr müavini olmuşdur.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçildi. Arxivləşdirilib 2014-10-12 at the Wayback Machine trend.az, 11.10.2014. (az.)
- ↑ 1 2 Azərbaycan Respublikası Prezidentinin "E. H. İsgəndərova Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik rütbəsi verilməsi haqqında" 5 mart 2009-cu il tarixli, 193 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2013-12-02 at the Wayback Machine (az.)
- ↑ 1 2 E. H. İskəndərovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az Arxivləşdirilib 2012-08-05 at the Wayback Machine (az.)
- ↑ E. H. İskəndərovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az Arxivləşdirilib 2021-04-16 at the Wayback Machine (az.)
- ↑ Elşad İskəndərov haqqında icyf-dc.org Arxivləşdirilib 2014-05-23 at the Wayback Machine
- ↑ 1 2 Elşad İskəndərov XİN-in Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunub Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine. report.az, 04.12.2018 (az.)