Elsad Ersadoglu - Wikipedia
Elşad Ərşadoğlu - ELsevƏR (Elşad Ərşad oğlu Əliyev; 29 iyul 1986, Yağlıvənd, Füzuli rayonu) — Azərbaycan şairi, kino ssenaristi, rejissoru, və redaktoru[1]. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü.
Elşad Ərşadoğlu | |
---|---|
Elşad Ərşad oğlu Əliyev | |
Digər adı | ELsevƏR |
Doğum tarixi | |
Doğum yeri | Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR |
Fəaliyyəti | şair, ssenarist, rejissor, redaktor |
Fəaliyyət illəri | 1998-ci ildən |
Təhsili | filoloq |
İstiqamət | ədəbiyyat, kino |
Mükafatları |
Həyatı
redaktəElşad Ərşadoğlu 29 iyul 1986-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub.[2][3] Orta məktəbi 1993-cü ildən məcburi köçkün kimi məskunlaşdığı İsmayıllı rayonunun Quşencə (Zoğallıq) kəndində bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 2004–2008-ci illərdə bakalavr[3], 2009–2011-ci illərdə magistr təhsili alıb.[2] 2008–2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1998-ci ildə bədii yaradıcılığa başlamış, 2002-ci ildə "İnam yolu" qəzetində ilk şeiri çap olunduğu vaxtdan "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat", "525-ci qəzet", "Ədalət" və digər qəzet, jurnal və almanaxlarda, ədəbiyyat internet portallarında şeirləri ilə müntəzəm şəkildə çıxış edir.[3][4] Şeirləri italyan[5], rus, özbək dillərinə və Türkiyə türkcəsinə tərcümə olunaraq İtaliyada, Rusiyada, Özbəkistanda və Türkiyədə çap olunub.
Bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuş, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid kimi klassiklərin yaradıcılığı haqqında yazdığı məqalələri müxtəlif elmi jurnallarda nəşr olunmuşdur.
2008–2010-cu illərdə M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərmiş, Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən yaradılan Gənc Ədiblər Məktəbinin məzunu olunmuşdur.[3]
2014-cü ildən eyni zamanda kino yaradıcılığı ilə də məşğuldur, 9 bədii, sənədli və animasiya filmində, "Mozalan" kinojurnalının 4 nömrəsində redaktor, ssenari müəllifi və rejissor kimi fəaliyyət göstərib.
Ssenari müəllifi və quruluşçu rejissoru olduğu[6] "Açar" qısametrajlı bədii filmi "Oskar" və BAFTA-ya birbaşa vəsiqə qazandıran nüfuzlu beynəlxalq kino festivallarında[7], o cümlədən Niderland[8][9], Böyük Britaniya[10], Fransa[11][12], İtaliya, Bolqarıstan, İsveç[13], Rumıniya, Şimali Makedoniya, Türkiyə[14], Hindistan[15] kimi ölkələrdə keçirilən 20-dən artıq festivalda iştirak edərək, müxtəlif mükafatlara layiq görülüb. “Oscar” və “Emmi” mükafatlı prodüser Colin Laviolanın rəhbərlik etdiyi, ABŞ-nin qısametrajlı filmlərin distribusiyası üzrə ixtisaslaşmış nüfuzlu "7 Palms Entertainment" şirkəti tərəfindən 2023-cü ildə “Açar” filminin beynəlxalq yayım hüquqları alınıb. İlk dəfə ABŞ şirkəti tərəfindən Azərbaycan filminin distribusiyası həyata keçirilərək “Bolt+” (İngiltərə), “rlaxx TV” (Almaniya), “VlDAA SA” (Niderland), “Weyyak TV” (BƏƏ) kimi məşhur onlayn televiziyalara filmin yayımı ilə əlaqədar lisenziyalar verilib.
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü[3], 2014-cü ildən isə Birliyin İdarə Heyətinin üzvüdür. 2014–2019-cu illərdə Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri olmuşdur.[3][16][17][18] 2012-ci ildən Mədəniyyət Nazirliyində çalışır.[2][19][20]
Mükafatları
redaktə- 2011 — Azərbaycan Respublikası Prezidentinin təqaüdü[3]
- 2013 — Gənclər və İdman Nazirliyinin "Gənclər Mükafatı" (ədəbiyyat sahəsindəki xidmətlərinə görə)[3]
- 2023 — "Dövlət qulluğunda fərqlənməyə görə" medalı[21]
Kitabları
redaktəFilmoqrafiya
redaktə- Qafqaza qayıdış (film, 2013) — redaktor
- Gəlin, birgə öyrənək. Rənglər (film, 2014) — mahnı mətninin müəllifi
- Xəlvətdə qalmış müdrik (film, 2014) — redaktor[25]
- Qara bağ (film, 2015) — redaktor
- Gəlin, birgə öyrənək. Rəqəmlər (film, 2015) — mahnı mətninin müəllifi
- Növbə (Mozalan № 196, 2016) — ssenari müəllifi
- Taksi (Mozalan № 196, 2016) — ssenari müəllifi
- Gediş haqqı (Mozalan № 197, 2016) — ssenari müəllifi
- Evin yıxılsın, MMC (Mozalan № 197, 2016) — ssenari müəllifi
- Avtoportret (film, 2017) — kadrarxası mətnin müəllifi
- Canavar ovu (film, 2017) — redaktor[2]
- Dönüş (film, 2018) — ssenari müəllifi[2]
- Soraq (film, 2019) — ssenari müəllifi[2]
- Açar (film, 2022) — rejissor, ssenari müəllifi[26]
- İşığa doğru (film, 2024) — rejissor, ssenari müəllifi[27]
İstinadlar
redaktə- ↑ Fariz Hüseynov. ""Sənətkarlıq paytaxtı"nda ədəbiyyat axşamı" (az.). "Mədəniyyət" qəzeti. 22.10.2014. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ 1 2 3 4 5 6 Nəriman Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. 4 cilddə. IV cild. Bakı: Qanun, 2020 — səh. 700.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Sevinc Mürvətqızı. "Özümü şeirdə daha yaxşı ifadə edə bilirəm" (az.). Azərbaycan Milli Kitabxanası. 15.03.2014. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. "Əliyev Elşad Ərşad oğlu" (az.). Gənclər və İdman Nazirliyi. 23.10.2013. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ XC. "Azərbaycan şairləri italyan dilində" (az.). Xalqcebhesi.az. 13.02.2014. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Lalə. "İşğal altında qalmış evin "Açar"ı" (az.). "Mədəniyyət" qəzeti. 06.09.2019. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. ""Açar" bədii filmi Şimali İrlandiyada beynəlxalq festivalda iştirak edəcək" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 19.10.2022. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ "Rakurs" rüblük informasiya bülleteni. 2022, № 1 (yanvar-mart). Bakı: AKİ, 2022 — səh. 35.
- ↑ Ədəbiyyat və incəsənət. ""Açar" bədii filmi Niderlandda beynəlxalq festivalda ölkəmizi təmsil edəcək" (az.). Ədəbiyyat və incəsənət. 15.03.2022. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ "Rakurs" rüblük informasiya bülleteni. 2022, № 4 (oktyabr-dekabr). Bakı: AKİ, 2022 — səh. 58.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. ""Açar" bədii filmi Fransada beynəlxalq festivalda iştirak edəcək" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 11.10.2022. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Mədəniyyət TV. ""Açar" filmi beynəlxalq festivalda" (az.). Youtube.com. 14.10.2022. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
- ↑ "Rakurs" rüblük informasiya bülleteni. 2022, № 3 (iyul-sentyabr). Bakı: AKİ, 2022 — səh. 50.
- ↑ "İki sahil" qəzeti. "Azərbaycan X Beynəlxalq İpəkyolu Festivalında 2 filmlə iştirak edəcək" (az.). İki sahil. 15.11.2022. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ "Rakurs" rüblük informasiya bülleteni. 2022, № 2 (aprel-iyun). Bakı: AKİ, 2022 — səh. 56.
- ↑ AzərTAc. "Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilmişdir" (az.). AzərTAc. 31.03.2014. 2015-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Azərbaycan Milli Kitabxanası. "Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin "Gəncliyin səsi" festivalı çərçivəsində tədbir keçirilmişdir" (az.). Azərbaycan Milli Kitabxanası. 03.02.2018. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Yeni Azərbaycan Partiyası. "Bakıda Azərbaycan yazıçılarının XII qurultayı keçirilib" (az.). Yeni Azərbaycan Partiyası. 18.06.2014. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Avanqard.net. "Elşad Ərşadoğlu: "Müsabiqələri ayrı-ayrılıqda yox, bir yerdə elan etməyi qərara aldıq"" (az.). Avanqard. 19.03.2019. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Kulis.az. "Nazirlik kino müsabiqəsinin şərtlərini niyə dəyişdi?" (az.). Kulis.az. 19.03.2019. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ President.Az. "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 22.06.2023. 2023-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ 1 2 Sevinc Mürvətqızı. "Elşad Ərşadoğludan "Eşqə doğru"" (az.). Azərbaycan Milli Kitabxanası. 22.11.2014. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Kulis.az. "Gənc şairdən yeni kitab "EŞQƏ DOĞRU"" (az.). Kulis.az. 14.11.2014. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Axar.az. "Gənc şairdən yeni kitab" (az.). Axar.az. 15.11.2014. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ Axar.az. "Xəlvətdə qalmış müdrik səhnəyə çıxır" (az.). Axar.az. 11.10.2014. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
- ↑ AzərTAc. ""Açar" filminin tizeri təqdim olunub" (az.). AzərTAc. 03.06.2020. İstifadə tarixi: 2024-04-04.
- ↑ https://azertag.az/xeber/isiga_dogru_senedli_filminin_chekilisleri_tamamlanib-3116734. "azertaj.az". 2024-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.