Elbit Hermes 900 - Wikipedia
Elbit Hermes 900 - Wikipedia - Haqqında Məlumat
Hermes 900 orta hündürlükdə uçuş həyata keçirən, uzun müddətli dözümlülüyə sahib İsrail istehsalı orta ölçülü taktiki pilotsuz uçuş aparatıdır. 9100 metr yüksəklikdə 36 saat ərzində fasiləsiz uçuş həyata keçirə bilən bu pilotsuz uçuş aparatı (PUA) əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. Qanadlarının açıqlığı 15 metr, ağırlığı 970 kq olan bu PUA 300 kq faydalı yük götürmə qabiliyyətinə sahibdir.[3] Hermes 900-ün faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir.[4]
Hermes 900 | |
---|---|
Tipi | Pilotsuz uçuş aparatı |
Hazırlayan | Elbit Systems |
İstehsalçı | Elbit Systems |
İlk uçuş | 9 dekabr 2009-cu il[1] |
İstismara verilmə tarixi | 2012[2] |
Status | İstismarı davam edir |
İstismarçılar | İsrail |
Baza modeli | Elbit Hermes 450 |
Vikianbarda əlaqəli mediafayllar |
İstifadəçilər
redaktə- Dövlət Sərhəd Xidmətinin 2017-ci ilin avqust ayında Xəzər dənizində həyata keçirdiyi genişmiqyaslı təlimlər zamanı istifadə olunmuşdur.[4][5][6]
- İsrailin Elbit Systems şirkəti ilə imzalanan müqaviləyə əsasən Hermes 900 pilotsuz uçuş aparatları Braziliya Hərbi Hava Qüvvələrinə təhvil verilməlidir.[7]
- 2011-ci ilin iyul ayında Elbit şirkəti Hermes 900 PUA-larının ilk dəfə olaraq xarici ölkəyə ixracını həyata keçirmişdir və bu ölkə Çili olmuşdur. Çili Hərbi Hava Qüvvələrinin üç Hermes 900 istifadə etdiyi bildirilir. 2013-cü ilin oktyabrında Çili HDQ öz dəniz sularının mühafizəsi məqsədilə bu PUA-dan sifariş vermişdir.[8]
- Hermes 900 PUA-larının Kolumbiyaya satışı ilə əlaqədar müqavilə 2012-ci ilin avqust ayında imzalanmışdır. 2013-cü ilin iyul ayında isə Kolumbiya HHQ rəsmiləri İsraildən bir ədəd Hermes 900 sifariş verdiklərini təsdiqləmişdir.[9]
- İsrail HHQ Hermes 900-lərdən ilk dəfə 2014-cü ilin iyul ayında Qəzzada "Qoruyucu Sərhəd" əməliyyatı zamanı istifadə etmişdir.[10]
- 2012-ci ilin yanvar ayında Elbit şirkəti 50 milyon dollar həcmində imzalanan müqavilə qarşılığında adı açıqlanmayan müştəriyə iki ədəd Hermes 900 satdığını bildirmiş və sonradan bu müştərinin Meksika Federal Polisi olduğunu açıqlamışdır.[11]
- 2019-cu ilə qədər İsveçrə Silahlı Qüvvələrinin istifadəsində olan 15 ədəd RUAG Ranger pilotsuz uçuş aparatı 6 ədəd Hermes 900 ilə əvəz ediləcək.[12] İsveçrənin bu PUA-ları ADS 15 adı altında istifadə edəcəyi gözlənilir.
Texniki məlumatlar
redaktəİstinadlar:[1]
- Yükgötürmə qabiliyyəti: 350 kq
- Uzunluğu: 8.3 m
- Qanad uzunluğu: 15m
- Boş çəkisi: 1100 kq
- Yük ilə birlikdə qalxma ağırlığı: 7560 kq
- Motor: 1 ədəd Rotax 914
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş surət". 2017-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ Nissan, Yosi. חוזה לאלביט מערכות עם משרד הביטחון בהיקף 50 מיליון דולר (Hebrew). Globes. 5 fevral 2010. 16 avqust 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2017.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2017-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
- ↑ "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ "Arxivlənmiş surət". 2017-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ "Arxivlənmiş surət". 2016-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ "Arxivlənmiş surət". 2015-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ "Arxivlənmiş surət". 2014-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ↑ "Elbit's Mystery Sale to Latin America". Aviation Week. March 13, 2012. March 21, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2017. (#first_missing_last)
- ↑ "Arxivlənmiş surət". 2017-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
Xarici keçidlər
redaktəVikianbarda Elbit Hermes 900 ilə əlaqəli mediafayllar var.
- [1]
- Hermes 900 Brochure Arxivləşdirilib 2012-04-02 at the Wayback Machine
- Hermes 900, Israeli-weapons.com
- Hermes 900 MALE Tactical UAV System Arxivləşdirilib 2010-05-29 at the Wayback Machine, Defense Update