Eldar Sahbazov - Wikipedia
Eldar Sahbazov - Wikipedia - Haqqında Məlumat
Eldar Qəşəm oğlu Şahbazov (29 yanvar 1948) — texnika üzrə elmlər doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu Laboratoriya rəhbəri.[1][2][3]
Eldar Şahbazov | |
---|---|
Eldar Həşəm oğlu Şahbazov | |
Doğum tarixi | |
Doğum yeri | Zəngəbasar, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Fariza Şahbazova |
Atası | Qəşəm Şahbazov |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | texnika üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA İdarəetmə Sistemləri İnstitutu |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu, (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) |
Həyatı
redaktəŞahbazov Eldar Həşəm oğlu, 29 yanvar 1948-ci ildə Azərbaycan Respublikasının Zəngəbasar anadan olmuşdur.
Namizədlik (PhD) dissertasiyasının mövzusu: - 05.04.07 – "Neft və qaz sənayesinin maşın və aqreqatları", "Режимы технического обслуживания и ремонта подъемных установок для текущего и капитального ремонта нефтяных и газовых скважин".
Doktorluq dissertasiyasının mövzusu: 05.04.07 – "Neft və qaz sənayesinin maşın və aqreqatları", "Səyyar neft-mədən qurğularının etibarlığın artırılmasının elmi əsasları və təcrübi metodların işlənməsi".
Əmək və elmi fəaliyyəti
redaktəElmi əsərlərin sayı
redaktə- Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 145
- Xaricdə çıxmış elmi əsərlərinin sayı: 10
- Respublikada çıxmış elmi əsərlərinin sayı: 82
- Konfrans məruzələri və tezislər sayı: 14
- Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 15
Əsas elmi nailiyyətləri
redaktə- Küylə qarışıq siqnalların robast korrelyasiya və spektral analizi nəzəriyyəsi və texnologiyaları.
- Stasionarlıq, normal paylanma qanunu və başqa klassik şərtlər ödənməyən stoxastik proseslər üçün identifikasiyanın və diaqnostikanın adekvatlığını təmin etməyə imkan verən informasiya texnologiyaları.
- AZƏRTAC xəbər verir ki, yeni əsrin başlanğıcında elmin son nailiyyəti kimi nanoelmin inkişafı və nanotexnologiyaların yaradılması, bununla təbiətə, məişətə və istehsalata tətbiqi sahəsindəki xidmətlərə görə bir qrup rus alimi, Azərbaycan Dövlət Neft Şirkətinin layihə müəllifləri və MDB ölkələrində təhsil sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Fond YUNESKO-nun yüksək mükafatına - medala və diploma layiq görülmüşlər. Noyabrın 18-də YUNESKO-nun əsas mənzil iqamətgahında mükafat və diplomların təqdimatı ilə bağlı mərasim keçirilmişdir. Mərasimi YUNESKO-nun İcraiyyə Şurasının sədri, Rusiya Federasiyasının qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Mitrofanova açaraq nanoelmin inkişafını dünya elminin son nailiyyətlərindən biri kimi dəyərləndirmiş, bu sahədəki alimlərin xidmətlərini yüksək qiymətləndirmişdir. YUNESKO-nun baş direktoru İrina Bokova nanoelmin inkişafındakı xidmətlərinə görə Rusiyanın 7 aliminə, Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) qurumun yüksək mükafatını və diplomlarını təqdim etmişdir. Mükafata layiq görülmüş bir qrup alim onların əməyinə verilən yüksək qiymətə görə öz təşəkkürlərini bildirmişlər. Onlar qeyd etmişlər ki, XX əsr təkcə atom və molekul əsri idisə, XXl əsr çox sürətlə inkişaf edən nanoəsrə çevrilmişdir. Bu elm sahəsi bəşəriyyəti həddindən artıq zənginləşdirməyə və yeni-yeni möcüzələr yaratmağa istiqamətlənmiş bir elmə çevrilmişdir. Bu gün nanotexnologiya təbiətdə, təbabətdə, ekologiyada, biologiyada, kibernetikada, kosmos sahəsində və nəhayət neft sənayesində möcüzələr yaradır və həyatın dinamik inkişafında mühüm rol oynayır. Mərasimdə ARDNŞ-i təmsil etmiş qurumun birinci vitse- prezidentinin müşaviri professor Eldar Şahbazov AZƏRTAC-a verdiyi müsahibəsində demişdir: Şirkətimiz mötəbər beynəlxlaq təşkilatın “ Nanoelm və nanotexnologiyaların inkişafı” medalı və diplomu ilə təltif olunmuşdur. Sevindirici haldır ki, YUNESKO-nun laureatları adına layiq görülmüş layihə müəllifləri Azad Mirzəcanzadə (ölümündən sonra), Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə, Eldar Şahbazov, Rəhman Qurbanov, Səbuhi Əhmədov, Elçin Kazımov, Şəbiyar Şəfiyev və Nazim Hacızadə təşkilatın medal və diplomunu almışlar. Yüksək mükafata layiq görülmüş iş barədə qısa məlumat verməyi məqsədəuyğun hesab edirəm. ARDNŞ-in alim və mütəxəssisləri 2004-cü ildən başlayaraq şirkətin laboratoriya və istehsal sahələrində “çox kiçik konsentrasiyalar” əsasında nanotexnologiyaların işlənməsi, sınaqdan keçirilməsi və tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər. Bu gün yüksək texnologiyalar silsiləsindən olan nanotexnologiyaların tətbiqi köhnə, xüsusilə də işlənməsinin son mərhələsində olan yataqlarda, orta və kiçik debitli sulaşmış quyularda neft hasilatının artırılması, neftin çıxarılmasına tələb olunan elektrik enerjisinin sərfinin və çıxarılan mayedə suyun miqdarının azaldılmasına səbəb olmuşdur. Qazma sahəsində dünya təcrübəsində ilk dəfə olaraq “ Nanoneft”, “Nanobitum”, “Nanoqudron” və “Nanomay” nanosistemlərin tətbiqinin elmi əsasları işlənmiş, anomal yüksək və anomal alçaq təzyiqlər şəraitində bu sistemlər vasitəsilə quyuların mürəkkəbləşmələrə yol verilmədən qazılmasına, qazma texnologiyasında həm elmi, həm də praktiki baxımdan unikal nəticələrin alınmasına imkan vermişdir. İstifadə olunan kimyəvi reagentlərin həcmi azalmış, məhsuldar qatların çirklənməsinin qarşısı alınmış, qazmadan sonra quyuların mənimsəmə dövrü qısalmışdır. İlk dəfə işlənmiş bu nanotexnologiyalar və nanosistemlər müvafiq patentlərlə müdafiə olunmuşdur. Hazırda yaranmış ekoloji problemlərin-neftlə çirklənmiş ərazilərin təmizlənməsi və rekultivasiyası, hasilat zamanı neftlə birgə çıxarılan lay sularının utilizasiya edilməsini təmin etmək məqsədilə nanotexnologiyaların əsasları hazırlanır. Nanotexnologiyaların geniş tətbiq edildiyi sahələrdən biri də neft kimyasıdır. Hazırda neftçıxarma, qazma və nəql proseslərində istifadə üçün nanotəsir nəticəsində alınmış müxtəlif kimyəvi reagentlərin işlənməsi həyata keçirilməkdədir. 2010-cu il oktyabrında Moskvada keçirilən “Nanotechoilqas-2010” ll Beynəlxlaq elmi-texniki konfransda bu istiqamətdə Azərbaycanda əldə olunmuş nəticələr haqqında ARDNŞ-in əməkdaşları professor E.Şahbazov, N.Hacızadə və E.Kazımov çıxış etmişlər. Konfransın təşkilat komitəsinin təklifi ilə Azərbaycanda neft-qazçıxarma sahəsində nanotexnologiyaların işlənməsi və tətbiqinə dair işləmələr YUNESKO-nun “Nanoelm və nanotexnologiyalar” beynəlxlaq ensiklopediyasına daxil edilmişdir.
Əsas elmi əsərlərinin adları
redaktə- "Система диагностики и управления штагновых глубинно-насосных установок нефтяных скважин с использованием робастной noise-технологии". Мехатроника, автомати-зция, управление, М., №10, т.16, 2015, с. 686-698
Elmi qurumlarda üzvlüyü
redaktə- Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü.
- Respublika Veteranlar şurasının bürosunun üzvü.
- Respublika Ağsaqqallar şurasının üzvü.
Pedaqoji fəaliyyəti
redaktə- Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının müdiri.
Mükafatları
redaktə- 2010-ci ildə UNESCO mükafatı laureatı (sertifikat 0084).
- 2009-cu ildə Azərbaycan Respublikasının "Tərəqqi medalı" ilə təltif olunub.
- 2009-cu ildə Əməkdar elm xadimi.
Nəşrlər
redaktəMəgаlələr
redaktəMonografiyalar
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "http://www.isi.az İdarəetmə Sistemləri İnstitutu/Şahbazov Eldar Həşəm oğlu". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ "http://www.science.gov.az/ AMEA/İdarəetmə Sistemləri İnstitutu elmlər doktorları/Şahbazov Eldar Həşəm oğlu". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ "http://www.science.gov.az/ AMEA/İdarəetmə Sistemləri İnstitutu Struktur bölmələri/Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə laboratoriyası". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.