Eldar Hesenli - Wikipedia
Eldar Həsənli (tam adı: Eldar Həsən oğlu Həsənli; 28 aprel 1960, Daşkənd, Basarkeçər rayonu) — şair,[1] publisist,[2] Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.[3]
Eldar Həsənli | |
---|---|
Eldar Həsən oğlu Həsənli | |
| |
Təxəllüsü | Həsənli |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd kəndi, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Həsən Xəyallı |
Təhsili |
|
Fəaliyyəti | şair, jurnalist |
Fəaliyyət illəri | 1980–indi |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | qoşma, təcnis, gəraylı, divani |
Janr | şeir |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHəsənli Eldar Həsən oğlu 1960-cı il aprelin 28-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olmuşdur.
Burada kənd orta məktəbini bitirdikdən sonra, 1980-ci ildə Şuşa Mədəni-Maarif Texnikomuna qəbul olmuş və 1983-cü ildə təhsilni başa vurmuşdur.
Ədəbi fəaliyyətə Bərdə rayonunun "Müəllimlər evi"nin nəzdində olan poeziya dərnəyində rəhbər kimi başlamış, "Uşaq poeziyası" dərnəyinə rəhbərlik etmişdir. Eldar Həsənli Azərbaycan Aşıqlar Birliyinin Bərdə bölgəsi üzrə şöbə müdiri işləmişdir.
İlk şeiri 1983-cü ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Hazırda bir çox almanaxlarda, jurnallarda, qəzetlərdə şeirləri və publisist yazıları çap oluur. Əsərləri geniş oxucu rəğbəti qazanmışdır.
"Aqilim, Sərrafım qaldı Göyçədə" (1997), "Gözlərimin yaşı qalıb o yerdə" (1998), "Göyçə mənim, qadası, Ələsgərim, Alımdır" (Bakı, "Azərbaycan" nəşriyyatı, 1999, 176 səh. 1000 tiraj), "Sən günəşin zərrəsiydin" (1999) və "Dünya mənim qəfəsimdi" (2001) kitabları çap olunub. Seçilmiş əsərlərindən və son illər qələmə aldığı şeirlərindən ibarət altıncı kitabı çapa hazırlanır.
Eldar Həsənli Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bakı şəhərində yaşayır, işləyir və ədəbi fəaliyyətini müntəzəm davam etdirir.
Kitabları
redaktəMəqalələri
redaktə- "Aqil İman", "Azadlıq və hüquq" qəzeti, №01(01), sentyabr 2004-cü il.
- "Хаlçаçı Əli Fərruxi". Azərbaycan xalçaları (az.). carpetsmagazine.com. 2013. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-20.
Ədəbiyyat
redaktə- Teymur Kərimli, "Eldar Həsənlinin qürur qaynağı", "Məktəb" qəzeti, №39(304), 20 oktyabr 2014-cü il. səh.4
- Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.123-136.
- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
- Füzuli Ramazanoğlu. "Bu da bir talеdir". Bakı, "Nurlan", 2009, səh.?-?.
- "Sərbəst qəzet", №03(010), 14-21 mart 2009-cu il.
- Eldar Nadir, "Göyçə elinin şair oğlu", Respublika qəzeti. - 2013. - 14 aprel. - Səh. 8.
- "Azərbaycanlıyam", Bütöv Azərbaycan qəzeti, №19(238), 17-23 iyul 2014-cü il. - Səh. 9.
İstinadlar
redaktə- ↑ Eldar Nadir. "Göyçə elinin şair oğlu" (az.). anl.az. 2013. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-20.
- ↑ "MÜTLƏQİMİZ, MÜQƏDDƏSİMİZ, PEYĞƏMBƏRİMİZ İNAM ATAYA ALİ SƏCDƏYLƏ!" (az.). asifata.com. 8 avqust 2012. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-20.
- ↑ "Хаlçаçı Əli Fərruxi". Azərbaycan xalçaları (az.). carpetsmagazine.com. 2013. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-20.