Eldar Haciyev - Wikipedia
Eldar Rasim oğlu Hacıyev (3 dekabr 1962, Bakı) - Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü.Azərbaycan xalçaçılığında miniatür nümunələri xalça üzərinə köçürən və xalça toxunulmasında ipəkdən istifadə edən ilk xalçaçı rəssam.
Eldar Hacıyev | |
---|---|
Doğum tarixi | 3 dekabr 1962 (62 yaş) |
Doğum yeri | |
Təhsili | |
Üzvlüyü |
Həyatı
redaktəEldar Rasim oğlu Hacıyev 1962-ci il 03 dekabr tarixində Bakı şəhərində həkim ailəsində dünyaya göz açmışdır. O, Bakı şəhərində 1969-1979-cu illərdə 20 saylı orta ümumtəhsil məktəbini bitirmişdir.1979-1984-cü illər ərzində M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Xalçaçılıq və Bədii toxuculuq" fakültəsinin Xalçaçı-rəssam ixtisasını başa vurur. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Hələ İncəsənət İnstitutunda təhsil aldığı müddət və ondan sonrakı dövrlərdə də Eldar Rasim oğlu Hacıyev Azərbaycan xalçaçılıq irsinin görkəmli nümayəndəsi,profesor,Xalq rəssamı Lətif Kərimovdan, sənətşünas, professor, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyevadan bu sənətin sirlərinə yiyələnmişdir. O dövr xalça sənətimizin canlı ensiklopediyası L.Kərimovdan mənimsədiyi ilmələrin sirri bu gün Eldar Hacıyevin xalçaçı - rəssam kimi formalaşmasında əhəmiyyətli rol oynamışdır. Xalçada portret janrının ənələrini davam etdirən E.R.Hacıyevin portret işləri maraq doğurmaya bilməz.
Yaradıcılıq işləri
redaktəO portret janrında Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Məhəmməd Füzulinin, Bülbülün, Corc Buşun, Putinin, II Aleksinin və digər görkəmli şəxsiyyətlərin portretlərini böyük ustalıqla işləmişdir. Eldar Rasim oğlu Hacıyevin yaradıcılığına xas əsas xüsusiyyətlərdən biri də onun müəllifi olduğu xalçalarının müasir günümüzdə qədim Azərbaycan xalça sənətində qismən az müraciət olunan ipək saplarla toxunulmasıdır.
Belə ki, xalçaçı-rəssam E.R.Hacıyevin miniatür, dini mövzulu və süjet xalçalarını məhz ipək saplar üzərində yaratmışdır. Bu xalçalar sırasında "Nizami Gəncəvinin, Ömər Xəyyamın əsərlərinə çəkilmiş miniatürlərə, dini-Pravoslav süjetlərinə, Bibliya tarixinə həsr olunmuş işlərini sadalaya bilərik.
Hazırda bu işlərin bəziləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.Xalçaçı rəssamın “Yeddi gözəl”,”Bəhramgur ovda”,”Fitnənin öküzü qaldırması”,”Leyli və Məcnun”,”Xosrov və Şirin”,”Məhsəti Gəncəvi”,”Mirzə Şəfi Vazeh”,”Ana Məryəm”,”Vladimir ikonası”,”Ömər Xəyyam”,”Şərq gəlini”,“Ağ dəvələr,Qarabağ xalçaları”,”Şuşa qızı”,”Qələbə”,”Qarabağda toy”,”Bəy atları”,Şuşa xalçası”,”Ağ atlar”,”Qırmızı Qarabağ atları”,”Qarabağın xəritəsi”,”Azərbaycan xalçaları”,”Qarabağda Novruz”,”Qarabağ xalçalarının rəqsi” və s. kimi 50-dən artıq rənglərin vəhdəti ilə yaranmış xalçaları Azərbaycan xalçaçılığının ən uğurlu nümunələrindəndir.
"Ağ dəvələr"xalçası
redaktəXalçada qırmızı ornamental fon üzərində ağ dəvələrin təsvir edilməsi və kontras diqqəti cəlb edir.Qırmızı fon üzərində Qarabağın “Xətai”xalçası harmonik tərzdə işlənmişdir.Təntənə ilə bəzədilmiş iki ağ dəvə üzərində isə təsvir edilən xalçalar “Açma-yumma”və”Butulkalı”Qarabağ xalçalarıdır.
Eldar Hacıyev “Açma-Yumma”xalçasının bir bütov,iki yarım gölünü dəvənin üzərində çox böyük təntənə və olduqca simmetrik formada yerləşdirmişdir.Ənənəvi “Açma-Yumma”Qarabağ xalçalarından fərqli olaraq burdakı xalça daha canlı və işıqlı tərzdə təsvir olunmuşdur.
Hər iki dəvənin donqar hissələri bizə milli motivlərdən hesab edilən buta formasını xatırladır.Bir-birilə ümumi bir vəhdət içərisində olan gül-çiçək motivləri və digər ornamentlərin kompozisiya daxilində uğurla həlli diqqəti cəlb edir. Bir xalça kompozisiyası daxilində müxtəlif sujetləri cəmləmək,bir çox xalçaya məxsus ornamentlər və motivlərin bir bütün formada həll edilməsi Eldar Hacıyevin müəllifi olduğu xalçalar üçün ortaq bir xarekteristik haldır. Bu xalçada arxa fon kimi seçilən Qarabağın”Xətai”xalça kompozisiyasının yaşı 400-dən çoxdur.Toxunulma texnikasına,materialına və ornamentlərinin zənginliyinə görə “Əjdahalı”xalçalara aid edilən bu kompozisiya üzrə toxunulan hər bir nümunə dünya muzeylərində də qorunularaq saxlanılır.
"Qarabağda toy"xalçası
redaktəEldar Hacıyevin yaradıcılığında Qarabağ adət-ənənələrini,gündəlik həyat tərzini özündə əks etdirən nümunələrdən biri də”Qarabağda toy”adlı xalçadır.Xalça ilk baxışdan parlaq və şux rəngləri ilə diqqəti cəlb edir.Kompozisiyada beş qarabağlı qız təsvir olunmuşdur.Milli geyimlərdə təsvir olunan qızların geyimlərindəki ornamentlərdən əlavə olaraq onların aksesuarlar,kəmərlər və xırda elementlərin zərgərlik dəqiqliyi ilə işlənməsi əsəri daha da baxımlı edir.Qarabağlı üç qız musiqi alətlərində ifa etdiyi halda,digər ikisi milli rəqsimizi nümayiş etdirirlər.Xalça kompozisiyası daxilində divarda asılan xalçanı görürük ki,bu da Qarabağın”Güllü”xalçasıdır.Bundan əlavə olaraq isə otaq,divarlar və yer Qarabağ xalçalarına məxsus ornamentlərlə,tikmələrlə bəzədilmişdir.Yerdə təsvir olunan Qarabağın “Qızılgül kilimi”buna misaldır.Bir-birilə kontras təşkil edən rəng tonlarına üstünlük verilməsi və xalça daxilində yer alan müxtəlif parça teksturalarının uğurla hiss edilməsi kompozisiyanın tamamlanmasında xüsusi rol oynamışdır.
“Şuşa qızı”xalçası
redaktəEldar Hacıyev yaradıcılığında Şuşaya həsr edilən ən gözəl və al-əlvan nümunələrdən biri də məhz “Şuşa qızı”xalçasıdır.Qara fon üzərində mərkəzdə qüdrətli Qarabağ atı,atın üzərində isə milli geyimi ilə diqqəti cəlb edən Şuşa qızı təsvir edilmişdir.Şuşa qızı sağ əlində Şuşanın,gözəl Qarabağın,uzun illər Qarabağa olan həsrətin,sevginin simvolu olan Xarı bül-bül gülünü,digər əlində isə üzərinə bül-bül qonmuş gül çələngini tutmuşdur.Müəllif Şuşa qızının geyiminin rəng seçimində Azərbaycan Respublikasının Bayrağının rənglərinə- müraciət etmişdir.Şuşa qızının geyimi,geyiminin üzərindəki buta elementləri qədər aksesuarlar,zərgərlik nümunələri də dəqiq formada təsvir edilmişdir. “Şuşa qızı”xalça nümunəsində diqqəti cəlb edən daha bir məqam isə Cəbrayıl xalça motivlərindən istifadə edilərək xalça daxilindəki kompozisiyasının çiçəklərlə çərçivəyə alınmasıdır.“Şuşa qızı”xalçasında müəllif 50-dən çox rənglərdən istifadə etmişdir.Xalça nümunəsində at hərəkət halında verilərək irəliyə doğru addımlayır.
"Qələbə"xalçası
redaktəEldar Hacıyevin yaradıcılığında Qarabağın dünya şöhrətli atlarından bəhs edən daha bir kompozisiya isə Azərbaycanın İkinci Vətən müharibəsindəki Şanlı Qələbəsinə həsr olunan “Qələbə”xalçasıdır.Burada arxa ayaqları üzərində şahə qalxmış Qarabağ atının mənfur düşmənə qarşı yəni ilanın başına doğru zərbə endirdikdən sonrakı anı təsvir olunmuşdur.At qüdrəti,gücü xatırladacaq qırmızı rəngldə verilmişdir.Qədim Qarabağ xalçalarındakı at təsvirlərindən fərqli olaraq buradakı qırmızı at da ornemantal xalça ilə bəzədilmişdir.Atın üzərində isə Qarabağ qrupuna aid edilən “Xan Qarabağ xalçası”təsvir edilmişdir.Qarabağın qədim “Xan Qarabağ”və ya sadəcə “Qarabağ”adı ilə tanınan xalçaları demək olar ki,Azərbaycanın bütün ərazilərində müraciət edilən xalça kompozisiyası olmuşdur.“Qələbə”xalçasında fon kimi müəllif müxtəlif Qarabağ xalçalarına xas ornamentləri bir bütün halında cəm etməyi uğurla bacarmışdır. Burada yuxarı mərkəzdə İkinci Vətən müharibəsində Qələbəni bizə yaşadan,Şəhidlərin əziz xatirəsini simvolizə edən Xarı bül-bül motivinin yerləşdirilməsi də xalçada kompozisiyasının tamamalanmasında mühüm rol oynamışdır.Xalça nümmunəsində “Xətai”və”Güzgülü”xalçasıdan arxa fon kimi olduqca uğurla istifadə edilmişdir.
"Ağ atlar"xalçası
redaktəEldar Hacıyev yaradıcılığında fərqli tərzdə icra olunmuş ornamental həlli ilə diqqəti cəlb edən daha bir nümunə isə”Ağ atlar”kompozisiyasıdır.Xalça nümunəsində şaquli formada Qarabağın üç atı yerləşdirilmişdir.Atların iç hissələri gül-çiçək motivləri ilə əhatə olunduğu kimi arxa fonda da məhz nəbati ornamentlərə müraciət edilmişdir.Daha dəqiq desək Qarabağın “Güllü”xalçasının ornamental həlli bu nümunədə arxa fon kimi çıxış edir.Bundan əlavə olaraq müəllifin təsvir etdiyi digər xalça nümunələrindəki atlarda olduğu kimi burada da atlar Qarabağın bahalı tikmələri ilə bəzədilmişdir və hər birinin üzərində üç fərqli Qarabağ xalçası təsvir edilmişdir.Belə ki,birinci atın üzərində təsvir edilən xalça nümunəsi Qarabağın”Muğan”xalçasıdır.Ortada təsvir edilən atın üzərində "Xan Qarabağ",aşağıdakı atın üzərində isə "Ləmpə"adı ilə tanınan məşhur Qarabağ xalçaları zərif tərbibatları ilə yerləşdirilmiş və xalçaya xüsusi bir gözəllik qatmışdır.
"Qarabağın xəritəsi"xalçası
redaktəEldar Hacıyev yaradıcılığında Qarabağ memarlığının xalça nümunəsində əks edilməsinə məhz "Xəritə"xalçasından rast gəlinir.Bu xalçanı izləyən zaman sanki özümüzü Qarabağda hiss edir,onun havasını uduruq.Qarabağ dedikdə ağla gələn bütün əsrarəngiz səhnələr,şəhərlər,abidələr,Qarabağın yam-yaşıl təbiəti,hətta havası belə bu xalçanın ilmələrinə çox böyük uğurla hopdurulmuşdur.Belə ki,Qarabağın xəritəsi daxilində Tərtər,Ağdam,Xocalı,Kəlbəcər,Laçın,Hadrud,Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan və mərkəzdə isə Şərqin konservatoriyası adlandırılan Şuşa şəhərlərinin adlarını və abidələrini görürük.Eyni zamanda Xudafərin körpüsü,Şeyx Babı türbəsi,Cövhərağa məscidini və digər Qarabağın simvoluna çevrilmiş abidələr əsərdə uğurla yer almışdır.Müəllif burada da Şuşanın,uzun illər Qarabağa olan həsrətin və müqəddəs Şəhidlərin ruhunu simvolizə edən Xarı bülbül simvolunu da unutmamış onu Şuşanın üzərində yerləşdirmişdir.Abidələrin qüsursuz həllindən,təbiətin rənginin naturalist formada təsvirindən əlavə olaraq,bütün bu kompozisiyanın arxa fonu kimi demək olar ki,Qarabağ qrupuna aid xalça kompozisiyalarından elementlər,ornamentlər və motivlər çıxış edir.Burada “Balıqlı”,”Buynuzlu”,”Qasımuşağı”,”Buludlu”,”Malıbəyli”,”Butalı”,”Çələbi”,”Qoca”,”Xətai”xalçalarının elementlərini görə bilərik.Müxtəlif xalçaların elementlərinin bir xalça kompozisiyası kimi cəm olunduğu bu nümunədə həm Qarabağın xərtiəsinin,həm Qarabağ abilərinin,həm də Qarabağ qrupuna aid saysız-hesabsız xalça motivlərini cəm etdiyi üçün olduqca dəyərli və bənzərsizdir.
"Qırmızı Qarabağ atları"xalçası
redaktəEldar Hacıyev yaradıcılığında koloriti və harmoniyası ilə diqqəti çəkən başqa bir nümunə isə “Qırmızı Qarabağ atları”xalçasıdır.Xalçaçı rəssamın yaradıcılığına xas olan bir kompozisiya daxilində bir çox xalça motivlərinin cəm edilməsi ənənəsinə bu nümunədə də rast gəlirik.İlk növbədə xalçada qırmızı rəng qamması üstünlük təşkil edir.Müəllif burada Qarabağın ənənəvi “Bulud”xalçası elementlərindən istifadə etmişdir.Kompozisiya daxilində şaquli formada bir birilə üzbəüz dayanmış üç cüt at fiquru yerləşdirilmişdir.Atlar bitkin formada təsvir edilsə də,onlar sanki “Bulud”xalçasının elementlərinin dəvamı kimi görünür.Burada atların özləri qırmızı,yəhərləri isə zərgər dəqiqliyi ilə təsvir olunaraq qızılı formada özünü görsədir.Eyni zamanda Eldar Hacıyevin xırda detallara diqqət verməsini burada hər bir atın üzərindəki yəhərlərin motivlərinin fərqli formada icra olunması ilə hiss etmək olar.Qarşı-qarşıya dayanmış altı at fiquru burada da qiymətli Qarabağ xalçaları ilə bəzədilmişdir və hər birininin üzərində Qarabağ qrupuna aid edilən yetkin xalçalar yerləşdirilmişdir.Belə ki,sağ tərəfdə aşağıdakı atın üzərində “Xətai”,ortada “Malıbəyli”,yuxarıdakı atın üzərində isə “Bəhmənli”xalçası yer alır.Sol tərəfdə isə aşağıdakı atın üzərində “Qasımuşağı”,ortada “Çələbi”,yuxarıdakı atın üzərində isə “Butalı”Qarabağ xalçaları bənzərsiz bir formada yerləşdirilmişdir.Demək olar ki,Eldar Hacıyevin yaradıcılığına xas bir çox xüsusiyyəti bu nümunədə aydın formada hiss etmək mümkündür.Yeddi xalça motivinin bir nümunədə cəm edilməsi,parlaq rənglər,xırda detallara və incə nüanslara diqqət yetirilməsi,eyni zamanda Qarabağ atlarının dəyərli xalçalar və tikmələrlə bəzədilməsi bu xalçanı çox dəyərli etmişdir.
"Azərbaycan xalçaları"
redaktəƏnənəvi Qarabağ xalçalarının eyni zamanda Azərbaycanın digər xalçaçılıq məktəblərinin bir çox motivlərinin bir nümunədə cəmləndiyi daha bir nümunə isə Eldar Hacıyev yaradıcılığında yer alan “Azərbaycan xalçaları”dır.Xalça nümunəsi yun və ipək qarışığından istifadə olunaraq hazırlandığı üçün müəllifin digər xalçalarında olduğu kimi burada da zəriflik,harmoniya,uğurlu kolorit həlli və işıqlı rəng qamması diqqəti cəlb edir.Eldar Hacıyev yaradıcılığına xas olan bir neçə xalça sujetinin bir nümunə fonunda cəm edilməsi “Azərbaycan xalçaları”üçün də xarekteristik bir haldır.Burada arxa fon kimi Qarabağın Cəbrayıl bölgəsində toxunulan xalçalar üçün əsas motiv olan gül-çiçəklər,o cümlədən, “Qızılgüllü xalçası”əsas olaraq çıxış edir.Müxtəlif rənglərdən ibarət altı ədəd qüdrətli Qarabağ atları irəli qaçan formada verilmişdir ki,bunu onların saçlarından hiss etmək mümkündür.Atların üzərilərində isə Qarabağ,Quba,Şirvan,Qazax qruplarına aid müxtəlif xalça nümunələri təsvir edilmişdir.Bu xalçanın dəyərini daha da artırır.
"Qarabağda Novruz"xalçası
redaktəEldar Hacıyevin yaradıcılığında yer alan “Qarabağda Novruz”adlı əsər diqqəti şən əhval ruhiyyəsi və bayram coşğusunu uğurlar hiss etdirməsilə cəlb edir.Əsərdə dörd Qarabağ qızı əyləşmiş formada verilmişdir.Qızların geyimlərinin rəngi,aksesuarlar və parçalarının teksturaları naturalizmi ilə seçildiyi kimi onların hərəkət halında verilməsi,məişət əşyaları və Novruzun simvolları olan şəkərbura,paxlava,qoğalların xonça daxilində yerləşdirilməsi də çox təbii alınmışdır.Yerdə əyləşmiş qızların ətrafında Qarabağa məxsus tikmələr,yastıqçalar,önlərində isə samovar yer almışdır.Otaqda yerləşən qızların arxa divarında isə dərin mənalara malik motivləri,qırmzımtıl rəng tonu və ritmik həll ilə diqqəti cəlb edən“Xan Qarabağ”xalçası asılmışdır.
Xarici keçidlər
redaktə- https://anews.az/az/bakida-eldar-haciyevin-ilmelerin-reqsi-sergisi-kecirilir-foto/javascript();
- https://azertag.az/xeber/Xalchachi_ressam_Eldar_Haciyevin_ferdi_sergisi_achilib-1016382
- http://www.anl.az/down/meqale/medeniyyet/2019/may/655454.htm
- https://aqreqator.az/az/cemiyyet/1753498
- https://www.adalet.az/mobil/144140
- https://report.az/incesenet-xeberleri/kiyevde-qarabag-incilerini-eks-etdiren-sergi-kecirilir/
- https://525.az/news/192278-susa-xalcalarina-hesr-olunmus-sergi-proqram-kecirilib--foto