Elektron Bank Sistemi - Wikipedia
Elektron bank sistemi — XX əsrin 80-ci illərinin əvvəllərindən sürətlə inkişaf etməyə başlamışdır. Bank sistemində elektron bankçılığın tətbiqi inkişaf etmiş texnologiyaların tətbiqindən, azad rəqabət mühitünün olmasından asılıdır. Müasir bank sisteminin mühüm elementləri arasında kredit kartları, hesaba erişi kartları otomotik vezneler, satış nöqtəsi terminallarının, nağd hesablaşma formalarının xüsusi rol oynaması böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın müstəqilliyindən sonra bank sistemi daha da inkişaf etmiş, dövlət bankları ilə yanaşı çoxlu sayda özəl banklar da yaranmışdır. Burda elektron bankçılığın çox geniş olan depozit uyğulamalarından sadəcə beynəlxalq və ölkələrarası çərçivədə ən çox istifadə edilən, əməliyyatın sürətini artıran, işçi ehtiyaclarını azaldan xidmət vasitələrindən və elektronik bankçılıq sistemlərindən, Azərbaycanda elektronik daşıyıcılar vasitəsilə banklararası hesablaşmaların təşkili nəzərdə tutulur.
Elektron bank sisteminin növləri
redaktəEv və İş Yerində Bankçılıq
Şöbələrdən kənarda baş verən bankçılıq xidmətlərindən bir başkalarıda ev ya da iş yerində bankçılıqdır. Bu xidmətlərdə müştərilər öz mikro kompüterini ya da videomətin sistemlerindən istifadə edirlər. Müştəri öz komyuterlərindən modem və telefon xətti köməyilə bankın ana kompüterinə bağlanması ilə bankın təklif etdiyi bütün xidmətlərdən faydalana bilir. Bunlar informasiya alma, vergi ödəmə, hesabdan hesaba pul köçürməsi, satın alma, kredit götürmə xidmətləri aid edilir.
Çoxlu sayda abonentin bir mərkəzi kompüterlə iki tərəfli əlaqə ilə idarə edildiyi bir sistemdir. Abonentlər, bir klavyatura vasitəsilə mesajlarını çatdırırlar. Görüntü üçün normal bir televizor ekranı, əlaqə üçünsə telefon xətləri istifadə edilir. Videomətin şirkətləri ev bankçılığı xidmətindən əlavə xəbərlər, alış-veriş, mülk alış-satışı, aerobilet satışı kimi müxtəlif xidmətlər də təklif edirlər.
Telefon Bankçılığı
İnformasiya-komunikasiya texnologiyalarındakı inkişaf və kompüter texnologiyasının banklarda geniş istifadəsi telefon bankçılığı üçün geniş imkanlar yaradır.
Bu sistemdən müştərilər öz ev və ya iş telefonları vaitəsilə bankın kompüterləri ilə əlaqə yaradaraq istifadə edirlər. Bu cür xidmət növü bütün müştərilərə telefon olan hər bir yerdən əlaqəli nömrələr verilərək təqdim edilir. Ancaq istifadə olunan telefon mütləq rəqəmli digital olmalıdır.
1973-cü ildə ilk dəfə Amerikada Seanttle First National Bank tərəfindən göstərilən bu xidmət növündən istifadə edənlərin çox az sayda olması ilə bağlı bir neçə ay sonra bu xidmət növü 1979-cu ilə qədər dayandırılmışdır.
Mənbə
redaktə- "Modern Bankacılık", Nuray Uzkesici, Eskişeher – 1994
- "Bankacılar için Para ve Kredi Bilgisi", Prof. Dr. Avni Zarakolu, Ankara — 1977