Elisa Lamin Olumu - Wikipedia
Elisa Lam, kantonca tanınan adı ilə Lam Ho Yi — Vankuverdəki Britaniya Kolumbiyası Universitetinin kanadalı-çinli tələbəsi.O, 19 fevral 2013-cü il tarixində Los-Ancelesin Dauntaun şəhərində yerləşən Cecil mehmanxanasının damındakı su tankerindən ölü çıxarılmışdı.[1] Ayın əvvəlində itkin düşdüyü bildiriləndən sonra mehmanxanada axtarış başlamış, mehmanxanada təmir işləri aparan işçilər su təchizatı ilə bağlı qonaqların şikayətlərini araşdırarkən cəsədi aşkar etmişdilər.
Elisa Lam | |
---|---|
çin. 藍可兒 | |
Digər adı | kant.Lam Ho Yi |
Doğum tarixi | |
Doğum yeri | Vankuver, Britaniya Kolumbiyası, Kanada |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Los-Anceles, ABŞ |
Vəfat səbəbi | boğulma |
İxtisası | Tələbə |
Tanınır | Müəmmalı ölümü |
Onun yoxa çıxması barədə geniş məlumat verilmişdi; Los Angeles Polis İdarəsi, liftdə olan təhlükəsizlik kameralarındakı Elisa Lamın görüntülərini internetdə paylaşandan 5 gün əvvəl Lam öldürülmüşdü.Görüntülərdə Lamın liftdən çıxıb ətrafa göz gəzdirməsi və yenidən liftə daxil olması, çöldəki koridorda öz-özünə və ya kiminləsə danışması və jest etməsi, bəzən özünü nasaz vəziyyətdə hiss etdiyi liftin içərisində gizləndiyi görünürdü. Video internetdə qısa zamanda yayıldı, daha sonra bir çox izləyici videodan narahat olduğunu bildirdi. Açıqlamalarda Lamın bipolyar pozuntuluqlar və paranormallıqdan əziyyət çəkdiyi elan edildi.Bəziləri isə videonun dəyişildiyini güman edirdi.[2]
Lamın ölümünün səbəbləri tapıldıqdan sonra Los-Ancelesin ən məşhur mehmanxanalarından olan Cecildəki təhlükəsizliyə inam azalmışdı.Onun vücudu çılpaq idi[3]; paltarının və şəxsi əşyalarının çoxu su tankerinin yaxınlığında idi.[3] Los Anceles Departamenti isə Lamın bədənində heç bir fiziki travmanın olmadığını, ölümünün diqqətsizlik səbəbi ilə baş verdiyini irəli sürürdü.[4] Bəzi internet fenomenləri isə Lamın ölümü ilə 2005-ci ildə çəkilmiş "Qaranlıq Su" filminin qeyri-adi oxşarlıqlarının olduğunu söyləyirdilər.Belə xəbərlərin sosial şəbəkələrdə yayılmasından sonra mehmanxana sakinləri Cecil Mehmanxanasını məhkəməyə vermişdi.
Haqqında
redaktəHonkonqdan gələn mühacirlərin qızı olan[5] , Kanadanın Vankuver şəhərindən bir qədər kənarda, Burnabidə bir restoran açan Lam,[6], 2013-cü ilin əvvəlinə qədər qeydiyyata alınmasa da, Britaniya Kolumbiya Universitetində tələbə idi.[1][7]
Lam Kaliforniyaya əsasən Amtrak və şəhərlərarası avtobuslarda səyahət edirdi.[8] Kaliforniyada olarkən isə, əsasən vaxtını San-Dieqo zooparkında keçirir, çəkdiyi şəkillərini sosial şəbəkə hesabında paylaşırdı.[9] Daha sonra, yanvarın 26-da Los-Ancelesə köçməyi qərara aldı. İki gündən sonra o, şəhərin Skid Rou məhəlləsinin yaxınlığındakı[10] Cecil mehmanxanasına yerləşdi.[11]
1920-ci illərdə inşa edilən Cecil, 1930-cu illərin Böyük böhran dövründə ağır günlər keçirmiş və 20-ci əsrin sonlarında "şəhərin mərkəzində çürüyən bina" ləqəbini almışdı. Los-Ancelesin bir neçə diqqətəlayiq cinayətləri bu mehmanxanada baş vermiş və ya əlaqəsi olmuşdur: 1964-cü ildə "Persinq Meydanının Göyərçin Xanımı" ləqəbi ilə məşhurlaşmış Qoldi Osqud, Cecildə otağında təcavüz edilərək öldürülmüşdü (bu hələ də açılmamış bir cinayətdir).[12] Serialı qatillər Cek Unterveger və Riçard Ramirez, ikisi də Cecilin aktiv müştərilərindən idi.[13] Bir müştəri isə mehmanxananın qarşısında olan yolda intihar etmişdi.[14][15] Artıq Los-Ancelesə gələn turistlər üçün fəaliyyət göstərsə də, baş vermiş hadisələr onun nüfuzuna böyük təsir göstərmiş, Lamın ölümündən sonra burda 1 gün keçirən jurnalist Stiv Erikson Cecil haqqında "Cecildəki baş verən hadisələri siz qəribə qarşılayacaqsınız" cümləsini söyləmişdi.[14]
Elisa Lama bipolyar pozğunluq və depressiya diaqnozu qoyulmuşdu. Xəstəliklərini müalicə etmək üçün isə ona dörd dərman — Bupropion, Lamotrigin, Quetyapin[16] və Venlafaksin[17] təyin edilmişdi. Güman ki, psixi xəstəliyinin yaranma tarixini gizli saxlayan ailəsinin dediyinə görə,[2] Elisa Lamın intihar təsəvvürləri və ya cəhdləri olmamışdı.
2010-cu ilin ortalarında,[18] Lam "Ether Fields" adlı bloq yaradıb bloggerliklə məşğul olmağa başladı.[2] Sonrakı iki il ərzində o, bloqda dəbli geyimləri ilə məşhur olan modellərin şəkillərini və həyatının, xüsusən də ruhi xəstəliklərlə mübarizəsinin şəkillərini paylaşırdı. 2012-ci ilin yanvar ayında bir bloq yazısında Lam, sinifindən imtina etdiyini paylaşıb, başlığına isə yazıçı Çak Palanikin bir sitatını (Hər zaman həyatınıza boş ideyanız ilə xəyanət edirsiniz) qeyd etdi.Lam bloqu paylaşarkən aspiranturaya daxil ola bilməməkdən və məktəbindən qovulma ehtimalından narahat idi.[19]
Bloqun inkişaf etməyindən bir az keçdikdən sonra, Tumblrda "Nouvelle-Nouveau" adlı hesab açdı və bloqdan imtina etdiyini bildirdi.Hesabında əsasən modellərin fotoşəkillərini və öz sitatlarını paylaşırdı.[20]
Yoxa çıxması
redaktəLam Los-Ancelesdə ikən hər gün Britaniya Kolumbiyasında yaşayan valideynləri ilə əlaqə saxlayırdı. Daha sonralar Santa Kruza səyahət etmək üçün Cecildə 1 gün qalmağı planlaşdırırdı.[21][22]
Həmin gün Lamı görən mehmanxana işçiləri onun tək olduğunu söyləyirdilər. Mehmanxanadan kənarda, yaxınlıqdakı kitab mağazasının işçisi Keti Orfin, həmin günü Lam isə söhbət edən yeganə insan idi. Orfin CNNyə müsahibə verərkən "Son gün, o, səyahət və səyahətə gedərkən aparacağı kitablar haqqında danışırdı" demişdi.
Polis mehmanxanada Lamın həmin gün olduğu hər yeri axtardı və üstəlik polis itlərini də bu işə daxil etdilər.Ancaq bunların hər biri uğursuzluqla qurtardı "Ancaq hər otağı axtarmadıq" deyən Rudi Lopez daha sonralar müsahibə verəndə demişdi: "Bir cinayətin baş verildiyinə inanmaq üçün yalnız ehtimal olunan bir səbəbimiz olsaydı bunu edə bilərdik." Fevralın 6-da, LAPD daha çox köməyə ehtiyac duyulduğunu qərara aldı;Onun şəkli olan vərəqələr qonşuluqda və internetdə yerləşdirildi. Bu isə hadisəni media vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırdı.[23]
Lift videosu
redaktəFevralın 15-də, LAPD, fevralın 1-də Cecilin liftlərindən birində Lamın çəkildiyi son məlum görüntünün videosunu video nəzarət kamerası ilə yayımladı.[10][16] Videodakı Lamın qəribə davranışı dünya miqyasında maraq oyatdı, geniş təhlil və müzakirə edildi.[24]
Lam, tez-tez liftin düymələrinə basdığı və həyəcanlı olduğu görünürdü. Bəzi görüntülərdə isə Lamın ağzı pikselləşmişdi.[24]
Başlanğıcda Lam sol tərəfdən liftə daxil oldu, üzərində qara qısaqollu köynək, qara şalvar, qara səndəl və qırmızı gödəkçə var idi.Tez-tez düymələrə toxunda da qapı bağlanmırdı.Qapının bağlanmadığı bir neçə saniyədən sonra o, ayağa qalxır, irəli əyilir, hər iki tərəfə baxır və sonra tez arxaya, divara və sonra küncə tərəf addımlayır, idarəetmə panelinin yaxınlığında dolanırdı. Qapı hələ də açıq qalmışdı.[25] Yenə gəzir və tərəfə söykənərək qapıda dayanır[26]. Bəzən salona, sonra qabaq tərəfə, arxaya baxır, sonra geri çəkilirdi. Sonra yenidən yan tərəfə addımlayır və bir neçə saniyə ərzində divarın arxasında əsasən görünməz olaraq kənara çəkilirdi.Daha sonra yenidən divara dayanırdı.Daha sonra lifti tərk etdi. Qəribə olsa da, onun gedişindən sonra lift bağlanır.[27]
Çinin video paylaşım saytı Youku da daxil olmaqla videoya ilk 10 gündə 3 milyon baxış və 40.000 şərh yazıldı.Şərhlərdə əsasən paranormal bir şeyin olmadığı yazılırdı[28].
Bədəninin tapılması
redaktəLamın axtarışı zamanı mehmanxanada qonaqlar suyun aşağı təzyiqindən şikayətlənməyə başlamışdılar. Bəziləri sonra suyun qara rəngli olduğunu və qeyri-adi bir dadı olduğunu iddia edirdilər.[29] Fevralın 19-da səhər Lamın cəsədi qonaq otağına, mətbəxə və bir qəhvəxanaya su verən dörd min qallon (təxm. 3,785 L) həcmi olan tankerlərdən birində tapıldı.[30][31] Təmizləmə aləti Lamın cəsədini çıxarmaq üçün lazım olan avadanlıqları yerləşdirə bilmədiyi üçün tank boşaldılmış və açıq şəkildə kəsilmişdi.[16][30]
Fevralın 21-də, yarılma hesabatında, əhəmiyyətli bir amil olaraq, bipolyar pozğunluq olan təsadüfən boğulma aşkar edildi.[32] İyun ayında tam yayımlanan yarılma hesabatında[2] Lamın cəsədinin çılpaq vəziyyətdə tapıldığı bildirilmişdir;[16] lift videosundakı geyindiyi geyimə bənzər paltarlarə suda üzürdü.Saatı və otaq açarı da onunla birlikdə tapılmışdı.[32]
Lamın bədəni orta dərəcədə çürümüş və şişmiş idi. Qarın üstü əsasən yaşılımtıl idi. Fiziki travma, cinsi təcavüz,[32][33] və ya intihar barədə heç bir dəlil yox idi.[32]Toksikoloji testləri qanı kifayət qədər olmadığı üçün natamam idi.[34] Qanında çox az miqdarda alkoqol (təxminən 0,02 q%) mövcud idi, sakitləşdirici dərman isə qəbul etməmişdi.[35]
Həll olunmamış məsələlər
redaktəİstintaq Lamın necə öldüyünü müəyyənləşdirdi, amma tankerə necə girdiyinə dair izahat vermədi.Mehmanxananın damına gedən qapı və pilləkənlər kilidli idi.[36] Əgər mehmanxanada yanğın təhlükəsi olardısa, bu zaman işçilər güvənilən bir şəxsə açarı verə bilərdilər.[14] Lamın ölümündən sonra bir çinli şəxs Lamda damın açarının olduğu mülahizəsini irəli sürmüşdü.[37]
Dama necə çıxmağından sonra tankerə necə daxil olmağı internetdə böyük müzakirələrə səbəb olmuşdu.Çünki dörd tankın hamısı 4 metr uzunluğunda olan beton silindrlər idi;[38] cəsədi almaq üçün mehmanxana işçilərinin nərdivanla çıxmasına baxmayaq, Elisa Lam nərdivandan istifadə etməmişdi. Həmçinin tankerləri içərisi qalın qapaqlarla qorunurdu.[10]
Lift videosundakı Lamın davranışı haqqında bəzi nəzəriyyələr mövcud idi; Bəziləri onun təqibçidən gizlənməyə çalışdığını, bəziləri isə sadəcə liftin aşkar nasazlığından əsəbiləşdiyini söyləyirdi.[2] Qeyri-qanuni dərmanların təsiri altında olduğu nəzəriyyəsinin bəzi tərəfdarları, bədəninin tankda çürümüş olduğu müddətdə parçalana biləcəyini irəli sürürdülər.[2]
Tumblr bir müddət sonra sonra hesabındakı mesajlarının növbə-vasitəsi səbəbi ilə tez-tez yeniləndiyini elan etmişdi.Telefonu isə ölümündən sonra nə yaxınlığında, nə də mehmanxana otağında tapılmışdı;bəziləri ölümündən bir müddət sonra oğurlandığı ehtimal edirlər. Bloqunda davam edən yeniləmələrin telefonunun oğurlanması[2], bir hakerin işi və ya növbə vasitəsi ilə baş verdiyi bilinmir; yeniləmələrin onun ölümü ilə əlaqəli olub-olmadığı da məlum deyil.[2]
Məhkəmə
redaktəSentyabr ayında Lamın valideynləri "Digər mehmanxana sakinlərinin təhlükəsizliyi" və təyin olunmuş ziyan və basdırma xərclərini mehmanxananın ödəmədiyini iddia edərək mehmanxananı məhkəməyə verdi.[39] Mehmanxana, Lamın su çənlərinə girdiyini təxmin edə bilmədiyini və Lamın su anbarına necə girdiyini bilmədiyi üçün bunun zərərin qarşısını ala bilməyəcəyini bildirdi.[31] 2015-ci ildə Elisanın validenynlərinin iddiaları rədd edildi.[40]
Haqqında çəkilən filmlər
redaktəBəzi Yutub bloggerləri Lamın ölümünü 2005-ci ildə çəkilmiş "Qaranlıq su" filmi müqayisə etmişdir.Film Koji Suzukinin 1996-cı ildə yazdığı qısa bir hekayəyə əsaslanmış, Amerikada çəkilmişdi.Filmdəki obrazlar olan ana və qızı binadakı nasaz lift, binanın dam örtüyündəki su anbarına aparır və burada bir il əvvəl itkin düşdükləri bildirilmiş bir qızın cəsədini tapırlar.[1]
"Qaranlıq Su" filmindən sonra bəzi prodüserlər öz filmlərində "Lamın ölüm hadisəsindən" ilham alıblar.Bunlardan biri olan "Sularda" filmində Nyu York xəfiyyəsinin "Cedric Hotel" də damda tapılmış ölü qadının qatilini tapmasından bəhs edilirdi.[41]
Digər bir seriya olan "Cinayətdən necə qurtulmaq olar"ında oxşar bir hekayə xətti var;itkin düşmüş bir qız uşağının öldürüldüyü və cəsədinin damdakı su anbarında gizlədildiyi ortaya çıxır, cəsədi yalnız bir texniki işçi su təzyiqini həll etmək üçün evə çağrıldığında aşkar edir.[42]
Lamın ailəsi mehmanxananı məhkəməyə verdikdən sonra bəzi rejissorlar məhkəmə prosesindən ilhamlanmışdı.Honkonqlu aktyor Nik Çeunqun 2014-cü ildə rejissorluq etdiyi "Hungry Ghost Ritual" (azərb. Ac ruhun ayini) filmi Lamın ölümü ilə eyni süjet xəttinə malik idi.[43]
Çinli rejissor Liyu Hao, Lamın ölümündən bir il sonra, onun ölümü haqqında bir film çəkəcəyini elan etdi; özü də Los-Ancelesə getdi və bir neçə gün Cecildə araşdırma apardı.[44] Bundan sonra çinli populyar aktrisa Qao Yuanyuanın Lam obrazını canlandırmağa həvəsli olduğunu söyləmişdi.[45][46]
İstinadlar
redaktə- ↑ 1 2 3 Nickels, Jesse. "Elisa Lam: The College Girl Whose Hotel Death is So Mysterious It Inspired a Horror Movie". College Times. May 28, 2014. February 19, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 27, 2014.
- ↑ 1 2 3 4 5 6 7 8 van der Merwe, Marelise. "The Elisa Lam mystery: Still no answers". Daily Maverick. December 12, 2014. September 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2015.
- ↑ 1 2 "Autopsy Report 2013-01364". Los Angeles County Department of Medical Examiner-Coroner. June 18, 2013. səh. 3. March 30, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 28, 2015.
- ↑ Autopsy report, 15 Arxivləşdirilib 2017-08-04 at the Wayback Machine.
- ↑ Young, Ian. "Disgust at plan to turn Elisa Lam's water tank death into a horror movie". South China Morning Post. March 5, 2014. April 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2015.
- ↑ Moreau, Jennifer. "Condolences, notes, left for family at Burnaby restaurant". Burnaby Now. February 27, 2013. April 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2015.
- ↑ "Elisa Lam Case: Autopsy fails to find a cause of death for woman found in Los Angeles water tank". CBS News. February 22, 2013. February 9, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2015.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;LAPD flyer
adlı istinad üçün mətn göstərilməyib - ↑ Nair, Drishya. "Elisa Lam Death: Friends Call Her Caring and Conscientious, Autopsy Result Inconclusive". International Business Times. February 26, 2013. April 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2015.
- ↑ 1 2 3 Blankstein, Andrew; Flores, Adolfo. "Woman's body found in water tank of skid row hotel". Los Angeles Times. February 20, 2013. October 3, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2015.
- ↑ Hsu, Jeff. "Motion for Summary Judgement" (PDF). Google Sites. September 25, 2015. March 4, 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: October 16, 2015.
- ↑ Leslie Anne Wiggins. "Tales of the macabre at L.A. hotels". Los Angeles Times. 26 October 2008. 4 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2015.
- ↑ Alan Duke. "Hotel with corpse in water tank has notorious past". CNN. 23 February 2013. 1 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2015.
- ↑ 1 2 3 Erickson, Steve. "Gloom Service: A Night at the Cecil Hotel, Where Serial Killers and Eerie Deaths Abound". Los Angeles. June 21, 2013. February 3, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2015.
- ↑ Waxman, Olivia B. "The Cecil Hotel: What a Dead Body in a Water Tank Does for Your Yelp Reviews". Time. February 21, 2013. April 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
- ↑ 1 2 3 4 Autopsy report, 20 Arxivləşdirilib 2020-09-05 at the Wayback Machine.
- ↑ Autopsy report, 22 Arxivləşdirilib 2020-11-12 at the Wayback Machine
- ↑ Lam, Elisa. "qui est". Blogspot. June 25, 2010. January 30, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2015.
- ↑ Lam, Elisa. "You're always haunted by the idea you're wasting your life". Blogspot. January 27, 2012. January 30, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2015.
- ↑ Lam, Elisa. "Tumblr". Blogspot. June 27, 2012. October 20, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2015.
- ↑ Duke, Alan. "How did woman's body come to be in L.A. hotel water tank?". CNN. February 23, 2013. April 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2015.
- ↑ "Body Found in Water Tank at Hotel is Missing Canadian Tourist: LAPD". KNBC. Feb 19, 2013. August 20, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2017.
- ↑ Lah, Kyung. "Elisa Lam, Cecil Hotel update video: Inside the Los Angeles hotel". CNN. February 22, 2013. January 29, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2015.
- ↑ 1 2 Los Angeles Police Headquarters. Detectives Looking for Missing Canadian Woman (Online video). YouTube. February 14, 2013. October 29, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 30, 2015.
- ↑ "Detectives", 0:00–0:36
- ↑ "Detectives", 1:55–2:37
- ↑ "Detectives", 0:37–1:05
- ↑ "Elisa Lam's unexplained death draws attention, theories in China". Los Angeles Times. February 26, 2013. May 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2015.
- ↑ Agomuoh, Fionna. "Body Of Elisa Lam, Canadian Tourist. Found In Los Angeles Hotel's Water Tank". International Business Times. February 21, 2013. April 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2015.
- ↑ 1 2 "Elisa Lam Death: Officials analyze water in tank where missing Canadian woman was found dead". CBS News. February 21, 2013. May 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2015.
- ↑ 1 2 Rylah, Juliet Bennett. "Cecil Hotel Employee Explains How He Found The Body Of Elisa Lam". LAist.com. October 1, 2015. October 26, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 16, 2015.
- ↑ 1 2 3 4 Autopsy report, 1 Arxivləşdirilib 2020-09-26 at the Wayback Machine–10.
- ↑ Autopsy report, 13 Arxivləşdirilib 2020-09-10 at the Wayback Machine
- ↑ Autopsy report, 22 Arxivləşdirilib 2020-11-12 at the Wayback Machine–25
- ↑ Autopsy report, 26 Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine
- ↑ "Missing Canadian woman's body found at L.A. hotel: Vancouver resident Elisa Lam, last seen at Cecil Hotel, missing since Jan. 31". CBC News. 19 February 2013. 4 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2015.
- ↑ Kay Theng. 【藍可兒出事酒店迷思大揭開】 [Elisa Lam opens a big mystery of the hotel] (Internet video) (Internet video) (Chinese). YouTube. March 2, 2013. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 11, 2017.
- ↑ Lloyd, Jonathan; Ordaz, Rosa. "Death of Tourist in Hotel Water Tank Ruled Accidental Drowning". KNBC-TV. June 21, 2013. August 24, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2015.
- ↑ "Parents Of Woman Found Dead In Water Tank Sue Hotel For Wrongful Death". KCBS-TV. September 20, 2013. May 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 4, 2015.
- ↑ City News Service. "Negligence Lawsuit Dismissed After Downtown LA Hotel Water Tank Death". KNBC. December 14, 2015. July 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 21, 2015.
- ↑ "Elisa Lam Death Echoed In 'Castle' Season Finale". HuffPost. May 14, 2013. February 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 10, 2013.
- ↑ Campbell, Nick. "How to Get Away with Murder "It's All Her Fault" Review: The Quiet Ones are Dangerous". TV.com. October 3, 2014. November 12, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 4, 2018.
Is Lila Stangard inspired by Elisa Lam?
- ↑ Marsh, James. "Review: Hungry Ghost Ritual Has No Appetite For Horror". Twitchfilm.net. July 11, 2014. February 10, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 10, 2015.
- ↑ Huan, Si. "Elisa Lam's mysterious death to become horror movie". China News Service. March 7, 2014. February 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 10, 2015.
- ↑ "高圆圆可能演《蓝可儿》 经纪人:无定论" [Agent: Gao Yuanyuan may play Elisa Lam]. Sina (Chinese). August 5, 2013. February 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 10, 2015.
- ↑ Yan Ni. "蓝可儿事件将上大银幕 高圆圆有望演女主角" [Actress Gao Yuanyuan expected to play Elisa Lam on big screen]. Xi'an Evening News (Chinese). August 5, 2013. February 10, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 10, 2015.