Elmar Huseynov Mesqci - Wikipedia
Elmar Afis oğlu Hüseynov (1971, Bakı) — boks idman növü üzrə SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq Dərəcəli Hakimdir.
Elmar Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1971 |
Doğum yeri |
Həyatı
redaktəElmar Hüseynov 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə 154 nömrəli orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dəvlət Bədən Tərbiyəsi İnstitutunun “Pedaqoji” fakültəsinə daxil olub. 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1996-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya ixtisası üzrə aspiranturaya qəbul olunmuş və 1999-cı ildə psixologiya üzrə fəlsəfə doktorluq dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Ailəlidir.
Fəaliyyəti
redaktəElmar Hüseynov 1996-ci ildən - 2008-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Psixologiya” kafedrasında dərs demişdir. 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Ağırlıq qaldırma və boks” və “Pedaqoqika və psixologiya” kafedralarında müəllim vəzifəsində işə qəbul olunmuşdur, 2000-ci ildən baş müəllim, 2002-ci ildə dosent, 2010-cu ildən isə - professor vəzifəsində işləmişdir. 2008-2015-ci illərdə “İdman Təkmübarizliyi” fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2003-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Dosent, 2014-ci ildə isə Professor elmi adlarına layiq görülmüşdür. 2016-2018-cı tədris illərində müqavilə əsasında Türkiyə Respublikası, Trabzon şəhərində yerləşən Avrasya Universitetində Psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2018-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasında professor vəzifəsində çalışır.
Əsərləri
redaktəElmar Hüseynov 160-a yaxın elmi əsərin müəllifidir. Müəllif və həmmüəllif olduğu: “Boks”, “Yaş Psixologiyası”, “Boksda Terminologiya”, “Psixoloji korreksiya işi”, “Yarış fəaliyyətinin psixologiyası”, “Boksçuların psixoloji hazırlığı”, “Спортивная психология”, “Bədən Tərbiyəsi Nəzəriyyəsi və Metodikası”, “Boksda tədqiqatlar”, “Boksda hərtərəfli hazırlığın elmi-metodiki əsasları”, “Исследование психологических аспектов влияющих на процесс обучения студентов”, “Qadın boksu”, “Boksda məşq və yarış fəaliyyətinin strukturu və məzmunu”, “Referi”, “Yeniyetmə boksçuların ilkin hazırlığı”, “Fiziki tərbiyə müəlliminin peşə fəaliyyətinin pedaqoji-psixoloji əsasları”, “Психологические особенности формирования личности студента” – adlı kitabları geniş oxucu kütləsi tapmışdır.
Mükafatları
redaktəElmar Hüseynov İdman sahəsində və elmdə göstərdiyi xidmətlərə görə 2003-cü ildə “XXI əsrin gənc alimi” beynəlxalq diplomla təltif olunmuşdur. 2008-ci ildə Azərbaycan Respublikası Gənclər Parlamenti tərəfindən “Ən qayğıkeş Dekan” lauriyatı üzrə müsabiqədə tələbələr tərəfindən seçilib fəxri diplomla təltif olunmuşdur. Dövlət idman siyasətinin həyata keçirilməsində, bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə, kütləvi informasiya vasitələri və mətbutda daimi ünsiyyətə görə dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur