Elnur Allahverdiyev Futbolcu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Futbolçu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Elnur Allahverdiyev (2 noyabr 1983[1][2], Bakı) — Azərbaycan futbolçusu. Elnur Allahverdiyev 1983-cü il, noyabrın 2-də Bakı şəhərində anadan olub. Uşaq vaxtlarından futbolla məşğul olmağa başlayıb. Məktəb illərindən futbola marağı və həvəsi daha da artıb. Bu həvəs ona futbolla peşəkar məşğul olmağına səbəb olub. Azərbaycan millisinin formasını geyinərək (39 oyun), «Neftçi», «Qarabağ», «Şəfa», «Xəzər Lənkəran», «Turan», MOİK, «Qəbələ» kimi klublarda oynayıb
Elnur Allahverdiyev | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Elnur Fəzahir oğlu Allahverdiyev | |||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 2 noyabr 1983[1][2] (41 yaş) | |||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||
Boyu | 184 | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 79 kq | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Futbola ilk olaraq həvəskar komandalarda oynamaqla başlayıb. 1999-2000-ci illərdə 2 il müddətinə bu cür komandalarda oynayaraq təcrübə qazanıb. Futbolun sirlərinə yiyələnib. Daha sonra «Şəfa» klubuna dəvət alıb. Peşəkar karyerasına da həmin vaxt başlamış olub. Həmin dönəmlərdə komanda olaraq Azərbaycan çempionatında iştirak etdib. Bir müddət orada oynadıqdan sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdən tərxis olduqdan sonra «Turan Tovuz» klubu futbolçunu heyətinə dəvət etdi. Bu komanda ilə bir il oyunlara çıxıb. Daha sonra «Neftçi» klubunda 3 illik fəaliyyəti olub. «Neftçi”nin heyətində 2005-2008- ci illərdə oyunlara çıxıb. 2 il müddətinə də „Qarabağ“ klubuna transfer olub. 2010-cu ildən sonra futbol fəaliyyətini „Xəzər Lənkəran”da davam etdirib. Daha sonra „Qəbələ”yə transfer olub. Futbol karyerasını „Neftçi“ klubuna qayıtdıqdan bir müddət sonra elə həmin komanda da başa vurub
Əlavələr
redaktəUşaqlıq illərində unudulmaz, xoş xatirələrim çox olub. İndi təəssüf ki, onların hamısını xatırlaya bilmirəm. Yaddaşımda qalan unudulmaz anlar daha çox idmanla, futbol həyatımla bağlıdır. Həyatda əldə etdiyim uğurların da demək olar hamısı idmanla bağlı olub. İdman hər zaman həyatımın əsas parçası olub. Həyatda sözsüz ki, xoş günlərlə yanaşı, çətin günlərim də olub. Önəmli olan qarşılaşdığımız, yaşadığımız hər hadisədən düzgün nəticə çıxarmaqdır
Peşəkar futbolçu olmaq üçün nə etmək lazımdır?
redaktəƏslində, futbolçu olmaq çox çətindir. Futbolçuların xüsusi qida menyusu olmalıdır. Hər şeyi yemək olmaz. Buna xüsusən məşq günlərində daha ciddi əməl olunmalıdır. Yağlı qidalar, şirniyyatlardan uzaq durmaq lazımdır. Bu əlavə çəki artımına səbəb olur ki, oyunlar zamanı müəyyən cərimələrə gətirib çıxarır. Oyunqabağı yeyə biləcəyimiz xüsusi qidalar var idi. Buna görə də minerallı, zülallı qidalardan imtina edirdik. Hər oyundan öncə piy qatlarının ölçülməsi olurdu. Axşam saat 6-7-dən sonra yemək qəbul etməməyə çalışırdıq. Çünki qazanılan artıq çəki oyuna da öz mənfi təsirini göstərir. Sürətini, kordinasiyanı itirmiş olursan bu zaman
Yaxşı futbolçu olmaq üçün ilk olaraq məşqlərə ciddi yanaşmaq lazımdır. Ümumiyyətlə, mən belə düşünürəm ki, yalnız futbolda deyil, bütün idman sahələrində bu belədir. Əgər peşəkar idmançı olmaq istəyirsənsə, bunun üçün çox çalışmalısan, əziyyət çəkməlisən. Bunu əslində uşaqlıqdan bir vərdiş halına çevirmək lazımdır. Məşqlərə davamlı getmək, deyilənlərə, verilən tapşırıqlara düzgün əməl etmək mütləqdir. Çünki əziyyət çəkilən bütün işlərin sonunda müəyyən bir nailiyyət, uğur var. Zəhmətlə yanaşı, ailə dəstəyinin olması da mütləqdir.
Bəzən olur ki, insan müəyyən məqamlarda ruhdan düşə bilər, düşünürəm, bu zaman ailə öz sevgisi ilə, dəstəyi ilə övladına stimul verərək yenidən həvəsləndirməlidir
Bilirik ki, bir futbolçu üçün qol çox önəmlidir
redaktəQol vurmaq çox gözəl bir hissdir. Oyun zamanı qol vurulmazsa, qələbə qazana bilməzsən. Oyunun marağını artıran əsas faktorlardan biri də elə məhz qol məqamıdır. Fərq etmir bu qolun müəllifi sənsən ya digər komanda yoldaşlarındır. Ümumilikdə həmin qola komanda olaraq sevinirsən. Ən maraqlı, həyəcanlı qollar oyunun sonlarında vurulan qollar olur. Bu insana xüsusi bir xoşbəxtlik gətirir. Daha da həvəsləndirir, stimul mənbəyi olur. Mənim də belə qollarım olub
Bugünkü gənclərimizə nə kimi tövsiyələriniz var?
redaktəGənclərimizə uğurlu, gözəl həyat arzu edirəm. Həyatda hər zaman möhkəm, mübariz, zəhmətkeş olsunlar. Valideynlərinin nəsihətlərini dinləsinlər. Vətənə, millətə layiqli övlad kimi yetişsinlər. Ən önəmlisi vətənpərvər gənc kimi formalaşsınlar. Hansı sahəni seçmələrinə baxmayaraq o sahənin peşəkarı olmağa çalışsınlar. Dissiplinli olsunlar. ALLAH bütün gənclərimizin yolunu hər zaman açıq və işıqlı etsin