Elnur Huseynov Aktyor 1981 - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elnur Bəhrəmxan oğlu Hüseynov (2 avqust 1981, Xəzər, Neftçala rayonu) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
Elnur Hüseynov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Teatr | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı |
Mükafatları | |
tyuz.az |
Həyatı
redaktəElnur Hüseynov 2 avqust 1981-ci ildə Neftçala rayonu Xəzər kəndində anadan olub. Orta məktəbi 1984–1990-c; ildə Xəzər kənd orta məktəbində, 1991–1995-ci ildə Respublika İncəsənət Gimnaziyasında oxumuşdur. O, bir neçə dəfə rayonda keçirilən istedadlı uşaqların yaradıcılıq müsabiqələrində parodiya üzrə qalib olmuşdur. 1991-ci il iyun ayında Bakıda, indiki Heydər Əliyev sarayında keçirilən Ümum Respublika yaradıcılıq kollektivlərinin festivalında Neftçala rayonunu uğurla təmsil etmiş və münsiflər heyətinin, həmçinin tamaşaçıların böyük rəğbətini qazanmışdır.
Həmin konsertdən sonra Elnur Hüseynov, festivalın münsiflər heyətinin üzvü, bəstəkar Oqtay Rəcəbovun dəvəti ilə onun Bakı şəhərində yenicə təsis etdiyi Respublika İncəsənət Gimnaziyasına qəbul edilir.
Elnur Hüseynov gimnaziyada oxuduğu illərdə Ulduz Miriyeva, Həsən Əbluc, Ənvər Əbluc, Tofiq Tağızadə, Cahangir Mehdiyev, Ənvər Vəliyev, Firudin Mehdiyev, MəmmədKamal Kazımov kimi sənətkarlardan dərs almışıdr.
Onun gimnaziya illərində çəkildiyi "Arşın mal alan" (Soltanbəy), "O olmasın bu olsun" (Məşədi İbad) televiziya tamaşaları, Azərbaycan televiziyasının qızıl fondunda saxlanılır. O, həmçinin Azərbaycan televiziyasında yayımlanan "7–17", "Sübh Şəfəqləri" televiziya müsabiqələrinin və "Tələbə Klubu" əyləncəli proqramının fəal iştirakçısı olmuşdur.
1996–2002-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrində təhsil alıb.
İncəsənət Universitetində isə Nəzakət Qazıyeva, Sevil Babayeva, Könül Axundova, İlham Rəhimli və Ədalət Vəliyev kimi görkəmli pedaqoqlardan dərs almışdır.
Mükafatları
redaktə2017 ci il martın 10 — da " Fəxri mədəniyyət işcisi medalına layiq görlmüşdür. Gənc Tamaşacılar teatırnda 89-cu teatir mövsümünün bağlanışında Beynəlxalq teatr asossasiyasının təsis etdiyi " SİMA" mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1] 10 may 2022-ci ildə[2], 6 may 2023-cü ildə[3] və 9 may 2024-cü ildə[4] Prezident Mükafatına layiq görülmüşdür.
Yaradıcılığı
redaktəTeatr
redaktə1998-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yüksək dərəcəli aktyor vəzifəsində çalışır. Bu teatrda oynadığı rollar:
1. Aqil — ("Mənim ağ göyərçinim" T. Vəliyeva)
2. Azər — ("Mahmud və Məryəm" Elçin)
3. Uruz — ("Dədəm Qorqud" Ə. Dəmirçizadə)
4. Həbib — ("Büllur sarayda" İ. Əfəndiyev)
5. Musa — ("Ana laylası" İ. Coşğun)
6. Başkəsən Əhməd — ("Əlibaba və 40 quldur", Ərəb x. Nağılı)
7. Qaraçı — ("Qaraca qız" S. S. Axundov, A. Şaiq)
8. Çəpiş — ("Dovşanın ad günü" X. Əlibəyli)
9. Alverçi — ("Ələddinin sehrli çırağı" N. Kazımov)
10. Saqqızsatan — ("Olmuş əhvalat" A. Babayev)
11. Əli — ("Çimnaz xanım yuxudadır" S. Rüstəm)
12. Seymur, Xan — ("Güc birlikdədir" R. Tohidoğlu)
13. Robert — ("Zorro" İspan xalq rəvayətlərinin motivləri əsasında)
14. İkinci musiqiçi — ("Nənənin kələyi" Ə. Orucoğlu)
15. Qaskon, rikard ("Məzəli hadisə" K. Qoldoni)
16. Mustafa ("Mustafa" O. Asena)
17. Çoban -("Tıq-tıq xanım" A. Şaiq)
18. Anton — ("Şeyx Sənan", H. Cavid)
19. Vəliqulu — ("Məkkəyə gedən yol", C. Məmmədquluzadə)
20. Şelkunçik — ("Şelkunçik", E. T. A. Hofman)
21. Noe ("Oliver Tvistin macəraları" Ç. Dikkens)
22. Tofiq — ("Mən səni sevirəm -MSS" Ə. Əmirli)
23. Benvolio — ("Romeo və Cülyetta" U. Şekspir)
24. Şahbaz bəy — ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə)
25. Tülkü — ("Şahzadə Xəzərin nağılı" K. Ağabalayev, N. Kazımov)
26. Ağpapaq, Qarapapaq, Çalpapaq, Gülpapaq — ("Dörd əkizin nağılı" P. Pançev)
27. Cüzeppe — ("İtalyansayağı xoşbəxtlik" D. Fo, P. Filippo)
28. Hestins — lord — ("III Riçard", U. Şekspir)
29. Çəpiş — ("Dovşanın ad günü" X. Əlibəyli)
30. Alabaş — ("Möcüzəli turp" Rus Xalq nağılı)
31. Lici — Qarya — ("Qohumlar" V. Şuqrayeva, Ə. Əmirli)
32. Zeyd — ("Leyli və Məcnun" M. Füzuli)
33. Fariz — ("Yarımçıq qalmış" Y. Abramov, L. Bəyim)
34. Məlikməmməd — ("Məlikməmməd" Azərbaycan Xalq nağılı)
35. Admiral – ("Qulliver cırtdanlar ölkəsində" Conartan Svift)
36. Bədheybət – ("Hörümçək adam" Sten Li)
Kino
redaktə1. "İyirminci ilin soyuq yayı" (Tahir) Polşa filmi.
2. "Jurnalist" (Əsgər) Ntv Rusiya.
3. "Mı, vam abyavlyaem vam vaynu" (Dukas) Ntv Rusiya.
4. "Xoca" (Zabit) Ans tv.
- Son iclas (film, 2018) — rol: Məhəmməd Əmin Rəsulzadə (cavanlığı) 2. Buta (film, 2011) — film səsləndirən: kəndə gələn menecer (Elnur Kərimov)
Çəkildiyi teleseriallar
redaktə1. "Ağabəyovlar" (Sadiq) Ans tv.
2. "Qaynana" (Daşdəmir), Xəzər tv.
3. "Həyat sən nə qəribəsən" (Cavid) Xəzər tv.
Aparıcısı olduğu uşaq verilişləri — 2006–2015.
redaktə1. "Bala Dili" Ans tv.
2. "Ala Bula" Lider tv.
3. "Mən böyümüşəm" Space tv.
İstinadlar
redaktə- ↑ President.Az. "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.12.2018. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.