Elsmir Adasi - Wikipedia
Elsmir (ing. Ellesmere Island, fr. Île d'Ellesmere) — Kanadanın ucqar şimalda yerləşən, Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelizaveta adaları qrupuna daxildir. Nunavut vilayətinin Kikitani ərazisində yerləşir. Adadan şərqdə Kanada ilə Qrenlandiyanın dövlət sərhədi keçir.
Elsmir adası | |
---|---|
ing. Ellesmere Island, fr. Île d'Ellesmere | |
Ümumi məlumatlar | |
Sahəsi | 196236 km² |
Uzunluğu |
|
Eni | 440 km |
Hündür nöqtəsi | 2616 m |
Əhalisi | 146 nəfər (2006-cı il) |
Yerləşməsi | |
80°10′00″ şm. e. 75°05′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada ərazisində nəsli kəsilmiş heyvan qalıqlarına rast gəlinir.
Coğrafiyası
redaktəAdanın sahəsi 196 236 km² təşkil edir[1]. Kanadanın sahəsinə görə üçüncü, dünyada isə onuncu yerdə gedir. Ən hündür nöqtəsi Barbo zirvəsidir (2616 м), üstəlik bu zirvə Nunavut vilayətinin ən hündür zirvəsidir. Kolumbiya burnu adanın və Kanadanın ən ucqar şimal nöqtəsidir.
Adanın görünüşündən əsasən üç şeyə şahidlik etmək olar, qarlı çöllərə, çılpaq qayalara və buzlaqlara. Sahilləri kəskin parçalanmışdır və Fiordlarla zəngindir. Adanın ərazisinin ⅓ buzlaqlarla örtülüdür.
Qütb gündüzləri və gecələri təxmini olaraq beş ay davam edir.
İqlim
redaktəArktik qütb iqliminə malikdir. İlin böyük qismi ətraf suları buzla örtülü olur. Adanın havası qışda çox sərt olur. Temperatur hətta −50°S qədər enə bilir. Yay ərzində təsadüfü hallarda temperatur +7°S keçir. Ancaq cənub hissələrində bəzən +21 °S çatır.
İl ərzində yağıntının miqdarı 60 mm təşkil edir və əsasən qar halında düşür. Qar öztüyü çox nazik olur. Güçlü şaxtalar səbəbindən buxarlanma zəif olur. Bu isə adada rütubətliyin zəif olmasına səbəb olur.
Bitkilər aləmi
redaktəBitkiləri əsasən arktik səhralar və tundra bitkiləridir. Böyük hissəsi Şimali Amerika ekoloji qütb tundurası bölgəsinin (High Arctic tundra) mühüm hissəsini təşkil edir və burada olan canlılar böyük qismi Ümumdünya vəhşi təbiət fonduna daxildir[2].
Yayda ərazinin buzdan azad olmasına baxmayaraq bu kənt təsərrüfatının əkinçilik sahəsi ilə məşğul olmağa imkan vermir. Belə ki yayda torpaq cəmi bir becə santmetr buzdan azad olur. Təkcə bəzi ərazilərdə talalar şəklində, küləklərin təsirindən uzaq ərasilərdə bəzi bitkilər əkilir.
Ərazidə ancaq Heyzen gölü ətrafında arktik vahə yaranır. Burada yaşıl çəmənlik yaranır. cil, söyüd, erikakimilər və daşdələn kimi bitkilər geniş yayılmışdır.
Heyvanlar aləmi
redaktəHeyvanlar aləminə gəldikdə bitkilərə nisbətən zəngindir. Adada yaşayan Qütb dovşanı, Müşk öküzü, Piri karibusu kimi canlılar cənuba koç etmirlər. Elsmir və yaxınlıqda yerləşən adalarda Melvil ada canavarı (Canis lupus arctos) yaşayır, Adi canavarın sinfinə daxildir. Ağ və açıq boz rəngli xəzə malikdir.
Adada yay mövsümü çoxlu sayda quş yuva qurur. Burada qütb bayquşu, qütb susüpürəni. Daimi yaşayan quşlardan adi şimal sərçəsi və tundra turacı kimi quşları göstərmək olar.
İqlimin sərt olması səbəbindən canlılar aləminin nəsil artırma qabiliyyətinə mənfi təsir göstərir. Bu səbəbdən 1988-ci ildə Heysen gölü daxil olmaqla adanın bir hissəsində milli park yaradılmışdır.
Tarixi
redaktəAdaya ilk insanlar antik dövrdə Sibirdən gəlmişdir. 1250-ci ildə adaya gələnlərin ikinci dalğası yaranır və Tule şəhəri salınır. Bunlar indiki Eskimoslar əcdadları hesab edilir. Sərt iqlim səbəbindən ada XVIII əsrdən insanlar tərəfindən tərk edilmişdir.
Belə,deyilir ki, ada 1616-cı ildə Uliyam Baffin tərəfindən kəşf edilmişdir. 1852-ci ildə adaya ingilis dövlət xadimi, yaxıçı və araşdırmaçı Qraf Elsmir, Frensis Eqertonun (1800–1857) şərəfinə onun adı verilmişdir.
Əhalisi
redaktəƏrazisinin böyüklüyünə baxmayaraq 2006-cı il məlumatına əsasən adanın daimi əhalisi 146 nəfər təşkil edir.[3][4]. Elsmirdə üç daimi yaşayış məntəqəsi vardır: Alert, Yurika və Qris-Ford.
İstinadlar
redaktə- ↑ "Canadian Encyclopedia. Ellesmere Island". 2010-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.
- ↑ "World Wildlife High Arctic tundra". 2009-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.
- ↑ "Statistics Canada". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-07.
- ↑ "2006 census". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.