Emin Efendiyev - Wikipedia
Emin Efendiyev - Wikipedia - Haqqında Məlumat
Emin Əfəndiyev (d. 1987) — rejissor. Bir neçə qısametrajlı bədii və sənədli filmlər çəkib. Filmləri bir neçə festivalın qalibi olub.
Emin Əfəndiyev | |
---|---|
Emin Əfəndiyev | |
Doğum tarixi | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 2007-indiyədək |
Həyatı
redaktəEmin Əfəndiyev 1987-ci ildə anadan olub. 2009-cu ildə İncəsənət Universitetinin "kino şöbəsi" – rejissor Yalçın Əfəndiyevin kursunu bitirib.[1] Bir neçə qısametrajlı bədii və sənədli filmlər çəkib.
Mükafatlar
redaktə2007-ci ildə keçirilmiş “Start” Beynəlxalq Tələbə Filməri Festivalının qalibidir.[1]
Beynəlxalq Audio-Vizual Festivalın mükafatçısıdır.[1]
İdman və Turizm Nazirliyi tərəfindən "ilin rejissoru" seçilib.[1]
2016-cı ildə "Hədiyyə" qısametrajlı filmi “Azərbaycan ailəsi 2016” film festivalında “Ən yaxşı bədii film” nominasiyası üzrə qalib olub.
Filmoqrafiya
redaktə- 0:1... (film, 2007) (qısametrajlı bədii film) (quruluşçu rejissor; ssenari müəllifi)[1]
- Abşeron abidəsi (film, 2009) (qısametrajlı sənədli film) (rejissor; ssenari müəllifi; montajçı)
- Yuva (film, 2012) (qısametrajlı bədii film) (quruluşçu rejissor)
- Əmi. Yelmar Edilov (film, 2014) (qısametrajlı sənədli film) (rejissor; montajçı)
- Hədiyyə (film, 2016) (qısametrajlı bədiii film) ("Hədiyyə" qısametrajlı filmi: rejissor)[1]
- Nar bağı (film, 2017) (tammetrajlı bədii film)[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır" ( (az.)). azadliq.org. 2016-08-21. 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.