Emu Muharibesi - Wikipedia
Emu müharibəsi — Avstraliya ordusu və emu dəvəquşuları arasında 1932-ci ildə başlayan müharibə. Müharibə 1 həftə davam etmiş və 2500 emunun öldürülməsi ilə bitmişdir.[1]
Ümumi məlumat
redaktəAvstraliyanın qərbində sayları həddindən çox olan, emuların məskunlaşması ərazidə ərzaq və su qıtlığına səbəb oldu. Müharibə zamanı pulemyotlarla silahlanmış əsgərlər emuların üzərinə hücuma keçdilər. Hər bir əsgər iki pulemyotla silahlanmışdı. Bu əməliyyatda 2500 emu öldürüldü.
Arxa fon
redaktəBirinci Dünya müharibəsindən sonra, müharibədə xidmət etmiş veteranlara Avstraliya hökuməti tərəfindən Qərbi Avstraliya daxilində, çox vaxt kənd təsərrüfatı təyinatlı torpaqlar verilirdi. 1929-cu ildə Böyük Depressiyanın başlaması ilə hökumət subsidiya şəklində yardım vəd edib fermerləri buğda məhsullarını artırmağa təşviq etdi lakin vədinə sadiq qala bilmədi. Vəd edilmiş subsidiyalara görə, buğdanın qiyməti aşağı düşməkdə davam edirdi. Təxminən 20.000 emusun gəlməsi ilə fermerlərin çətinlikləri daha da pisləşdirdi. Emular çoxalma dövründə daxili bölgələrdən sahilə doğru miqrasiya edirlər. Emular əkinçilik üçün nəzərdə tutulan bu torpaqların əlverişli olduğunu başa düşdülər və sahələrə girməyə başladılar. Onlar məhsulu yeyir, korlayır və hasarlarda dovşanların girə biləcəyi qədər böyük dəliklər buraxırdılar.[2]
1932-ci lin oktyabrında emulara "müharibə" elan edildi.[2]
İstinadlar
redaktə- ↑ "Tarixin ən qəribə 5 müharibəsi". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-06.
- ↑ 1 2 Johnson, Murray. "'Feathered foes': soldier settlers and Western Australia's 'Emu War' of 1932". Journal of Australian Studies. 30 (88). 2006: 147–157. doi:10.1080/14443050609388083. ISSN 1444-3058.Şablon:Page number needed