Eremina Desertorum - Wikipedia
Eremina desertorum (lat. Eremina desertorum) — heyvanlar aləminin stylommatophora dəstəsinin helicidae fəsiləsinin eremina cinsinə aid heyvan növü.[1][2][3] Misir[4] və İsrailin səhralıq ərazilərində yaşayır.[5]
Eremina desertorum | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Sinif: Yarımsinif: İnfrasinif: Koqorta: Yarımkoqorta: Dəstəüstü: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Eremina desertorum |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Uzunömürlülüyü
redaktəMisirdən olan bir nümunə ölü hesab olunaraq 1846-cı ilin martında kataloq kartoçkasına yapışdırılaraq Britaniya Muzeyinə gətirilmişdir. Lakin 1850-ci ilin martında hələ də sağ olduğu kəşf olunmuşdur.[6] Kanada yazıçısı Qrant Allen bu vəziyyəti müşahidə etmişdir:[7]
Muzey işçiləri dostumuz üçün isti vannanın hazırlanmasına dair göstəriş verdilər (bundan sonra elmin duyğusuz olduğu kim deyə bilər ki!). Buna minnətdar olan ilbiz tanış nəmliyin toxunuşu ilə oyanaraq başını diqqətlə qabığından çıxardı, vannanın yuxarısına dırmaşdı və dörd ədəd göz budaqları ilə Britaniya institutlarını ötəri kəşf etməyə başladı. Əshabi-Kəhf insanlarının oyanması ilə eyni dərəcədə uzun müddət davam edən bu yuxudan oyanma o qədər qəribə idi ki, müstəsna elmi tanınmağa layiq idi. |
Muzey bu nümunəni böyük şüşə bankaya qoymuşdur. İlbiz kələm yarpaqları qidalaraq daha iki il yaşamışdır.[8] Bu müddət ərzində bir daha anabioz vəziyyətinə daxil olmuş və bir daha anabioz vəziyyətindən çıxmışdır.[8]
Növbəti tədqiqatlar bu növün qida və su olmadan daha müddət keyimə vəziyyətində sağ qala bildiyini göstərmişdir. 1904-cü ildə 40 ilbiz təcrübə məqsədilə qalay qutuya qoyulmuşdur. Təxminən 8 il sonra – 1912-ci ildə 10 ilbizin hələ də sağ olduğu məlum olmuşdur.[9]
İstinadlar
redaktə- ↑ Eremina desertorum // Encyclopedia of Life. 16 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2015.
- ↑ Fahmy, O. G. "Oogenesis in the desert snail Eremina desertorum with special reference to vitellogenesis". Q J Microsc Sci. 90 Pt. 2 (2). June 1949: 159–81. PMID 18132293.
- ↑ Hassan, Kamaleldin M. "Stable isotopic signatures of the modern land snail Eremina desertorum from a low-latitude (hot) dry desert – A study from the Petrified Forest, New Cairo, Egypt". Chemie der Erde – Geochemistry. 75 (1). 2015: 65–72. Bibcode:2015ChEG...75...65H. doi:10.1016/j.chemer.2014.09.002. ISSN 0009-2819.
- ↑ Ali, Reham F.; Neiber, Marco T.; Walther, Frank; Hausdorf, Bernhard. "Morphological and genetic differentiation of E remina desertorum ( G astropoda, P ulmonata, H elicidae) in E gypt". Zoologica Scripta (ingilis). 45 (1). January 2016: 48–61. doi:10.1111/zsc.12134. ISSN 0300-3256.
- ↑ Arad, Zeev. "Water relations and resistance to desiccation in three Israeli desert snails, Eremina desertorum, Euchondrus desertorum and Euchondrus albulus". Journal of Arid Environments. 24 (4). 1993-05-01: 387–395. Bibcode:1993JArEn..24..387A. doi:10.1006/jare.1993.1032. ISSN 0140-1963.
- ↑ "The desert snail at once awoke and found himself famous". MetaFilter. 17 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2015.
- ↑ Allen, Grant. Falling in Love; With Other Essays on More Exact Branches of Science. London: Smith, Elder & Co. 1889. 2024-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-25.
- ↑ 1 2 Hamilton, James. Excelsior: Helps to Progress in Religion, Science, and Literature. 1. James Nisbet and Co. 1854. 344–45.
- ↑ Smith, E. A. Proceedings of the Malacological Society of London. 10, 1912—1913. London: Dulau & Co. 1913. 49.