Etibar Ismayilov Kimyaci - Wikipedia
Etibar Hümmət oğlu İsmayılov — Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Fiziki, fiziki-kimyəvi tədqiqatlar" şöbəsinin və "Kataliz problemlərinin spektroskopik metodlar ilə tədqiqi" laboratoriyasının müdiridir, kimya elmləri doktoru, professor[1][2]
Etibar İsmayılov | |
---|---|
Etibar Hümmət oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA-nın Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti, M.F.Axundov adına Xarici Dillər İnstitutu |
Həyatı
redaktəEtibar İsmayılov 4 may 1951-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə Bakıda 176 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin kimya fakültəsini və M. F. Axundov adına Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik (1970–72) kursu fərqlənmə diplomları ilə bitirmişdir. 1972–75-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Sibir bölməısinin Kataliz İnstitutunun aspirantı olmuş və 1976-cı ildə orada 02.00.04-fiziki kimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981–82-ci illərdə SSRİ EA Sibir bölməsinin Kataliz (Novosibirsk), 1983–84-cü illərdə SSRİ EA Üzvi kimya (Moskva) İnstitututlarının doktorantı olmuşdur. 1988-ci ildə 02.00.15-kimyəvi kinetika və kataliz ixtisası üzrə "Katalitik sistemlərdə paramaqnit mərkəzlər və onların iştirakı ilə gedən reaksiyalar. Kiçik kütləli olefinləri dimerləşdirən oksid və metalkompleks katalizatorların dizaynı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fiziki kimya ixtisası üzrə 1985-ci ildə baş elmi işçi və 1997-ci ildə professor elmi adlarını almışdır. Spektral tədqiqat metodlarının kimyanın müxtəlif, əsasən də səth kimyası və kataliz sahələrinə tətbiqi, kimyəvi reaksiyaların qeyri-stabil, aralıq birləşmələrinin quruluşunun, reaksiyayagirmə qabiliyyətinin, kinetika və termodinamikasının, ümümiyyətlə, kimyəvi reaksiyaların mexanizminin tədqiqi sahələri üzrə tanınmış ixtisasçıdır, keçmiş SSRİ-nin, MDB və digər xarici ölkələrin, Azərbaycanın elmi nəşrlərində[3] dərc edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 6 ixtiranın müəllifidir, bu sahələrdə keçirilmiş beynəlxalq, respublika səviyyəli simpozium, konfrans və qurultayların iştirakçısı, müfəffəqiyyətlə müdafiə edilmiş 10 namizədlik dissertasiyasının rəhbəri olmuşdur.
1978–1990-cı və 1998–2000-ci illər ərzində Bakı Dövlət Universitetinin kimya (1978–90) və fizika (1998–2000) fakültələrində baş müəllim və professor kimi fəaliyyət göstərmiş, fiziki tədqiqat metodlarının kimyaya tətbiqi, analitik kimya, radikal kimyası, neft fizikası, yüksək molekullu birləşmələr fizikası və elmi tədqiqatın əsasları kursları üzrə mühazirələr oxumuş, diplom işlərinə rəhbərlik etmişdir.
Professor Tariyel İsmayılovun qardaşıdır.
Əsas elmi nailiyyətləri
redaktəOnun əsas elmi nailiyyətləri fiziki, fiziki-kimyəvi, xüsusi ilə spektrometrik tədqiqat metodlarının katalizin fundamental və tətbiqi xarakterli problemlərinin həllində istifadəsi ilə bağlıdır və əsas elmi nəticələri cütləşməmiş spini olan maqnit təbiətli komplekslərin, radikalların, mərkəzlərin, para-, superpara-, ferromaqnit zərrəciklərin quruluşu, katalitik xassələrinin tədqiqi sahəsində alınmış və SCİ (Science Citation İndex) bazasına daxil olan jurnallarda, beynəlxalq konfrans və simpoziumların materiallarında çap olunmuşdur. E. H. İsmayılovun rəhbərliyi ilə in situ, katalitik reaksiyaların reallaşdığı şəraitdə aktiv mərkəzlərin identifikasiyasına və onların iştirakı ilə gedən reaksiyaların mexanizminin tədqiqinə imkan verən, spektroskopik (ESR, MS) və adsorbokinetik metodların birgə tətbiqinə əsaslanan eksperimental kompleks yığılmış və onun istifadəsi ilə kataliz sahəsində fundamental və praktiki baxımdan əhəmiyyət kəsb edən elmi nəticələr alınmışdır. Hal-hazırda elmi tədqiqatların əsas istiqamətləri: -Maqnit xassəli mərkəzlərin iştirakı ilə gedən katalitik reaksiyaların, bu reaksiyalarda ölçü effektlərinin tədqiqi; -insitut şəraitdə katalitik reaksiyaların tədqiqinin optik, elektron maqnit rezonansı və xromato-mass-spektrometrik metodların birgə tətbiqi imkanlarının araşdırılması və tədqiqi metodikalarının işlənməsidir.
Elmi – təşkilati fəaliyyəti
redaktə- E. H. Ismayılov Azərbaycan Prezidenti yanında Ali Attestasiya komissiyasının kimya şurasının üzvü (1994–1998) və elmi katibi (1998–2000) olmuşdur,
- Beynəlxalq maqnit rezonansı cəmiyyətinin üzvü,
- Rusiya Petrov elm və İncəsənət Akademiyasının müxbir üzvü,
- AMEA NKPİ-nun Elmi Şurasının üzvüdür.
- Avropa Birliyinin Tempus Tasis Komitəsi tərəfindən maliyyələşdirilmiş (1999–2001-ci illər) ekologiya üzrə magistr səviyyəsində ixtisasçıların hazırlanması layihəsinin müəlliflərindən biri,
- 2002–2004-cü illərdə Tasis komitəsinin "Cənubi Qafqazın su hövzələri" adlı beynəlxalq layihəsinin Azərbaycan tərəfdən analitik tədqiqatlar üzrə eksperti,
- 2005-ci ildə Kanadanın universitetləri və kollecləri ilə elmi əməkdaşlıq,
- 2008-ci ildə ANAS-ANSF-CRDF "From Idea to Market" Step Workshop proqramlarının iştirakçısı olmuşdur.
- 2010-cu ildən Azərbaycan Prezidenti yanında Elmin inkişafı fondu tərəfindən maliyyələşdirilən 2 layihənin iştirakçısıdır.
Əsas elmi əsərlərin adları
redaktə- Влияние предадсорбированной окиси углерода на SnO2 и ZnO на образование ион-радикалов кислорода // Докл. АН СССР, 1974, т.216,
- Сопряжение процессов окисления-восстановления катализатора как причина появления механизма с низкой энергией активации в реакции окисления СО на окиси цинка // Докл. АН СССР, 1974, т.216,
- Kinetic regularities of the interaction of O2- with benzene and toluene on Mo-Mg oxide// 6. React. Klnet. Catal. Lett., 1986, v.32, № 1, pp. 9–14
- Mass-Spectrometrie and EPR Studies of Methane Interaction with Re-Al-O oxide Catalysts//React. Klnet. Catal. Lett., 1991, v.44, № 1
- Thermoprogrammed reaction of Methane with Re, Pt-contained oxides //React. Klnet. Catal. Lett., 1991, v.45, № 2
- Controlled Method for Preparation and Characterization of Nanostructured Carbon Based Fe, Co -Containing Catalysts // Nanosciences and Nanotechnologies: An Intern. Journal (NIJ), 2012 Vol. 02: Issue 01, pp. 1–10.
- Comparative XRD, XRF and SEM Studies of Phase compositions and elemental distributions for Fe, Co — containing catalysts // Material science AIJ,2013, Vol. 09, Issue 06, pp. 209–216.
- Morphology study for carbon nanostructered iron catalysts based on the difference in the gaseous medium and the thermal treatments // J. Nano. Adv. Mat. 1, 2013, No. 1, pp. 9–21.
- Bimetallic aluminum complexes modified with chloride ions of Mn (II), Fe (III), and Ni (II) for pyrocondensate oligomerization // International Research Journal of Pure & Applied Chemistry, 2013, vol.3, iss.4, p. 428–440
İstinadlar
redaktə- ↑ http://www.nkpi.az/?page=directorate&id=21[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.
- ↑ Докл.АН СССР, 1974, 79, 85, 87, Изв. АН СССР, 1976, 92, Координационная химия 1984,1986,1987, Химия высоких энергий, 1987, Прикладн.химия, 2010, Физическаяхимия, 2011, React. Kinet. Catal. Lett., 1975, 77, 78, 79, 82, 83, 85, 86, 87, 91, Acta Polimerica, 1990, Turk. J.(Physics), 1996, Turk. J.(Chemistry), 1996, Azərb. Kimya Jurn., Neft kimyası prosesləri və Neft emalı, 2002, 2003, 2005 2006, 2008, 2011, Azərb. Neft təsərrüfatı, Azərb. EA məruzələri, AMEA. Fizika Jurnalı, BDU-nun Xəbərləri