Etnik Qrup - Wikipedia
Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir.
Etnik qrup — etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə "milli azlıq" kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında "milli azlıq" və "etnik azlıq" (qrup) çox zaman adekvat kimi işlənilir.[1] Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir.
Azərbaycanda etnik qruplar
redaktəAzərbaycanda ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar kimi onlarla fərqli etnik qrup yaşayır. Etnik qruplar tatlar, talışlar, kürdlərin dilləri – Avropa dil ailəsinin İran budağına aiddir. Qafqaz dilli xalqlar isə ləzgilər, avarlar, saxurlar, udinlər, buduqlar, qrızlar, xınalıqlar, yengiloylardır ki, bunlar da başlıca olaraq Azərbaycanın şimalşərq və şimal-qərb rayonlarında məskunlaşmışlar.
İstinadlar
redaktə- ↑ Azlıq Anlayışı, Cavid, Xalq Cəbhəsi.- 2016.- 22 aprel.- S.13http://www.anl.az/down/meqale/xalqcebhesi/2016/aprel/486773.htm Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine
Mənbə
redaktə- N. Quliyeva "Etnoqrafiya və etnologiya", Bakı-2009
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |