Eurofighter Typhoon - Wikipedia
Eurofighter Typhoon — Avropa Birliyi istehsalı olan çoxfunksiyalı, cüt mühərrikli delta qanad qırıcıdır.
Eurofighter Typhoon | |
---|---|
Eurofighter Typhoon | |
Tipi | çoxfunksiyalı, cüt mühərrikli delta qanad qırıcı. |
İstehsalçı | Eurofighter GmbH |
İlk uçuş | 27 mart 1994 |
İstismara verilmə tarixi | 4 avqust 2003 |
Status | Hal-hazırda aktiv şəkildə istifadə edilir |
İstismarçılar | |
İstehsal ili | 1994 - davam edir |
Buraxılış sayı | 427(2015 yanvar)[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Onun dizaynı Fransanın Dassault Rafale, İsveçin Saab JAS 39 Gripen və Rusiyanın MiQ Proyekt 1.44 hərbi təyyarələrinə əsaslanır. Çeviklik və inkişaf etmiş elektron sistemlər ən görkəmli xüsusiyyətlərindəndir.
Dizayn xüsusiyyətləri
redaktəÜmumi xassələri
redaktəİki Eurojet (Avrojet) EJ200 mühərrikinə malikdir. Tək və cüt pilot versiyaları var. Onun edə biləcəyi ən yüksək sürət saatda 2,390 km-dir.
Tarixi
redaktə1970-ci illərin ortalarında Fransa, Almaniya və Böyük Britaniya European Combat Aircraft (qısaca: ECA. Az: Avropa döyüş təyyarəsi) proqramını yaratdılar. 1979-cu ildə Europa Combat Fighter (ECF) proqramı konsorsium üzvlərinin ehtiyaclarına (məsələn, Fransanın daşıyıcı tələbi) uyğun olaraq yaradıldı. Bununla birlikdə, Europe Combat Fighter layihəsi 1981-ci ildə milli prototiplərin inkişafı və spesifikasiyalardakı çətinliklər səbəbindən ləğv edildi.
Daha sonra Almaniya, İtaliya və İngiltərə Çevik Döyüş Təyyarəsi (Agile Combat Aircraft -ACA) proqramı başlatdılar. Lakin Almaniya və İtaliya proqram üçün büdcə ayırmaqda çətinlik çəkdiyindən əməkdaşlıqdan çəkildikdən sonra İngiltərə bu proqramı öz başına davam etdirməyə qərar verdi. 1983-cü ildə İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya "Gələcək Avropa qırıcı təyyarəsi" (Future European Fighter Aircraft-F/EFA) layihəsinə başladılar. Layihənin missiyası həm qısa məsafədən qalxma, həm də görüş aralığından kənar (Beyond Visual Range) xüsusiyyətə malik olan qırıcı təyyarə yaratmaq idi.
1984-cü ildə Fransa, daşıyıcıya ehtiyacını təkrarladı və EFA layihəsinin rəhbərliyində iştirak etmək istədi. İngiltərə, Almaniya və İtaliya bu tələbə görə yeni EFA proqramı yaratdılar. Sonrakı illərdə Fransa öz ACX layihəsini (indiki Dassault RAFALE qırıcı təyyarəsi) həyata keçirmək üçün EFA layihəsindən rəsmi şəkildə geri çəkildi.
1985-ci ilə qədər İngilis Aviasiya Sənayesi (British Aerospace-BAe), EAP-ı Britaniya Aviasiya Sənayesinin Wartondakı bazasında az və ya çox başa çatdırmışdı. 1986-cı ilin avqustunda EAP ilk uçuşunu etdi və Eurofighter üçün bir istiqamət başladı. Eurofighterin dizayn işləri növbəti 5 il ərzində EAP məlumatlarından istifadə edilməklə davam etdi. Layihəyə daxil olan ölkələr tərəfindən əvvəlcə nəzərdə tutulan ehtiyaclar və istehsal aşağıdakılar idi; İngiltərə 250, Almaniya 250, İtaliya 165 və İspaniya 100. Bu rəqəm həm də layihədəki ölkələrin paylarına görə təyin olunmuşdu. Layihədəki ölkələrin payları belə idi; İngiltərə (British Aerospace) 33%, Almaniya (Daimler-Benz) 33%, İtaliya (Aeritelia) 21% və İspaniya (Construcciones Aeronáuticas SA) 13%.
1986-cı ildə Eurofighterin Münhen mərkəzli versiyası olan Eurofighter Jagdflugzeug GmbH-də buraxıldı. Bu versiya EuroJet Turbo GmbH tərəfindən idarə olunub, və Rolls-Royce, MTU, FiatAvio (indiki Avio) və ITP ilə ortaqlıqda istehsal olunmuşdur.
Eurofighterin ilk uçuşu 1994-cü il martın 27-də Messerschmitt-Bölkow-Blohmun test pilotu Peter Weger tərəfindən Bavariya (Almaniya) dolaylarında həyata keçirildi. (sınaq uçuşunda istifadə olunan prototip hazırkı Eurofighter EF 2000-dir). 1990-cı illər təyyarələrin inkişafı və layihənin həyata keçirilməsində olduqca məhsuldar olmuşdur.
Nəhayət, təyyarənin istehsalına dair razılaşma nəticəsində; İngiltərə 232, Almaniya 180, İtaliya 121 və İspaniya 87 Eurofighter sifariş etmişdir. Bunlardan 112-si Tranche-3A modelidir və İngiltərənin 40, Almaniyanın 31, İspaniyanın 20 və İtaliyanın 21 Tranche 3A modeli sifarişi var. Sifarişlərin ümumi dəyəri 9 milyard avrodur.[4]
Səhmlərin son forması aşağıdakı kimidir; British Aerospace 37%, DASA 29%, Aeritalia 19,5% və CASA 14%.
Ümumi xüsusiyyətləri
redaktə- Uzunluq: 15.96 m (52.4 ft)
- Ekipaj: 1
- Qanad uzunluğu: 10.95 m (35.9 ft)
- Qanad sahəsi: 51.2 m²
- Boş çəkisi: 11,000 kg (24.000 lb)
- Yüklü çəkisi: 16.000 kg
- Maksimum uçuş çəkisi: 23.500 kg (51.800 lb)
- Motor: 2 x Eurojet EJ200 afterburnerli turbofan
- Motor Gücü: 60 kN (13.500 lbf) hər biri
- Yanacaq tutumu: 5.000 kg (11.020 lb)
- Maksimum sürət:
- Yüksək hündürlükdə: (2495 km/s və ya 1550 mil)
- Dəniz səviyyəsində: Mach 1.25 (1530 km/s və ya 950 mph)
- Mənzil: 2900 km (1,800 mil)
- Servis Yarıçapı: 19812 m (65,000 ft)
- Dırmanma: 315 m/s (62.000 ft/dəq)
- İtələmə/Ağırlıq: 1.15
Silahlar
redaktə- Toplar: 27mm-lik Mauser BK-27 topuna malikdir
- Döyüş raketləri: AGM-84 Harpoon, AGM-88 HARM, AGM Armiger, AIM-9 Sidewinder, AIM-132 ASRAAM, AIM-120 AMRAAM, IRIS-T, MBDA Meteor, ALARMs, Storm Shadow (AKA "Scalp EG"), Brimstone, Taurus, Penguin
- Bombalar: Paveway 2, Paveway 3, Təkmilləşdirilmiş Paveway, JDAM
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2015-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-21.
- ↑ World Air Forces 2014. 2014.
- ↑ World Air Forces 2008. 2008.
- ↑ SavunmaSanayi.NET: , Eurofighter Tr-3'te son noktahttps://web.archive.org/web/20090804140211/http://www.savunmasanayi.net/eurofighter-tr-3te-son-nokta/eurofighter-tr-3te-son-nokta/ |tarix=4 Avqust 2009