Ezer Vayzman - Wikipedia
Ezer Vayzman (azərb. עזר ויצמן, 15 iyun 1924[1][2][…], Tel-Əviv, Britaniya Fələstini[1] – 24 aprel 2005[2][3][…], Kesariya[d], Hadera yarımdairəsi[d]) 1993-cü ildə seçilən və 1998-ci ildə yenidən seçilən İsrailin yeddinci prezidenti idi. Prezident olmadan əvvəl, Vayzman İsrail Hərbi Hava Qüvvələrinə komandanlıq etmiş və Müdafiə Naziri olmuşdur.
Ezer Vayzman | |
---|---|
ivr. עזר ויצמן | |
13 may 1993 – 13 iyun 2000 | |
Sonrakı | Moşe Katsav |
İsrailin müdafiə naziri[d] | |
20 iyun 1977 – 26 may 1980 | |
Knesset üzvü[d] | |
13 iyun 1977 – 20 iyul 1981 | |
Knesset üzvü[d] | |
13 avqust 1984 – 3 fevral 1992 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1924[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 aprel 2005[2][3][…] (80 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Dəfn yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, iş adamı |
Hərbi xidmət | |
Qoşun növü | Kral Hərbi Hava Qüvvələri |
Döyüşlər |
|
Rütbəsi | general-mayor, aluf[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəEzer Vayzman, 15 iyun 1924-cü ildə Fələstin Britaniya mandatında, Tel-Əvivdə Yexiel və Yehudit Vayzmanın ailəsində doğulmuşdur. Atası aqronom idi. O, İsrailin ilk prezidenti Xaim Veizmanın qardaşı oğludur.
O, Əkka və Hayfada böyüyüb və İvrit Reali Məktəbində təhsil alıb.[4] O, Moşe Dayanın həyat yoldaşı Rut Dayanın bacısı Reuma Şvarts ilə evlənmişdir və onların iki övladı var idi: Şaul və Mixal.
Vayzman döyüş pilotu idi. O, İkinci Dünya Müharibəsi zamanı, 1942-ci ildə qoşulduğu Britaniya Ordusunda təlim aldı. Misir və Liviyada Qərbi Səhra kampaniyalarında yük maşını sürücüsü kimi xidmət göstərdi. 1943-cü ildə Britaniya Kral Hərbi Hava Qüvvələrinə (HHQ) qoşularaq Rodiziyada aviasiya məktəbinə daxil oldu. 1945-ci ilə qədər Misir və Hindistanda HHQ ilə xidmət etdi. Vayzman HHQ-dakı xidmətini serjant-pilot olaraq başa vurdu.
1944–1946-cı illərdə o, Fələstin mandatında İrqun yeraltı təşkilatının üzvü idi. 1946–1947-ci illərdə İngiltərədə aeronautika üzrə təhsil aldı. 1947-ci ildə, təhsilini davam etdirərkən, o, Fələstin mandatında Britaniya qüvvələrinin komandanı olan General Evelin Barkerin öldürülməsi planında iştirak etdi. O və başqa bir İrgun üzvü Barkerin Londondakı evinin qarşısındakı yola mina qoymağı planlaşdırmışdılar, lakin Skotland Yardın şübhələrini cəlb etdikdən sonra İngiltərəni tərk edərək planı dayandırdı.[5]
Vəfatı
redaktəEzer Vayzman 24 aprel 2005-ci ildə Keysəriya şəhərindəki evində tənəffüs çatışmazlığı narahatlığından vəfat etmişdir. O, 80 yaşında idi. O, İsrail prezidentlərinin və baş nazirlərinin adətən dəfn edildiyi Herzl Dağında deyil, Or Əkiva şəhərindəki oğlu və gəlininin yanında dəfn edilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 חה"כ עזר ויצמן. Knesset.
- ↑ 1 2 3 4 Ezer Weizman // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Ezer Weizman // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Orme, William A. Jr.; Myre, Greg. "Ezer Weizman, Former President of Israel and Hero of 1967 War, Dies at 80". The New York Times (ingilis). 25 April 2005. ISSN 0362-4331. 8 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2024.
- ↑ Bethell, Nicholas. The Palestine Triangle : The Struggle for the Holy Land, 1935-48. G.P. Putnam's Sons. 1979. 307. ISBN 0-399-12398-9. OCLC 5325882. 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.
Xarici keçidlər
redaktə- Ezer Veyzman Knessetin saytında