Fuzuli Bayat - Wikipedia
Füzuli Bayat (Gözəlov Füzuli Xeyrulla oğlu; 28 aprel 1958 və ya 1958[1], Xırmandalı, Masallı rayonu) – folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor.[2]
Füzuli Bayat | |
---|---|
Füzuli Gözəlov | |
Digər adı | Bayat |
Doğum tarixi | 28 aprel 1958 (66 yaş) və ya 1958[1] |
Doğum yeri | |
Elm sahələri | türkologiya, folklorşünaslıq, filologiya[1], ədəbiyyatşünaslıq[1] |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili |
Həyatı
redaktəFüzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1990-cı illərdə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olmuş, 1990-cı ildə vaxtından 6 ay öncə müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Füzuli Bayat 1997-ci ildə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.[3]
1993-1995-ci illərdə "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olmuş, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışmış, ensiklopediyanın hazırlanmasında və məqalələrin yazılmasında iştirak etmişdir. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində çalışmışdır. 2003-cü ildən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi olmuş, 2012-ci ildə isə "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Elmi fəaliyyəti və mükafatları
redaktəFüzuli Bayat 18 iyun 2005-ci ildə Hüseyn Qazi Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən "Türk Kültür ve Bilimine Hizmet Ödülü"nə layiq görülmüşdür. 6 May 2006-cı ildə elmi əsərlərin birinciliyinə görə Türk Ocaqları Baş icraçı direktoru tərəfindən "Prof. Dr.Osman Turan Başarı Ödülü" almışdır.[4] 2007-ci ildə Samsun səhərində Şamanlıqla bağlı verilən çoxsaylı panel və konfranslara görə Ülkü Ocaqları tərəfindən mükafatla təltif olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə Azərbaycan folklorunun tədqiqi və təbliği sahəsindəki çoxillik səmərəli elmi fəaliyyətinə görə Füzuli Gözəlov Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Azərbaycan kütləvi informasiya vasitələri işçilərinin həmkarlar ittifaqı rəyasət heyətinin qərarı ilə 4 oktyabr 2012-ci ildə Füzuli Bayat "Azərbaycan Bayrağı" mükafatı ilə təltif olunmuşdur.
Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının qərarı ilə Azərbaycan Respublikasının milli-mənəvi dəyərlərinin qorunmasında, gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, ortaq türk ədəbiyyatı, müasir folklor sahəsində apardığı uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, türk xalqlarının müasir folklor tarixinin elmi araşdırılmasında göstərdiyi xidmətinə görə 2015-ci ildə "Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.
Füzuli Bayat Tükiyədə indiyə qədər işləyən xarici vətəndaşlar içində ən çox elmi əsərləri olan tədqiqatçı hesab edilir. O, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan başda olmaqla bir çox ölkələrdə 80-dən çox beynəlxalq simpoziumlarda, konfranslarda, qurultaylarda məruzə ilə iştirak etmişdir.
Füzuli Gözəlov Azərbaycan folklorunun və ədəbiyyatının təbliği, yayılması ilə bağlı da böyük işlər görmüşdür. O, Türkiyənin bir çox televiziya kanallarında Azərbaycan mədəniyyəti, folkloru ilə bağlı verilişlərdə iştirak etmiş, Azərbaycan televiziya kanallarında çoxsaylı verilişlərə qatılmış, "Klassik irsimizdən" verilişinin aparıcısı olmuş, hazırda İctimai TV-də "El sənəti" proqramının aparıcısıdır.
Füzuli Bayat, bu günə qədər 10 magistr və 8 fəlsəfə doktorunun dissertasiyasına rəhbərlik etmişdir.
Əsərləri
redaktəFüzuli Bayat 37 kitabın, o cümlədən, 24 monoqrafiyanın, 13 tərcümə və tərtib kitablarının və yüzlərlə elmi məqalənin müəllifidir.
|
|
|
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Bayat, Fuzuli // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ "Gözəlov (Bayat) Füzuli Xeyrulla oğlu" (az.). science.gov.az. 2018-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
- ↑ "Prof. Dr. Fuzuli Bayat (1958 - .... )" (türk). kimkimdir.gen.tr. 2018-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
- ↑ "FÜZULİ BAYAT" (az.). folklor.az. 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.