Fehle Ve Kolxozcu - Wikipedia
"Fəhlə və kolxozçu" (rus. «Рабо́чий и колхо́зница») — Sovet heykəltaraşlığı tarixində əbədiyyət qazanan əsərlərdən biri.[1] Bu əsər keçmiş SSRİ-nin sadəcə sənət deyil, həm də siyasi simvollarından biri olmuşdur.[1] Əsərin müəllifi SSRİ xalq rəssamı, 5 dəfə Stalin mükafatı laureatı Vera Muxinadır. Abidənin hündürlüyü 24,5 metr (pavilyon-postamentin hündürlüyü 34,5 metr), ümumi ağırlığı isə 185 tondur.[2]
Mənası
redaktəİşıqlı gələcək rəmzi[3] olan əsərin mənası fəhlə və kəndli ittifaqını oraq və çəkicin timsalında əbədiləşdirməkdir.[1]
Tarixi
redaktə"Fəhlə və kolxozçu" kompozisiyası 1937-ci ildə Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış[3] və Parisə aparılır. Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar. Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında belə yazmışdı:[1]
"Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik".[1]
Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib:[1]
"Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü. Biz bütün gecəni ondan danışırıq".[1]
Heykəli Eyfel qülləsinin yaxınlığında yerləşdirirlər.[1] Lakin parislilərin bu xahişi SSRİ rəhbərliyini qane etmir.[1] Heykəli Moskvaya gətirirlər və o, Moskvada Xalq Təsərrüfat Nailiyyətləri Sərgisində ucaldılır.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Savalan Fərəcov. Sovetlərin simvolunu yaratmış heykəltaraş[ölü keçid]. "Mədəniyyət" qəzeti, 10.06.2015 (az.)
- ↑ «Рабочий и Колхозница» встали на своё место за 47 миллионов рублей Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine — «Комсомольская правда»
- ↑ 1 2 Oktay. Heykəltəraş ömrü. Vera Muxina heç bir vaxt Stalinlə danışmayıb və onu yaxından görməyib Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Xalq Cəbhəsi" qəzeti, 14 dekabr 2012, səh. 13. (az.)
Xarici keçidlər
redaktə- «Рабочий и колхозница». Инфографика
- В. Николаев и П. Тарасенко. «Гигантская статуя из нержавеющей стали» Arxivləşdirilib 2013-05-21 at the Wayback Machine — ВСХВ. Советский павильон на Парижской выставке 1937 года
- Париж-37: «Рабочий и колхозница»
- «Железная парочка» Arxivləşdirilib 2014-04-19 at the Wayback Machine Огонёк, № 11, 12—18 марта 2007 года
- Архнадзор — Рабочий и колхозница 27 июля 2007
- «Рабочий и колхозница» вернулись на своё место у ВВЦ Arxivləşdirilib 2010-10-06 at the Wayback Machine
- Б. Руденко. «Рабочий и колхозница». Возвращение // «Наука и жизнь» № 11, 2009.
- Интервью с руководителем авторского коллектива по реставрации монумента Вадимом Церковниковым, передача «Своими глазами», радио «Эхо Москвы», 8.10.2010
- Суздалев П. «Рабочий и колхозница» // Новый мир, № 7, 1971.