Ferat Capagani - Wikipedia
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ.
Fərat çapağanı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Fərat çapağanı |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Təsviri
redaktəBöcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir.[1]
Həyat tərzi
redaktəŞoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar.
Yayılması
redaktəQərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Kateqoriyası və statusu
redaktəKritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır.
Məhdudlaşdırıcı amillər
redaktəŞoran torpaqlarının meliorasiyası və istifadə edilməsi.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəAzərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir. Şirvan Milli Parkında qorunur.[2]
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəŞirvan Milli Parkı ərazisində böcəklərin tutulmasını qadağan etmək lazımdır.
İstinadlar
redaktə- ↑ Fərat çapağanı[ölü keçid]
- ↑ Azərbaycanın Qırmızı kitabının I nəşri