Feriba Vefi - Wikipedia
Fəriba Vəfi (az.-əski. فریبا وفی, fars. فریبا وفی; 1962[1], Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. Bakıda ilk kitabı "Oyundan yorğun" "Qanun" nəşriyyatında 2007-ci ildə Lalə Cavanşirin fars dilindən tərcüməsində, Nərmin Kamalın ön sözü ilə nəşr edilmişdir.[2]
Fəriba Vəfi | |
---|---|
az.-əski. فریبا وفی fars. فریبا وفی | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vətəndaşlığı | İran |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Yazıçı |
Əsərlərinin dili | fars dili |
İlk əsəri | Səhnənin dərinliklərində |
Tanınmış əsərləri |
Zirzəmi quşu Tibet arzusu |
Həyatı
redaktəFəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur.[3] Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir.[4] 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir. Bu roman Gülşiri və Yelda mükafatlarına layiq görülmüşdür. Roman 2009-cu ildə «Syracuse University Press» tərəfindən ingilis dilində, 2010-cu ildə «Ponte 33» tərəfindən italyan dilində, 2012-ci ildə «Rotbuch Werlag» tərəfindən alman dilində, 2011-ci ildə kürd dilində, 2016-cı ildə türk dilində, 2018-ci ildə isə «Parlaq imzalar» tərəfindən Azərbaycan dilində nəşr edilmişdir. Əsəri Azərbaycan dilinə şərqşünas, telejurnalist Ariz Tarverdiyev tərcümə etmişdir.[5]
Onun ikinci romanı "Tərlan" 2004-cü ildə «Nəşri-mərkəz» tərəfindən nəşr edilmişdir. Roman «Sujet Verlag» tərəfindən alman dilində nəşr edilmiş və 2017-ci ildə «LiBeraturpreis» ədəbi mükafatına layiq görülmüşdür.[6] Daha sonra, onun "Tibet rüyası" (Rüya-yi Təbbat) romanı 2005-ci ildə «Nəşri-mərkəz» tərəfindən nəşr edilmişdir. Bu roman "Ən yaxşı roman" kateqoriyasında Huşəng Gülşiri mükafatına layiq görülmüşdür.[7][8] Onun "Dalandakı sirr" (Razi dar küçəda) romanı 2008-ci ildə nəşr edilmiş, 2011-ci ildə isə «Zulma» tərəfindən fransız dilində nəşr edilmişdir.
Onun üçüncü kolleksiyası "Villaya olan yolda" (Dar rahe villa) «Çeşmə» nəşriyyatı tərəfindən 2008-ci ildə nəşr edilmişdir. Vəfinin "Ay tamamlanır" (Ma kəmal mişəvad) romanı 2011-ci ildə nəşr edilmişdir. Buna əlavə olaraq, Vafi 2011-ci ildə "Hamısı üfüqdə" (Hamı-ye üfüq) qısa hekayə kolleksiyası nəşr edilmişdir. Onun sonuncu romanı "Sondan sonra" (Baad az payan) 2014-cü ildə, sonuncu qısa hekayə kolleksiyası "Küləksiz, avarsız" (Bi baad bi paru) isə 2016-cı ildə nəşr olunmuşdur.
Alman Akademik Mübadilə Xidmətinin ədəbiyyat üzrə 2020-ci il xüsusi mükafatına layiq görülən məşhur yazarlar arasında Fəriba Vəfi də olmuşdur. Vəfi həmçinin, bir il Berlin şəhəridə yaşamaq hüququ qazanmışdır.[9]
Şəxsi həyatı
redaktəFəriba Vəfi evlidir, bir oğlu və bir qızı var. Hal-hazırda ailəsi ilə birlikdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yaşayır.[10]
Əsərləri
redaktə- 1986: Dar omğe səhnə (Səhnənin dərinliklərində), qısa hekayə kolleksiyası, «Çeşmə» nəşriyyatı.
- 1999: Hətta vaxti mixandim (Hətta güldüyümüz vaxtda), qısa hekayə kolleksiyası, «Nəşri-mərkəz» nəşriyyatı.
- 2002: Pərəneyə man (Zirzəmi quşu), roman, «Nəşri-mərkəz» nəşriyyatı.
- 2006: Tərlan, roman, «Nəşri-mərkəz» nəşriyyatı.
- 2007: Rüya-yi Təbbat (Tibet rüyası), roman, «Nəşri-mərkəz» nəşriyyatı.
- 2008: Razi dar küçəda (Dar küçədə sirr), roman, «Nəşri-mərkəz» nəşriyyatı.
- 2009: Dar rahe villa (Villaya olan yolda), qısa hekayə kolleksiyası, «Çeşmə» nəşriyyatı.
- 2011: Hamı-ye üfüq (Hamısı üfüqdə), qısa hekayə kolleksiyası, «Çeşmə» nəşriyyatı.
- 2012: Ma kəmal mişəvad (Ay tamamlanır), roman, «Nəşri-mərkəz» nəşriyyatı.
- 2014: Baad az payan (Sondan sonra), roman, «Nəşri-mərkəz» nəşriyyatı.
- 2016: Bi baad bi paru (Küləksiz, avarsız), roman, «Çeşmə» nəşriyyatı.
İstinadlar
redaktə- ↑ Farībā Vafī // BIBSYS. 1972.
- ↑ "Oyundan Yorqun-Feriba Vefi-Farsdan Çeviren-Lale Cevanşir-2007-90s". Turuz - Dil ve Etimoloji Kütüphanesi. İstifadə tarixi: 2024-10-08.
- ↑ "«بیرون از گور» ـ فریبا وفی". Radio Zamaneh. 25 fevral 2006. 2016-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
- ↑ Vəfi, Fəriba. رؤیای تبت. Tehran: «Nəşri-mərkəz» nəşriyyatı. 1999. ISBN 964-305-824-7
- ↑ "Tanınmış İran yazıçısının romanı ana dilimizə tərcümə edilib". azertag.az (az.). AzərTAc. 13 oktyabr 2018. 28 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2019.
- ↑ "Bu ilki "LiBeraturpreis" Azərbaycan əsilli yazıçıya verildi". artkaspi.az (az.). Art Kaspi. 23 oktyabr 2017. 24 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2019.
- ↑ Sima Səyyah. "Iran: Houshang Golshiri Annual Literary Award for 2003". Payvand Iran News. 6 yanvar 2003. 2004-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
- ↑ Şəta Nəsiri. "Houshang Golshiri Awards". The Parsagon Review. 5 iyun 2014. 2019-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
- ↑ Murua, Ceyms. "Niq Mhlongo is DAAD Berlin Artist-in-Resident 2020". jamesmurua.com (ingilis). 10 sentyabr 2019. 28 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2019.
- ↑ "Fəriba Vəfi". 8 fevral 2008 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktəfaribavafi.com — Fəriba Vafinin rəsmi saytı