Ferid Ehmedov - Wikipedia
Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Azərbaycan Respublikasının ədliyyə naziri (2024-cü ildən),[1] III dərəcəli dövlət ədliyyə müşaviri,[2] Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini (2022–2024),[3] Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022),[4] Azərbaycan Universitetinin rektoru (2015–2017),[5] BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru.
Fərid Əhmədov | |
---|---|
Vəzifədədir | |
27 fevral 2024-cü ildən | |
Prezident | İlham Əliyev |
Baş nazir | Əli Əsədov |
Əvvəlki | Fikrət Məmmədov |
24 may 2022 – 27 fevral 2024 | |
Nazir | Rəşad Nəbiyev |
Azərbaycan Universitetinin rektoru | |
2015 – 2017 | |
Əvvəlki | Eldar Qəhrəmanov |
Sonrakı | Səadət Əliyeva |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 iyul 1979 (45 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas |
Rütbəsi |
III dərəcəli dövlət ədliyyə müşaviri |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Həyatı
redaktəFərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdü ilə daxil olaraq doktorluq dissertasiyasını müdafiə etmişdir.
2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır.
Beynəlxalq hüquq sahəsində nüfuzlu elmi nəşrlərdə dərc edilmiş monoqrafiya, bir sıra elmi və publisistik məqalələrin müəllifidir.
Azərbaycan, rus və ingilis dillərini bilir.
Fəaliyyəti
redaktəHüquqşünaslıq fəaliyyətinə 2000-ci ildə Ədalət Hüquq Firmasında başlamış, 2004–2006-cı illərdə Konstitusiya Məhkəməsinin Aparatında, 2006–2007-ci illərdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışmışdır.
Bakı Dövlət Universitetində, Oksford Universitetində, ADA Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, 2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktorunun müavini vəzifələrində işləmişdir.
2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 2023-cü ildən 2024-cü ilin fevralınadək BMT-nin İnsan hüquqları komitəsinin üzvü, ümumi məruzəçisi və büro üzvü olaraq fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 fevral tarixli Sərəncamı ilə Ədliyyə naziri vəzifəsinə təyin olunmuşdur.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "F. T. Əhmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
- ↑ "F.T.Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-11-22.
- ↑ "F.T.Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 24.05.2022. 25 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2022.
- ↑ "Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib". apa.az (az.). Azəri Press Agentliyi. 12 mart 2021. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2021.
- ↑ "Fərid Əhmədov vəzifədən getdi – Yerinə qadın təyin edildi". qafqazinfo.az (az.). 13 mart 2017. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2021.