Ferid Huseyn - Wikipedia
Fərid Bəybala oğlu Hüseynov və ya Fərid Hüseyn; (10 oktyabr 1989, Kürdəmir) — şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2010).[1][2]
Fərid Hüseyn | |
---|---|
Təxəllüsü | Fərid Hüseyn |
Doğum tarixi | 10 oktyabr 1989 (35 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan[1][2] |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
İxtisası | kulturoloq[1][2] |
Fəaliyyət illəri | 2008–h.h[1][2] |
İstiqamət | şeir[1][2] |
İlk əsəri | "Əlifba sırası"[3] |
Tanınmış əsərləri |
"Əlifba sırası"[3] "Dözmək üçün məşq"[4] "Qandalı görməsin"[5][6] "Bir də heç vaxt"[7][8] "Əlvida ağacları"[9] |
Mükafatları |
"Qızıl Kəlmə" (2017)[10] "İlin gənc şairi" (2018)[11] "Vaqif Səmədoğlu" medalı (2019)[12] "Povelja Morave" beynəlxalq ədəbi mükafatı (2021)[13] "Mahtumkulu" medalı (2022)[14] |
Həyatı
redaktəFərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb.[1][2]
Fəaliyyəti
redaktə2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır.[1][2]
Serbiya Yazıçılar Birliyinin üzvüdür.[15]
Fərid Hüseyn 2019-cu ildən AYB-nin Gənclər Şurasının sədridir.[16][17]
Fərid Hüseyn 2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika — İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub.[18]
2021-ci ildən AYB-nin katibliyinin və Üzvlüyə Qəbul Komissiyasının, həmçinin, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür. Şeirləri Türkiyə, qazax, özbək, qırğız türkcəsinə və ingilis, rus, belarus, ukrayn, serb, gürcü, rumın dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında çap olunub.[2][1]
İştirak etdiyi beynəlxalq sərgilər
redaktəF. Hüseyn London[19], Qahirə[20][21], Budapeşt[22], Praqa[23], Peterburq və İstanbulda[24] keçirilən beynəlxalq kitab sərgilərində iştirak edib.
O, həmçinin İstanbul Şeir Festivalı[25][26], Sapanca Şeir Festivalı[27][28], Tiflis Poeziya Festivalı, Moldovada Avropa Şairlər Baharı Festivalı[29][30], Dünya Yazarlarının Belqrad Görüşləri[31][32], Tatarıstanda "Ana dili bayramı" və Abdulla Tukay Poeziya günləri[33][34], Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı günləri[35] və IX Babil Şeir Festivalında[36][37] ölkəmizi təmsil edib.
"Eşq" kitab seriyası
redaktəFərid Hüseyn "Eşq" kitab seriyasını təsis edib. Onun rəhbəri olduğu kitab seriyasından Məmməd Orucun "Oyun havası" (povest, 2012), Eldar Baxışın "Sərçə balası" (şeirlər, 2012), İsi Məlikzadənin "Qırmızı yağış" (roman, 2013), Asif Atanın "İnam və şübhə" (2015), Serkanın "İtkin gül" (roman, 2011) Tuğrul Tanyolun "Sən əlimdən tutanda" (şeirlər, 2019), Adnan Özerin "Kasıbın eşq nəğməsi" (şeirlər, 2019), Gjeke Marinajın "Sevginin 24 saat" (şeirlər, 2018), Koman Şovanın "Sevginin izi ilə" (şeirlər, 2020) nəşrləri işıq üzü görüb.[1][2]
Kitabları
redaktə- 2009-cu ildə "Əlifba sırası" adlı şeirlər və esselərdən ibarət ilk kitabı işıq üzü görüb.[38]
- 2013-cü ildə "Dözmək üçün məşq" adlı şeirlər və esselərdən ibarət ikinci kitabı çap olunub.[39]
- 2013-cü ildə İrandakı həbsxana xatirələrindən bəhs etdiyi "Qandalı görməsin" adlı memuar kitabı oxuculara təqdim edilib.[39][40]
- 2016-cı ildə "Bir də heç vaxt" adlı şeirlər kitabı nəşr edilib.[41][42] 2017-ci ildə bu kitab "Больше никогда" adıyla rus dilində çap edilib.[43]
- 2017-ci ildə "Əlvida ağacları" adlı şeirlər kitabı işıq üzü görüb.[44]
- 2017-ci ildə mərhum şair Fərhad Metenin həyat və yaradıcılığı haqqında qələmə aldığı "Ömür – doğum günü hədiyyəmiz" kitabı nəşr edilib.[45]
- 2017-ci ildə tanınmış şairlərin həyat yoldaşlarından aldığı on səkkiz müsahibədən ibarət "Hər kəsin öz eşqi" adlı kitabı işıq üzü görüb.[46]
- 2020-ci ildə "Uçurum peyğəmbəri" adlı məqalələr toplusu nəşr edilib.[47]
- 2020-ci ildə L. Tolstoyun "Anna Karenina" romanı haqqında yazdığı "İntihar ilahəsi" adlı kitabı işıq üzü görüb.[48]
- 2020-ci ildə müsahibələrdən ibarət "Sevdiyim əsər" və şeirlərindən ibarət "Təkrarın tənhalığı" adlı kitabları çap edilib.[49][50]
- 2021-ci ildə xalq şairi M. Yaqub haqqında "Tərəddüdün yaşıdı" adlı kitabı nəşr olunub.[51]
- 2021-ci ildə N. Gəncəvi yaradıcılığı ilə bağlı müsahibələrdən ibarət "Nizami söhbətləri" adlı kitabı işıq üzü görüb.[52][53]
Xaricdə çap olunan kitabları
redaktə- 2017-ci ildə Amerikada "Kəpənək dərsi" ("Studying a butterfly") adlı şeirlər toplusu çapdan çıxıb.[54][55]
- 2019-cu ildə Özbəkistanda "Səmərqənd divanı" ("Camarkand devoni") adlı poetik silsiləsi nəşr edilib.[56][57][58]
- 2019-cu ildə Serbiyada "Qəlbin tərbiyə dərsləri" ("Часови васпитања духа") adlı şeirlər kitabı oxuculara təqdim olunub.[59][60]
- 2020-ci ildə Türkiyədə "Yalan bayramı" adlanan şeirlər kitabı nəşr edilib.[61][62]
- 2021-ci ildə Moldovada "Yaddaşın vəfa borcu" ("İnchinare memoriei") adlı şeirlər kitabı işıq üzü görüb.[63][64]
- 2021-ci ildə Türkiyədə "Yaddaş ilanı" ("Hafıza yılanı") adlı şeirlər kitabı çap edilib.[65][66]
Tərcümələri
redaktə2006-cı ilin "Nobel" mükafatçısı Orxan Pamukun "Yeni Həyat" və "Bəyaz Qala" romanlarını, həmçinin O. Pamukun esselərindən ibarət "Mənzərədən parçalar" kitabını, 20-dən çox türk şairinin 50-yə qədər şeirlərini, fransız esseisti Mişel Montenin esselərini, Alber Kamünün esselərini, Dino Busattinin, Vasili Şukşinin hekayələrini, Yılmaz Ərdoğanın şeirlərini və esselərini Azərbaycan dilinə çevirib. Həmçinin Frans Kafkanın sevgilisi Milenaya yazdığı məktubları və Milenanın F. Kafkanın ən yaxın dostu Maks Broda yazdığı məktubları da dilimizə tərcümə edib.[67][68]
2019-cu ildə Orxan Kamalın "Nazim Hikmət ilə üç il yarım həbsdə" kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırıb.[69]
2021-ci ildə tanınmış türk şair Sunay Akının seçmə şeirlərdən ibarət "Yastığındakı çuxur" adlı kitabını tərcümə edib.[70]
Müxtəlif vaxtlarda Luiza Qlük, Frans Kafka, Alber Kamü, Vasili Şukşin, Mario Benedetti, Yuliana Veliçkovskaya, Əli əl-Şalah, Nina Smiç, Aqi Mişol, Meyr Veyselter, Əmir Or, Ronni Somek, Kokis Kristos, Nagy Hajnal Csilla, Əhməd Zəkəriyyə, Najvan Dərviş, Linda Hestinq, Svetlana Boym, Mahmud Dərviş kimi müəlliflərin şeir və hekayələrini Azərbaycan dilinə çevirib.[1][2]
Mükafatları
redaktə- 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" ədəbi mükafatının qalibi olub.[71][72]
- 2018-ci ildə "Nəsimi Şeir Festivalı"nın laureatlarından biri olub.[73]
- 2019-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İlin gənc şairi" mükafatının sahibi olub.[74]
- 2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin "Vaqif Səmədoğlu" medalına layiq görülüb.[75][76]
- 2021-ci ildə "Dünya Yazarlarının Belqrad Görüşü" adlı poeziya tədbirində nüfuzlu "Povelja Morave" beynəlxalq ədəbi mükafatına layiq görülüb.[77][78]
- 2021-ci ildə Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.[79]
- 2022-ci ildə I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində TÜRKSOY-un "Mahtumkulu" medalı ilə təltif edilib.[80]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 ""Fərid Hüseyn barədə məlumat"" (az.). www.litpark.az = 2022-07-01. 2022-06-01. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 ""Fərid Hüseyn haqqında"" (az.). www.avanqard.net = 2022-07-01. 2022-06-01. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ 1 2 """Etüd"də təqdimat: "Əlifba sırası" ilə…"" (az.). www.yarpaq.az = 2022-07-02. 2009-12-21. 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ ""Fərid Hüseyn həbsxana xatirələrini kitab etdi"" (az.). www.kulis.az = 2022-07-02. 2013-04-08. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ ""Fərid Hüseyn həbsxana xatirələrini kitab etdi"" (az.). www.kulis.az = 2022-07-02. 2013-04-08. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ ""Fərid təqdimat keçirdi"" (az.). www.qafqazinfo.az = 2022-07-02. 2013-04-17. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ ""Fərid Hüseyn "Bir də heç vaxt"ı imzalayacaq" (az.). www.manera.az = 2022-07-02. 2016-10-28. 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ ""Fərid Hüseyn yeni kitabını təqdim etdi - Fotolar"" (az.). www.qafqazinfo.az = 2022-07-02. 2016-10-29. 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ ""Poetik kontrastların çevrəsi - Nizami Tağısoy Fərid Hüseyndən yazır"" (az.). www.525.az = 2022-07-03. 2019-07-12. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.
- ↑ """Qızıl Kəlmə" Ədəbi Mükafatı təqdim edilib"" (az.). www.azertag.az. 2017-05-01. 2017-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-12.
- ↑ title = "Fərid Hüseynlə Çinarə Nüsrətliyə mükafat verildi" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.aznews.az = 2022-07-08. 2019-02-04. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08. (#missing_pipe)
- ↑ title = "Yazarlara Vaqif Səmədoğlu medalı verilib" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kulis.az = 2022-07-08. 2019-06-06. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseyn "Povelja Morave" beynəlxalq ədəbi mükafatına layiq görülüb - FOTOLAR" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.edebiyyatqazeti.az = 2022-07-08. 2021-10-04. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08. (#missing_pipe)
- ↑ ""Bu yazıçılarımız mükafatlandırıldı – Siyahı"" (az.). www.kulis.az= 2022-05-31. 2022-05-31. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ ""Azərbaycanlı şair Serbiya Yazıçılar Birliyinə qəbul edildi"" (az.). www.kulis.az = 2022-07-01. 2019-12-24. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ ""AYB-nin Gənclər Şurasına yeni sədr seçilib, Etika Komissiyası yaradılıb"" (az.). www.report.az = 2022-07-01. 2019-07-11. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ ""Fərid Hüseyn sədr seçildi"" (az.). www.qafqazinfo.az = 2022-07-01. 2019-07-11. 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ ""Azərbaycanlı şair Serbiyada mükafat aldı, fəxri vətəndaş seçildi"" (az.). www.kulis.az = 2022-07-01. 2021-10-04. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ title = "Tərcümə Mərkəzi London Kitab Sərgisində" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.anl.az = 2022-07-08. 2015-04-25. 2022-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşları Misir Milli Tərcümə Mərkəzinin direktoru ilə görüşüblər" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.azertag.az = 2022-07-08. 2015-01-26. 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "46-cı Beynəlxalq Qahirə Kitab Sərgisi" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kaspi.az = 2022-07-08. 2015-02-17. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Tərcümə Mərkəzi Budapeşt Kitab Sərgisində" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.anl.az = 2022-07-08. 2015-05-02. 2022-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Tərcümə Mərkəzi Praqa Kitab Sərgisində" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.anl.az = 2022-07-08. 2015-05-23. 2022-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Azərbaycan 38-ci Beynəlxalq İstanbul Kitab Sərgisində və “Yurd sevdası”nın sədası" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kaspi.az = 2022-07-08. 2019-11-11. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Gənc şairlərin X İstanbul Şeir Festivalındakı uğurları" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.bakupost.az = 2022-07-08. 2017-10-05. 2017-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Gənc şairlər İstanbul Ədəbiyyat festivalında" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.manera.az = 2022-07-08. 2017-10-05. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseyn Sapanca Şeir Gecələrində" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.bakupost.az = 2022-07-08. 2018-10-10. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseyn Sapanca Şeir Gecələrində" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.adalet.az = 2022-07-08. 2018-10-10. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseyn Moldovada “Avropa Şairləri Baharı” festivalında" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.525.az = 2022-07-08. 2019-05-10. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseyn Moldovada “Avropa Şairləri Baharı” festivalında" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.aznews.az = 2022-07-08. 2019-05-08. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Dünya yazarlarının 54-cü Beynəlxalq Belqrad görüşündə Azərbaycan da təmsil olunub" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.azertag.az = 2022-07-08. 2017-09-22. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Dünya Yazarlarının Belqrad Görüşü başlayıb - Azərbaycan da təmsil olunur" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.aznews.az = 2022-07-08. 2017-09-22. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseyn Kazanda Ana Dili Bayramında iştirak edir" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.edebiyyatqazeti.az = 2022-07-08. 2018-04-26. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseyn Kazanda Ana Dili Bayramında" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kulis.az = 2022-07-08. 2018-04-26. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Özbəkistanda beynəlxalq elmi konfrans keçiriləcək" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.azculture.uz = 2022-07-08. 2019-11-27. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Tanınmış şair beynəlxalq festivalda iştirak edəcək" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.azertag.az = 2022-07-08. 2022-03-19. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Tanınmış şair beynəlxalq festivalda iştirak edəcək" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.qaynarinfo.az = 2022-07-08. 2022-03-20. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ """Etüd"də təqdimat: "Əlifba sırası" ilə…"" (az.). www.yarpaq.az = 2022-07-02. 2009-12-21. 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ 1 2 ""Fərid Hüseyn həbsxana xatirələrini kitab etdi"" (az.). www.kulis.az = 2022-07-02. 2013-04-08. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ ""Fərid təqdimat keçirdi"" (az.). www.qafqazinfo.az = 2022-07-02. 2013-04-17. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ ""Fərid Hüseyn "Bir də heç vaxt"ı imzalayacaq" (az.). www.manera.az = 2022-07-02. 2016-10-28. 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ ""Fərid Hüseyn yeni kitabını təqdim etdi - Fotolar"" (az.). www.qafqazinfo.az = 2022-07-02. 2016-10-29. 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
- ↑ ""Фарид Гусейн. Больше никогда"" (PDF) (az.). www.kitabxana.net = 2022-07-05. 2017-08-30. 2022-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-05.
- ↑ ""Poetik kontrastların çevrəsi - Nizami Tağısoy Fərid Hüseyndən yazır"" (az.). www.525.az = 2022-07-03. 2019-07-12. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.
- ↑ ""Fərid Hüseynin kitabı təqdim ediləcək"" (az.). www.kulis.az = 2022-07-05. 2017-03-09. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ ""Fərid Hüseynin yeni kitabı çıxıb - FOTO"" (az.). www.adalet.az = 2022-07-05. 2017-12-05. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ ""Fərid Hüseynin "Uçurum peyğəmbəri" adlı kitabı nəşr edilib"" (az.). www.analoq.az = 2022-07-05. 2020-10-23. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ ""İntihar ilahəsi - Fərid Hüseyn"" (az.). www.azyb.az = 2022-07-05. 2021-07-16. 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ """Təkrarın tənhalığı"nda "Sevdiyim əsər" – Fərid Hüseynin kitabları təqdim olundu"" (az.). www.aznews.az = 2022-07-05. 2020-02-12. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ ""Gənc şair Fərid Hüseynin yeni kitabları işıq üzü görüb"" (az.). www.azertag.az = 2022-07-05. 2020-02-11. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ ""Musa Yaqub haqqında kitab çap olunub - Foto"" (az.). www.kulis.az = 2022-07-05. 2021-10-04. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ """Nizami söhbətləri" kitabı çap olunub"" (az.). www.525.az = 2022-07-05. 2021-09-22. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ title = "Fərid Hüseynin "Nizami söhbətləri" kitabı işıq üzü görüb" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kaspi.az = 2022-07-05. 2021-09-24. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseynin Amerikada kitabı çıxıb" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kulis.az = 2022-07-06. 2017-11-07. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-06. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseynin Amerikada kitabı çıxıb" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kaspi.az = 2022-07-05. 2017-11-07. 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-06. (#missing_pipe)
- ↑ title = "Özbəkistanda gənc azərbaycanlı şair Fərid Hüseynin "Səmərqənd divanı" kitabının təqdimatı keçirilib" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.culture.gov.az = 2022-07-07. 2019-04-22. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseynin “Səmərqənd divanı” adlı kitabı çap olunub" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.xalqqazeti.com = 2022-07-07. 2019-04-22. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseynin “Səmərqənd divanı” təqdim olundu - FOTOLAR" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.bakupost.az = 2022-07-07. 2019-04-22. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseynin kitabı Serbiyada nəşr edildi" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.edebiyyatqazeti.az = 2022-07-08. 2019-08-20. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Serbiyada Fərid Hüseynin kitabı çap olundu - FOTO" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.manera.az = 2022-07-08. 2019-08-20. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ ""Azərbaycanlı gənc şair-yazıçıların əsərlərinin Türkiyədə nəşrinə başlanılıb"" (az.). www.azertag.az = 2022-07-05. 2020-06-16. 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ ""Fərid Hüseynin Türkiyədə kitabı çap olunub"" (az.). www.kaspi.az = 2022-07-05. 2020-06-16. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
- ↑ title = "Fərid Hüseynin kitabı Moldovada çap olunub" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kulis.az = 2022-07-08. 2021-06-23. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseynin şeirlər kitabı Moldovada çap olundu - FOTOLAR" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.bakupost.az = 2022-07-08. 2021-06-23. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kulis.az = 2022-07-08. 2021-12-23. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.avanqard.net = 2022-07-08. 2021-12-23. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07. (#missing_pipe)
- ↑ ""Fərid Hüseyn barədə məlumat"" (az.). www.litpark.az = 2022-07-01. 2022-06-01. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ ""Fərid Hüseyn haqqında"" (az.). www.avanqard.net = 2022-07-01. 2022-06-01. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ ""Nazim Hikmətlə 3 İl Yarım"" (az.). www.kitabal.az= 2022-05-31. 2019-05-31. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ ""Məşhur şair Fərid Hüseynin tərcüməsində - Yeni kitab"" (az.). www.kulis.az= 2022-07-08. 2021-09-28. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ """Qızıl Kəlmə" Ədəbi Mükafatı təqdim edilib"" (az.). www.azertag.az. 2017-05-01. 2017-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-12.
- ↑ """Qızıl Kəlmə" mükafatı qaliblərə təqdim olunub"" (az.). www.report.az. 2017-05-02. 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-12.
- ↑ title = ""Nəsimi Şeir Festivalı"nın qalibləri mükafatlandırıldı... - (ViDEO+FOTOLAR)" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.sitat.news.az = 2022-07-08. 2018-11-02. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseynlə Çinarə Nüsrətliyə mükafat verildi" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.aznews.az = 2022-07-08. 2019-02-04. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08. (#missing_pipe)
- ↑ title = "Yazarlara Vaqif Səmədoğlu medalı verilib" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kulis.az = 2022-07-08. 2019-06-06. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08. (#missing_pipe)
- ↑ title = "Anara Səmədoğlu medalı verildi - Foto" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.axar.az = 2022-07-08. 2019-06-05. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08. (#missing_pipe)
- ↑ title = "Azərbaycanlı şair Serbiyada mükafat aldı, fəxri vətəndaş seçildi" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.kulis.az = 2022-07-08. 2021-10-04. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30. (#missing_pipe)
- ↑ title = "Fərid Hüseyn nüfuzlu beynəlxalq ədəbi mükafata layiq görülüb - Fotolar" "Arxivlənmiş surət" (#bad_url) (az.). www.manera.az = 2022-07-08. 2021-10-04. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08. (#missing_pipe)
- ↑ ""Kaspi"nin əməkdaşına mükafat verilib" (az.). www.kaspi.az. 2021-12-28. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ ""Bu yazıçılarımız mükafatlandırıldı – Siyahı"" (az.). www.kulis.az= 2022-05-31. 2022-05-31. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.