Ferrux Yusifov - Wikipedia
Fərrux Yusifov (17 aprel 1916, Kiş Nuxa qəzası - 2 iyul 1976 Bakı) — Elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun elmi kommunizm kafedrasının müdiri.[1]
Fərrux Yusifov | |
---|---|
Yusifov Fərrux Oruc oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kiş, Nuxa qəzası Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı, |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | elmlər doktoru |
İş yerləri | SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, elmi kommunizm kafedrası (müdir) |
Təhsili | Nuxa Pedaqoji Texnikumu |
Mükafatları |
Haqqında
redaktəFərrux Yusifov 17 aprel, 1916 - cı ildə Nuxa qəzası anadan olmuşdur.[1]
Əmək fəaliyyəti
redaktəFərrux Yusifov 1936-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Azərbaycan SSR-in Şəki rayonundakı məktəblərdə müəllim, baş müəllim, direktor vəzifələrində çalışmışdır.[2]
1952 - ci ildən Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi işləyib, ondan sonra Azərbaycan KP Şəki rayon komitəsinin birinci katibi olub. Fərrux Yusifov Şəki rayonunun rəhbəri işlədiyi illərdə bir çox mühüm işlər görmüşdür.
Yeni yollar çəkilib, Şəki Teatrının, Şəki Mərkəzi Kinoteatrının binası, xəstəxanalar, məktəblər tikildi ki, bu gün də buna görə ona minnətdar olan Şəki sakinlərinə xidmət edir.
1960 - cı ildə Bakıya dəvət olunub, Azərbaycan SSR Mədəniyyət Nazirinin müavini vəzifəsində çalışıb. Mədəniyyət və təhsil sahəsində çalışdığı illər ərzində Azərbaycanın rifahı naminə də bir çox işlər görmüşdür. Fərrux Yusifov 1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləmişdir. 1971-ci ildən elmi kommunizm kafedrasının müdiri olub.
Hərbi xidmətdə
redaktə1940-cı ildə Sovet Ordusu sıralarına çağırılmış və Kursk Hərbi Akademiyasında təhsil aldıqdan sonra müharibəyə yollanmışdır. Fərrux Yusifov Böyük Vətən müharibəsinin fəal iştirakçısı olub.
Fərrux Yusifov rota komandiri kimi və mayor rütbəsi ilə bütün müharibə yolu keçmiş, Varşava, Sofiya, Budapeşt və digər şəhərlərin azad edilməsində iştirak etmiş, Berlinin alınmasında fəal iştirak etmişdir. 1943-cü ilin aprelində itkin düşmüş elan edilib və bu barədə həyat yoldaşına rəsmi məlumat göndərilib.
Lakin sonra tapılıb və hərbi xidmətini davam etdirib. 31 dekabr 1945-ci il tarixində ordudan tərxis olunub.
Göstərdiyi şücaət və qəhrəmanlığa görə Fərrux Yusifov iki dəfə I dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni, Stalinqradın, Varşavanın, Budapeştin, Sofiyanın, Praqanın azad edilməsinə görə, Berlinin alınmasına görə medallarla təltif edilib.
İctimai fəallığı
redaktəFərrux Yusifov xalq tərəfindən dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, bir sıra çağırışlar üzrə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.
Bundan əlavə, Azərbaycan Kommunist Partiyasının XXII və XXIII qurultaylarına və Sovet İttifaqı Kommunist Partiyasının qurultaylarına nümayəndə seçilib.
Mükafatları
redaktə- "Qırmızı ulduz ordeni"(27.01.1944)
- "Qırmızı Ulduz" ordeni(22.04.1944)
- 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni(26.05.1945)
- "Berlinin alınmasına görə" medalı (12.03.1946)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı (1946)
Vəfatı
redaktəFərrux Yusifov 2 iyul 1976 - cı ildə Bakıda vəfat edib.