Fexreddin Sahbazov - Wikipedia
Fəxrəddin İbrahim oğlu Şahbazov (22 yanvar 1950, Bakı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı, Qarakənd faciəsinin qurbanı.
Fəxrəddin Şahbazov | |
---|---|
Fəxrəddin İbrahim oğlu Şahbazov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Qarakənd, Xocavənd rayonu, Azərbaycan |
Vəfat səbəbi | Qarakənd faciəsi |
Dəfn yeri | Şəhidlər xiyabanı |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
Həyatı
redaktəFəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957–1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır. Əslən Lerik rayonunun Kəlvəz kəndindəndir.
Döyüşlərdə iştirakı
redaktə1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər. Dinc sakinlər qətlə yetirilmiş, kəndlər yandırılmışdı. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşdülər.
Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə ututdular. Vertolyot yerə düşərək parçalandı və bütün heyət həlak oldu. Şəhidlərin arasında Şahbazov Fəxrəddin də var idi. Ermənilər onların cəsədlərini təhqir etməkdən belə çəkinmədilər.
Ailəsi
redaktəAiləli idi, iki qız övladı qalıb.
Xatirəsi
redaktəAzərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Bakı şəhərinin Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.
İmişli şəhərindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.
Lerik rayonu Kəlvəz kənd tam orta məktəbi onun adını daşıyır.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 265.