Faker - Wikipedia
Li San Hyok (kor. 이상혁; 7 may 1996[1], Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur.[2][3] Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur.[4]
Faker | |
---|---|
이상혁 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | Seul, Cənubi Koreya |
Ölkə | Cənubi Koreya |
Karyera məlumatı | |
Status | aktiv |
Oyunlar | League of Legends |
Rol | orta koridor |
Qazanc məbləği | 1,254,240.23 ABŞ dolları |
Karyera keçmişi | |
2013-2014 | SK Telecom T1 K |
2014-hazırda | T1 |
Karyera məqamları və mükafatları | |
|
Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur.[5] Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur.[6]
Faker League of Legends Dünya Çempionatını 5 dəfə qazanan yeganə oyunçudur (2013, 2015, 2016, 2023, 2024). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır. Faker indiyə kimi turnirlərdən 1,254,240.23 ABŞ dolları qazanmışdır və bu, onu ən çox gəlir əldə edən 64-cü e-idmançı edir. Dünya çempionatlarında qalib gəldiyi üçün oyunda ona aid 3 kostyum var: SKT T1 Zed (2013), SKT T1 Rayz (2015), SKT T1 Sindra (2016), T1 Orianna (2023).
2020-ci ilin əvvəlində T1 Entertainment & Sports şirkətinin sahiblərindən biri olmuşdur.[7]
Şəxsi həyatı
redaktə7 may 1996-cı ildə Seul şəhərində anadan olub. O və qardaşı nənə-babaları və atası tərəfindən Seulun Kansoqu rayonunda yetişdiriliblər. Faker uşaqlıqdan pazlların və videooyunların aludəçisi olub, əvvəllər Warcraft III üçün olan xəritələri və Chaos adlı MOBA oynunu oynayırdı. 2011-ci ildə League of Legends ilə tanış olduqdan sonra cəld şəkildə oyuna adaptasiya olub. Mapo liseyinə daxil olsa da, e-idman karyerası üçün liseyi tərk edib.[8][9]
Karyerası
redaktə2013-cü ildə "T1 K" komandasına orto koridor oyunçusu kimi qoşulub. Komanda Koreyada dominantlıq etdikdən sonra 2013-cü ildə Faker komandasına ilk dünya çempionluğunu qazandırıb. 2014-cü ildə komandası ilə All-Star Paris turnirini qazansa da, dünya çempionatına vəsiqə qazana bilməyib. 2014-cü ildə "T1 K" və "T1 S" komandalarının birləşməsindən sonra Faker vahid "T1" komandasında çıxış etməyə bilib. 2015-ci ildə komandası ilə cəmi 1 məğlubiyyətlə və 15 qələbə ilə ikinci dəfə dünya çempionu olub.
2016-cı ildə Koreya çempionatında Yaz çempionu olaraq Mövsümarası Dəvət turnirinə qatılıb və ilk dəfə bu turnirin qalibi olub.[10] 11 iyun 2016-cı ildə Koreya çempionatında 1000 killi keçən ilk oyunçu olub. 1000-ci killini Malzahar ilə Reksaiyə qarşı almışdır. Həmin il komandası ilə üçüncü dəfə dünya çempionu olub və turnirin ən dəyərli oyunçusu seçilib.[11][12]
Filmoqrafiya
redaktə- "Xəyalpərəst" (2020)
İstinadlar
redaktə- ↑ Faker // https://www.famousbirthdays.com/people/lee-sang-hyeok.html.
- ↑ Kimes, Mina. "The Unkillable Demon King: League of Legends prodigy Faker carries his country on his shoulders". ESPN.com. ESPN. 9 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2020.
- ↑ Koyle, Vince. "Faker extends his contract with SKT [[[sic]]] [sic] 2021". Daily Esports. November 18, 2019. January 29, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 8, 2020.
- ↑ "The 10 Best Players in Esports History (2017 Update)". Dot Esports (ingilis). September 12, 2017. October 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2019.
- ↑ "SANGHYUK FAKER LEE". January 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 9, 2015.
- ↑ "League of Legends: Faker reaches 2,000 kills in the LCK". www.invenglobal.com (ingilis). June 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2020.
- ↑ "이상혁, T1 파트 오너 된다, 선수 계약도 2022년까지 연장". sports.news.naver.com (koreya). June 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2020.
- ↑ "[기획 영상] 충격 실화! '페이커', '데프트'는 같은 고등학교였다". sports.news.naver.com (koreya). July 10, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2019.
- ↑ Kimes, Mina. "The Unkillable Demon King". ESPN The Magazine. June 10, 2015. June 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 14, 2015.
- ↑ "About Mid-Season Invitational". LoL eSports. July 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2016.
- ↑ "Faker Sets A New Record - 1,000 Kills In the LCK - Interview Translated". Akshon Esports. July 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 9, 2019.
- ↑ Lam, Kien. "SK Telecom T1 wins World Championship again". LoL eSports. Riot Games. October 31, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2016.