Fariz Medetov - Wikipedia
Fariz Əlövsət oğlu Mədətov (18 aprel 1972, Varvara, Yevlax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı.
Fariz Mədətov | |
---|---|
Fariz Əlövsət oğlu Mədətov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 aprel 1972 (52 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Həyatı
redaktə18 aprel 1972-ci il Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1979–1989-cu illərdə burada təhsil almışdır. 1990–1992-ci illərdə hərbi xidmətdə olmuşdur. O, xidmətini başa vurub qayıtdığı zaman Qarabağ müharibəsi artıq başlamışdı.
Döyüşlərdə iştirakı
redaktəMilli Ordu sıralarında döyüşlərə girir. İlk döyüşü Qubadlı rayonunun Başarat kəndində olur. Sonra onu Füzuli rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq səhifələri yazdı. Daha sonra Kəlbəcər və Goranboy rayonlarında döyüşlərə girir. Fariz xeyli erməni yaraqlısını şəxsən özü məhv edir. 1994-cü il Tərtər rayonununda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən döyüşçü paltarını geyinir. 1996-cı il ordudan tərxis olunur və Yevlax rayon Polis İdarəsində çalışmağa başlayır. Fariz 1998–2003-cü illərdə Polis Akademiyasında təhsil alır. Hazırda Yevlax rayon Polis İdarəsində işləyir.
Ailəsi
redaktəEvlidir.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 186.